24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Şardenin sözlərinə görə hər sənətkar dükanından boniçe adı ilə on su (həmin vaxt bir

abbası 18 suya bərabər idi - S.A.), sənətkarlıq məmulatı satan alverçi dükanından isə 20

su (abbasıdan bir az çox - S.A.) vergi alınırdı. 93 Şardenin verdiyi xəbərə görə, bu vergi

şaha xidmət edən, yəni karxanada işləyən sənətkarlara aid edilmirdi. 94 "Təzkirət

əl-müluk"un məlumatları və V.Minorskinin tədqiqatları göstərir ki, boniçe dedikdə

Divanın mədaxil cədvəlində əsnafdan toplanan ümumi məbləğin ayrı-ayrı sexlər və

onların üzvləri arasında bölüşdürülən maddəsi nəzərdə tutulurdu. 95

Sənətkarlıq sexlərinin hamısı şaha hər birinin qazancına görə bütün

sənətkarlardan yığılan müvafiq miqdarda pul ödəyirdilər. 96 Ehtimal ki, boniçe Divana

daxil olan vergilər cədvəlinin ayrıca maddəsi üzrə sexlərdən və əsnafdan, habelə hər bir

sənətkar və alverçidən gəlirinə müvafiq olaraq siyahı ilə alınan pul kimi başa

düşülməlidir.

"Təzkirət əl-müluk"da boniçenin yığılması mərasimi belə təsvir edilir: ilk üç ay

müddətində kələntər və naib bütün əsnafı bir yerə yığmaq üçün öz nümayəndəsini

təyin edir və onları naibin evinə toplayırlar. 97 Naibin vəzifəsi əsnafa boniçe vergisinin

məbləğini təyin etməkdir. "Naib qarşılıqlı razılaş ma əsasında hər bir əsnafa qanuna,

haqqa, zəkaya, ölkənin adət və qaydalarına müvafiq boniçe təyin edir. Bu məqsədlə o,

siyahı (timar) tutur, onu öz möhürü ilə təsdiqləyib kələntərin idarəsinə göndərir..." 98

Bundan sonra vəzirin, kələntərin və müstövfinin möhürü ilə təsdiqlənmiş qəbz

vasitəsilə dəftərə görə hər əsnafdan Divana çatacaq məbləğ (mütəvəccəhat-i divani)

götürülüb hissələrə bölünür (həvalə və tühəssas); kələntər hər əsnaf daxilində boniçeyə

görə onlardan təcih götürür və divanın vergi yığanları (mühəssil) müvafiq surətdə

məbləği toplayırlar". 99

Boniçe Azərbaycan şəhərlərində yayılmışdı. 100 Şəhər və kəndlərdə "tein" vergisi

mövcud idi. Həmin vergiyə görə, xarici dövlətin səfirinə və onun məiyyətinə şəhərdə

qaldığı müddət ərzində gündəlik xərc üçün müəyyən miqdarda pul yığılırdı. 101 Ehtimal

ki, qonalqa kimi idi, lakin ondan pula yığılması ilə fərqlənirdi. Xan yol boyu səfirə

mənzil tutmaq və gəldiyi hər yeni yerdə tein toplamaq üçün mehmandarı ona qoşurdu.

Yezuit missioneri (XVII) Talışda səfirin yaxınlaş ması şayiəsi yayılan kimi evləri tərk

olunmuş kəndi təsvir edir. Əhali tein verməkdən yaxa qurtarmaq üçün əmlakı ilə

birlikdə qaçıb gizlənir. Lakin bir neçə nəfər yaxalanır və mehmandar onların

zopalanmasını əmr edir. 102

XVII əsrin sonlarından və XVIII əsrin əvvəllərində feodal istismarının

güclənməsi və yerli hakimlərin özbaşınalığı ilə əlaqədar vergilərin ümumi artması

müşahidə olunur. 103 Vergi və mükəlləfiyyətlərin ağırlığı feodalların və maliyyə

məmurlarının zorakılığı və özbaşınalığı nəticəsində artırdı. Saysız vergi və

mükəlləfiyyətlər şəhərin və ətraf kəndlərin əhalisinin çiyninə ağır yük kimi düşərək

cəmiyyətin məhsuldar qüvvələrini sarsıdır, ölkənin iqtisadiyyatını dağıdırdı.

Bakı qalasındakı Cümə məscidinin minarəsinin özülünə qoyulmuş daşda həkk

Naib - kələntərin müavini və köməkçisi

195

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!