24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

I Pyotr İranın Qərbi Avropa ilə ipək ticarətini bütünlüklə Türkiyə-Aralıq dənizi

yolundan Volqa-Xəzər yoluna keçirmək beləliklə, Os manlı imperiyasının ipək tranziti

və ipək ticarətindən götürdüyü külli miqdarda gəliri onun əlindən almaq fikrinə

düşmüşdü. Asiyadan Avropaya xam ipək (xamna) İran və Cənubi Qafqazdan keçən

yollarla aparılırdı. I Pyotr özünün irimiqyaslı Şərq planlarını - Şərqlə, İran, Xivə,

Buxara, əfsanəvi sərvətlər ölkəsi Hindistanla geniş ticarət aparmaq üçün şimal və cənub

dənizlərinə çıxmaq siyasətini həyata keçirməyə tələsirdi. 31

İrandakı ağır siyasi vəziyyətdən və Şirvanda iki dəfə Şamaxıya hücum edərək

Abşeron kəndlərini viran qoymuş feodallar - müşkürlü Hacı Davudun və qazıqumuqlu

Surxay xanın başçılıq etdikləri İran əleyhinə çıxışlardan istifadə edən I Pyotr Xəzər

dənizinin qərb və cənub sahillərini ələ keçirmək üçün hərbi ekspedisiya təşkil etdi. Öz

təcavüzünə haqq qazandırmaq və həmin ölkələrin əhalisinin gözündə onun qanuni

olduğunu göstərmək üçün knyaz Dmitri Kantemir I Pyotrun göstərişi ilə İran və

Azərbaycanın Xəzəryanı vilayətlərində intişar edilmək məqsədilə bir sənəd

quraşdırmışdı. 32

1722-ci il iyunun 15-də Həştərxana gələn I Pyotr elə həmin gün fars, türk və

Azərbaycan dillərində aşağıdakı məzmunda manifest dərc etdirdi: Ləzgi əmiri Davud

bəy və qazıqumuq əmiri Surxay öz padşahlarına qarşı qiyam qaldırmış, 1712-ci ildə

yürüş edərək Şamaxını tutmuş, əhalini qarət etmiş və ordakı rus tacirlərini qətlə yetirib,

onların 400 000 tümənlik əmlakını talan etmişlər; Həştərxan qubernatorunun əvəz

verilməsini tələb etməsinə və Pyotrun öz tərəfindən şahın yanına elçi göndərməsinə

baxmayaraq, əvəz alınmamışdır. Şahın qiyamçıları cəzalandırmağa gücü

çatmadığından ruslar özləri ora gələcəklər, hər kəs öz yerində dinc otursa, rus

qoşunundan ona heç bir zərər, ziyan toxunmayacaqdır, həmin fəsadın iştirakçıları və

evlərini qoyub qaçanlar isə hökmdarın qəzəbinə düçar olacaqlar. 33

Manifestdə yürüşün əsl məqsədini ört-basdır etmək üçün rus qoşunlarının

qanuni padşahlarına asi çıxmış qiyamçıları əzməkdə şah Hüseynə kömək etməyə

gəldikləri göstərilirdi. Manifestdə qiyamçılara gizli və açıq şəkildə pul və ya ərzaqla

kömək göstərənlər, yaxud onlara qoşulanlar hədələnirdi. 34

Manifest qvardiya poruçiki A.Lopuxinlə birlikdə 30 çaparla Dərbəndə, Bakıya

və Şamaxıya çatdırılmaq üçün Tərki şamxalına göndərildi. 35

I Pyotr 1722-ci il iyulun 18-də quru ilə yola salınan 79 minlik süvari və 270 gəmi

və qayıqda 22 min piyada və 5000 matrosdan ibarət böyük bir ordu ilə Dərbəndə doğru

hərəkət etdi və iyulun 28-də Sulak yaxınlığında sahilə çıxdı. Pyotr ona müqavimət

göstərənlərə amansızcasına divan tutdu, kəndləri qarət edib yandıraraq, əhalisini qırdı. 36

1722-ci il avqustun 23-də çar qoşunları Dərbəndi döyüşsüz tutdular. Çar

qoşunları şəhəri tutmazdan qabaq Dərbənd sultanı kömək üçün şah sarayına getdi. Elə

həmin vaxt Bakının əsilzadələri, hərbi rəisləri, ərbabları, tacirləri və b. da şəhərin əhalisi

adından şaha müraciət edərək, onun Pyotrun qoşunlarından müdafiə olunması üçün

qoşun, silah və azuqə ilə kömək göstərməsini xahiş etmişdilər. Müqavimətin mənasız

olduğunu görən sultan vəzifəsinin icraçısı, Dərbəndin naibi İmamqulu bəy ruhanilər və

mötəbər şəxslərlə imperatoru şəhərdən kənarda qarşılayıb ixlas göstərdi və qalanın

148

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!