24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

(1524-1535)-ci illər) Səfəvilərin müti vassalları oldular.

Şah İsmayılın Şirvanı çoxdan zəbt etmək fikrinə düşmüş oğlu Şah I Təhmasib

Qorçubaşı Padarla birlikdə Təbrizə gəlmiş bir dəstə Şirvan hərbçisinin ona

müraciətindən sonra üsyanları və antifeodal çıxışları yatırtmaq bəhanəsilə 88 h.945

(1538)-ci ildə qardaşı Əlqas Mirzəni iyirmi minlik qoşunla ölkəni işğal etməyə

göndərdi. Sonuncu şirvanşah Şahrux vəkil Hüseyn bəy Lələ və Şirvan əyanları ilə

birlikdə uca dağda salınmış Buğurt qalasına sığındılar. Əlqas Mirzənin dörd ay

(Cənnabi və Münəccimbaşıya görə yeddi, Xurşaha görə doqquz ay) mühasirədə

saxladığı Şahurx və onun əmirləri məhrumiyyətlərə və ağır vəziyyətə baxmayaraq, qala

bürcləri toplarla dağı-dıldıqdan sonra qalanın müdafiəçiləri müqaviməti dayandırdılar.

Cənnabinin məlumatına görə, Buğurta gələn şah Təhmasib adamlarını Şahruxun

yanına göndərərək ona aman, böyük iqta və hər cür bəxşişlər vəd etdi. Lakin bunların

hamısı yalan çıxdı. Şahrux və onun əmirləri təslim olduqdan sonra Təhmasib Şahruxu

həbsxanaya saldı, Buğurt qalasında mühasirəyə alınmış altı yüzə yaxın şirvanlını

qırdırdı. 89 Şirvanı işğal etdikdən sonra Təhmasib Şirvanşahlar sülaləsinin süqutunu elan

etdi və Şirvanı Səfəvilər dövlətinə birləşdirdi. 90 Şah Təhmasib Şirvanı iqta kimi qardaşı

Əlqas Mirzəyə verdi, on beş yaşlı şirvanşah Şahrux ibn Fərrux Yəssarı da əsir qul kimi

qandalladaraq özü ilə Təbrizə aparıb, h.946 (1539)-cı ildə gizlincə qətlə yetirdi və

"onun həyatı şahın əmri ilə söndü". 91

Şirvanşahlar sülaləsinin sonrakı nümayəndələri Bürhanəli Sultan (h.955-958

(1548-155l)-ci illər) Əbubəkr Mirzə (h.986 (1579)-cı il) və başqalarının Şirvanda

itirilmiş hakimiyyətlərini bərpa etmək cəhdləri baş tutmadı.

2. BAKI ġƏHƏRĠNĠN ĠQTĠSADĠ HƏYATI

a) Neft və duz hasilatı

VIII-X əsr mənbələrində Bakının tarixi olduqca az işıqlandırılmışdır. XI-XV

əsrlər ərəb və farsdilli coğrafiyaşünas və tarixçilər öz əsərlərində şəhərin sosial-iqtisadi

həyatına dair daha ətraflı məlu mat vermişlər.

XI əsrin birinci çərəyində əl-Biruni Bakı haqqında olduqca müxtəsər danışır.

"Bakı ağ neft mədənidir". 1

H.520 (1126)-ci ildə yazılmış bir anonim əsərdə deyilir: "Bakı adasında ağ və

qara neft çıxarılır və onun daim titrəyən torpağından od çıxır..." 2

Xəzər dənizinin cənub-qərb sahillərini 1131-ci ildə gəzib-dolaş mış ərəb səyyahı

Əbu Həmid əl-Əndəlusi əl-Qərnati Abşeronun və Xəzər dənizində, Bakı yaxınlığındakı

adanın neftverən torpaqlarını belə təsvir edir: "Bu dənizdə qır kimi qara ada vardır.

Həmin adada yerdən acı, duzlu və pis qoxulu su çıxır. Bu su ilə birlikdə əla keyfiyyətli

bürüncə oxşayan xırda, dördkünc daşlar da çıxır. Adamlar bunlardan tərəzidə çəkidaşı

73

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!