24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Məzarı şiə seyidləri nəslindən olan vərəsə şeyxlər idarə edirdi. Vəqf formal şəkildə

məzara məxsus olsa da, əslində, onun sahibi məzarın şeyxi - mütəvəllisi idi. 45 Sultan II

Muradın fərmanından aydın olur ki, bu vəqf hələ şirvanşah I Xəlilüllah zamanından,

yəni, 1417-ci ildən 1465-ci ilədək mövcud olmuş, məscid və Bibiheybət abidələri

kompleksi isə XIII əsrdə tikilmiş, yaxud bərpa edilmişdir. Deməli, ehtimal edilə bilər

ki, Bibiheybət məzarı 600 ildən az olmayaraq, bəlkə də, daha çox mövcud olmuşdur.

Bəzi fərmanlara görə, məqbərədə dərvişlərin yaşadığı xanəgah olmuşdur. Məzarı idarə

edən və dərviş icmasının başında duran şeyxlər şah tərəfindən eyni nəsildən təyin

edilirdilər. Səfəvi şahlarının həmin vəqfə aid bəzi fərmanlarından yüz ildən çox bir

müddət ərzində (1547-1668-ci illər) məzarı idarə edən Bibiheybət şeyxlərinin vərəsəlik

qaydasına ciddi riayət edildiyi aydın olur. 46

Şeyx Bünyad

Şeyx Qulaməli

Şeyx Abid

Hacı şeyx Şərif ibn şeyx Abid

Şeyx hacı Əsgərəli

Şeyx Məhəmməd Muqim 48

ö.h.963 (1555/6)-cü il

h. 1015 (1606/7)-ci ildə hələ

sağ olmuşdur.

h.1028 (1618/1619)-ci ildə

sağ olmuş, h.1046 (1636/37)-cı ilədək

ölmüşdür. 47

Şeyx Qulaməlinin qardaşı oğlu

və kürəkəni, h.1064 (1653/4)-cü ildən

qabaq ölmüşdür və şeyx Qulaməlinin qızı

(adı çəkilmir.)

h.1078 (1667/8)-ci ildə hələ

sağ olmuşdur.

Dövrümüzədək qalmış bəzi daş kitabələrdə XVII əsrdə Bakıda yaşamış

adlı-sanlı seyidlərin adları təsbit olunmuşdur. Şıx kəndindəki məscidin yaxınlığında

h.1020 (161 l)-ci ilə aid qəbirdaşında seyid Fəzlüllahın oğlu "seyidlərin pənahı" Seyid

İmamqulunun adı çəkilir. 49

Bibiheybətin baş məscidinin artırmasında və onun qapısının yuxarısındakı onu

tikdirən şeyx Şərif ibn şeyx Abidin adı çəkilən h.1028 (1618/19)-ci və h.1046

(1636/37)-cı illərə aid daş kitabələr olmuşdur 50 . Şeyx Şərif, Şərifəli, Əsgərəli və

Əbdüləlinin adları I Şah Abbasın h.1015 (1607)-ci ilə aid yuxarıda bəhs edilən

fərmanlarından birində çəkilir. 51 Həmin seyidlər Bakı şəhərinin böyük vəqf əmlakına

malik məşhur müsəlman ruhanilərindən idilər. Bu vəqfə aid sənədlər içərisində Səfəvi

şahlarının Bibiheybət məzarı yanındakı sufi-dərviş xanəgahına ənam verdikləri 10

fərman 52 qeyd edilmişdir. I Şah Abbasın h.l015-cı ilin zilqədə ayında (28 fevral-29

189

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!