24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Kempfer, həmçinin, Balaxanada qərbdən şərqə uzanan 100 addımlıq sahədəki

qara neft mədəninə tamaşa etmişdir. Burada neft çıxarmaq üçün müxtəlif yerlərdə

nizamsız halda çoxlu dar quyular qazılmışdı; lakin quyuların hamısı işləyirdi. Onların

dərinliyi otuz və daha çox dirsəkdir. (yuvarlaq olaraq qırx deyirlər). Bu, neft

süxurlardan həmin dərinlikdə süzüldüyünə görə deyil, gecə sızan mayenin gündüz

fəhlələrin çıxarmasından ötrü quyuda yığılması üçün onlara daha böyük dərinlik lazım

olduğundan edilir. 16

Kempfer daha sonra neftin çıxarılma üsulunu təsvir edir. Neft quyudan dəri

tuluqlarda əllə, yaxud kiçik dolamaçarx vasitəsilə çıxarılırdı. Çox neft verən quyulardan

birinin ağzı daşla hörülmüş və üstündə xeyli iri tikili ucaldılmışdı. Quyu həm çox enli,

həm də dərin idi. Neft şırnağı ona şırıltı ilə axırdı. Onu quyunun dövrəsinə hərəkət

etdirilən iki atın hərləndirdiyi dolamaçarx vasitəsi ilə çıxarırdılar. Mədəndə iş yalnız bir

neçə saatlığa gecə dayandırılırdı. 17

Neft xüsusi anbarlarda saxlanırdı. Kempferin təsvir etdiyi həmin anbarlardan

biri azacıq dərinlikdə uzunu on yeddi, eni yeddi addım olan böyük tağlı tikili idi. Neft

ona yaxınlıqdakı quyudan axıdılırdı. Neft anbarlarının daxilind ə hər iki tərəfdən

istənilən səviyyəyə qədər enmək mümkün olan pilləkənlər düşürdü. 18

İ.Qanveyin verdiyi məlumata görə (1747-ci il) nefti sudan ayırmaq və

təmizləmək üçün onu qanovlarla ardıcıl olaraq bir neçə çalaya, yaxud rezervuarlara

axıdırdılar. Beləliklə, birinci çalada neft tərkibindəki sudan ayrılırdı. 19

Abşeronda neftayırma artıq XIII əsrin əvvəlindən məlum idi. 20 Bunu İ.Lerx

təsdiq edir. Tutqun-qonur neftdən açıq sarı, çıxarılarkən bulanlıq olan ağ neftdən spirt

kimi tezalışan şəffaf məhsul alınırdı. 21

Neft həmin çalalardan Bakıya, qala yaxınlığındakı üç xüsusi neft anbarına

daşınırdı. Bibiheybət və Bayıl ətrafında, neft quyularının yaxınlığında 15 belə anbar var

idi. Oradaca, yaxınlıqda neft almağa gələn tacirlər üçün karvansara tikilmişdi. 22

Ağ neft daha yüksək qiymətləndirilir, daha çox satılır və ölkədən xaricə

aparılırdı. Neft Abşerondan yük heyvanları ilə, at qoşulmuş arabalarla, yaxud dəvələrlə

daşınırdı. O, tuluqlarda Bakıya, Şamaxıya, A zərbaycanın digər şəhər və kəndlərinə

gətirilirdi. 23 Neft Bakıdan dəniz yolu ilə İrana, Özbəkistana, Dağıstana və Şimali

Qafqaza ixrac olunurdu. 24 Bakı və Şamaxıdan neft karvan yolları ilə Hindistana, İrana,

Kürdüstana, Türkiyəyə aparılırdı. 25 Mənbələrdə 1637-ci ildə Moskva dövlətinə çoxlu

miqdarda neft ixrac olunduğu göstərilir; burada o, "dövlət xəzinəsi"ndəki mis

qazanlarda (ehtimal ki, Moskva Kremlinin anbarlarında) saxlanılırdı. 26 Neft Qərbi

Avropa ölkələrinə də ixrac edilirdi. 27

XVII əsrin birinci yarısında neft hasilatının həcmi haqqında istifadə edilən neft

quyularının sayına görə təsəvvür əldə etmək mümkündür. Lerxin verdiyi məlumata

görə, Uxaniyanın (indiki Novxana kəndi) 5 verstliyindəki bir kəndin (ehtimal ki,

Binəqədinin) yaxınlığında 30-dan 40-dək neft quyusu var idi. 28 XVIII əsrin 20-ci

illərinədək neft hasilatı xeyli aşağı düşmüşdü.

"...İran şahının vaxtında orada (Balaxanada - S.A.) 52 quyu var idi. Onların

hesabına böyük ticarət gedirdi, indi isə zərər çəkməmiş cəmi 26 quyu durur..." 29

161

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!