24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

dəstəsi toplar sahilə çıxarılana qədər rusların öhdəsindən gəlmək üçün qaladan bayıra

çıxaraq, onlara həmlə etdi. Ancaq mayor Gerberin artıq döyüşə hazır olan iki səhra topu

atəş açmağa başlayıb, onları geri dönməyə məcbur etdi. 53

Soymonovun məlumatına görə yeddi rus gəmisi yarımdairə şəkildə şəhərə

yaxınlaşaraq lövbər saldı. Mühasirədəkilər onlara toplardan atəş açmağa başladılar.

Lakin gəmidən toplar atəş açmağa başlayanda mühasirədəkilər bir saat belə davam

gətirə bilməyib, toplarını ataraq qaçmağa üz qoydular. Mortiralar da öz işini gördü,

üçüncü mərmidən sonra şəhərdə böyük yanğın düşdü. Həmin gün axşama qədər şəhərə

94 mərmi atıldı. İki batalyon sahildə batareya düzəldib onun üzərinə dörd qaubitsa

qoyaraq mühasirədəkilərin qala divarında açılmış deşiyi tutmasına macal verməmək

üçün həmin yeri gecə-gündüz atəşə tutdular. Dörd gün ərzində iri deşik açılsa da,

mühasirədəkilər təslim olmaq istəmirdilər. Süvari dəstələri hərdən bir batareyaya həmlə

edirdilər. 54

Rus komandanlığı iyulun 25-də şəhəri həmlə ilə almaq qərarına gəldi. Həm də,

general-mayor belə bir sərəncam verdi: gecə, sahildə, düşərgədə həmlənin haradan

ediləcəyini göstərən aldadıcı həyəcan siqnalı verilsin. Mühasirədəkilər bütün

qüvvələrini həmin yerə yönəldəndə gəmilərdəki qoşun desant çıxarıb deşik açılmış yerə

getsin. Lakin gecə sahildən qalxan güclü külək gəmiləri dənizə apardığından bu planı

həyata keçirmək mümkün olmadı. Atəşi davam etdirmək mümkün deyildi.

Mühasirədəkilər bundan istifadə edərək elə həmin gecə divarda açılmış deşiyi

hördülər. 55

Ertəsi gün ruslar şəhərə qarpız aparan bir yerli sakini tutaraq general-mayor

Matyuşkinin yanına gətirdilər. Lakin onun heç nədən xəbəri yox idi və general mayor

onu sultana və şəhər əhalisinə məktubla şəhərə buraxmaq qərarına gəldi. Matyuşkin

məktubda onları şahın səlahiyyətli səfirinin məktubuna inanmadıqlarına və onun

məsləhətinə əks getdiklərinə, habelə, elçisini şəhərə buraxmamaqla, onu

general-mayoru təhqir etdiklərinə görə məzəmmətləyir və göstərirdi ki, onların şəhər

divarları nə qədər möhkəm olsa da, rus mərmilərindən uçub dağılmışdır. Deşikləri tutub

malalasalar da, bunun kö məyi olmayacaqdır, suvaq hələ qurumamışdır. Ona görə də

divar ilk atəşdən uça bilər. Odur ki, general imperatorun mərhəmətini vəd edərək,

onlara təslim olmağı məsləhət görür. "Lakin onlar bundan sonra da müqavimət

göstərsələr və təyin olunmuş gün təslim olmasalar, şəhər hökmən alınandan sonra heç

kəsə aman verilməyəcəkdir..." 56

Mühasirədə olan bakılılar bu məktubu alandan bir saat sonra dənizsahili qala

divarlarının bürclərinə ağ bayraqlar çıxardılar, sonra sahildən işarə ilə bildirdilər ki,

danışıq aparmaq üçün onların yanına adam göndərilsin. General-mayor Matyuşkin

zabitlərdən ibarət iki silahlı şlyupka göndərdi. Onlar şəhərin dörd nümayəndəsi ilə geri

qayıtdılar. Nümayəndələr bildirdilər ki, əhali şəhəri təhvil vermək istəyir və xahiş edir.

Matyuşkin nümayəndələrin yanında müqavilənin maddələrini yazdı və onlarla şəhərə

göndərdi. Nümayəndələr Şəhərin təhvil verilməsi üçün mühasirənin əvvəlində torpaqla

doldurulmuş darvazaları açmağa bir neçə saat möhlət istədilər. 57

F.İ.Soymonov şəhərin təhvil verilməsini və rus qoşunlarının Bakıya daxil

153

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!