24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

müstəqilliyini ləğv etdikdən sonra da Şirvanşahlar nəslindən olan ayrı-ayrı şəxslərin

bayrağı altına keçən Şirvan əhalisinin müqavimətini tam qıra bilməmişdi. Sonuncular

Cənubi Dağıstana 8 sığınaraq Azərbaycandakı işğalçılıq siyasətində onlardan istifadə

edən Osmanlı Türkiyəsinin tərəfində çıxış etmək üçün fürsət gözləyirdilər. Müstəqillik

meylləri sünni Şirvan zadəganlarının əksəriyyəti arasında güclü idi. Şirvan

zadəganlarının sünni mənsubiyyəti və sünnipərəst meylləri şiəlik tərəfdarı olan və

işğalçılıq cəhdləri Şirvanşahların torpaqlarına doğru tuşlanan qızılbaşlara və Səfəvi

hökmdarlarına qarşı, bir növ, müxalifət təşkil edirdi.

Səfəvilərlə Osmanlılar arasında hərbi əməliyyatlar yalnız 1555-ci ildə, Səfəvilər

dövləti ilə Türkiyə sülh müqaviləsi bağladıqdan sonra dayandı. İyirmi ildən çox davam

edən dinclik dövrü və Azərbaycanın şimal və cənub vilayətlərinin Səfəvilər dövləti

tərkibində birləşməsi ölkənin şəhərlərinin, o cümlədən Bakının sosial-iqtisadi həyatına

əlverişli təsir göstərdi. Bakıda şəhər həyatının, Rus dövləti və digər ölkələrlə ticarətin

inkişafı, ticarət karvansaralarının və digər binaların tikilməsi müşahidə edilir. Abdulla

xan Ustaclı h.956 (1549)-cı ildə Şirvana bəylərbəyi təyin olunduqdan sonra Səfəvilər

burada öz hakimiyyətlərini daha da möhkəmləndirdilər. 9

Məhəmməd Xudabəndə (1577-1587) zamanında feodalların mərkəzdən

ayrılmaq cəhdləri və araçəkiş mələri nəticəsində Səfəvilər dövlətinin zəifləməsi

müşahidə olunur. Bununla yanaşı Osmanlı Türkiyəsi - xüsusilə Səfəvilərə qarşı bir sıra

yürüşlər etmiş I Sultan Süleyman (1520-1556), II Səlim (1566-1574) və III Muradın

(1574-1595) hakimiyyətləri dövründə gücləndi.

1578-1580-ci illərdə odlu silahla, top və texnika ilə yaxşı silahlanmış 100 minlik

türk ordusu Lala Mustafa paşanın başçılığı altında yenidən Azərbaycana girərək Ərəşi,

Qəbələni, Şamaxını, Bakını, Şabranı, Mahmudabadı, Salyanı və digər şəhərləri tutdu. 10

Şirvana yürüşdə Lala Mustafa paşanı Şirvanşahlar nəslindən Bürhanəlinin oğlu, bu

vaxta qədər Dağıstanda gizlənən Əbubəkr Mirzə müşayiət edirdi. Lala Mustafa paşa

Şirvanı tutduqdan sonra Əbubəkr Bakının da daxil olduğu vilayətin valisi təyin etdi. 11

Türk mənbələrinin verdiyi məlumata görə, Şirvan əhalisi orada qalmış

qızılbaşları qırmışdır. 12

Ehtimal ki, köçəri qızılbaş feodallarının ağır vergilərindən və zülmündən cana

gəlmiş Şirvan əhalisi Osmanlıların gəlməsi ilə oturaq əhali üçün daha əlverişli şərait

mövcud olan Şirvanşahlar dövlətinin keçmiş müstəqilliyinin bərpa ediləcəyinə ümid

bəsləyirdi. Belə ki, Dərbənd sakinləri Os manlı ordusunun şəhərə hücumu ərəfəsində

qiyam qaldıraraq 300 qızılbaşı öldürmüş, ş əhərin hakimi Çıraq xəlifəni həbs

etmişdilər. 13

Türkiyə - Səfəvi müharibələrinin ideoloji əsasını dini motivlər təşkil etsə də,

Osmanlı Türkiyəsi əslində, Cənubi Qafqazın zəngin ölkələrini və Azərbaycandan keçən

tranzit ticarət-karvan yollarını ələ keçirməkdə maraqlı idi. Bundan başqa Türkiyə Bakı

limanını tutmaqla Xəzər dənizinə çıxmağa cəhd göstərirdi. Türk sultanlarını

Azərbaycanı işğal etməyə sövq edən amillərdən biri də Şirvanın sərvətləri - nefti, duzu,

ipəyi, pambığı və s. idi. 14

Şirvanın işğalına zahirən Şirvanşahlar xanədanının bəzi nümayəndələrinin öz

139

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!