24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

karvanları müşayiət edirdilər. Onların bəziləri quruyla Qəndəhar və Herat yolu ilə

Xəzər dənizinə doğru gedirdilər; lakin hindlilər kiçik qruplar halında hərəkət edir,

müsəlmanlar tərəfindən incidilmələrindən acı-acı şikayətlənirdilər. 38

1796-cı ildə Bakıda olmuş Marşall fon Biberşteyn Bakıdan Xəzər dənizində

yeganə böyük və rahat liman kimi danışır: "Bakı limanı (Şirvanın) duz və bitum

hopmuş ən quru hissəsidir. Lakin torpağın bu xüsusiyyəti duz, petrol və neft

ticarətindən xeyli gəlir götürən şəhər üçün sərvət mənbəyidir". 39 Bundan başqa o,

xüsusilə köhnə Şamaxı şəhərinin süqutundan (1734-cü il - S.A.) sonra Şirvanı və qonşu

əyalətləri daim narahat edən iğtişaşlar vaxtından Bakıda ticarətin xeyli azaldığını qeyd

edir. Duz buradan böyük miqdarda yeni Şamaxıya və daha uzağa aparılırdı. Neftin əsas

satış bazarı isə Gilan idi. 40

Bakıda ticarətin 1796-cı ildə Biberşteynin qeyd etdiyi tənəzzülü, yəqin ki,

1795-1797-ci il müharibələri, Ağaməhəmməd xanın qoşunlarının törətdiyi dağıntılarla

bağlı idi. 1796-cı ildə general Zubovun qoşunları ilə birlikdə Bakıda olmuş Artemi

Araratskinin məlumatına görə şəhərdə bahalıq elə bir həddə çatmışdı ki, yumurtanın

biri 20 qəpiyə satılırdı. 41

1797-ci ildə Şirvanda, Bakıda, Şamaxıda və digər yerlərdə aclıq tüğyan edirdi.

"Torpaqda çox az miqdarda arpa axtarıb tapmaq olurdu və onun çörəyi ən azı 15 gümüş

manat idi..." 42

1798-ci ildən etibarən Bakı xanlığında və digər xanlıqlarda şəhərlərin vəziyyəti

yaxşılaşmağa başladı. Rusiya ilə ticarət əlaqələri bərpa olundu.

Fransız səyyahı Q.A.Olivye 1798-ci ildə Bakıda, Ənzəlidə və Salyanda

faktoriyaları olan rusların ticarəti haqqında məlumat verir. Rus tacirləri bu limanlardan

Həştərxana Gilan və Şirvan ipəyi, pambıq, düyü, quru meyvə, pambıq parça, bəzi xalis

ipək, yaxud ipək və pambıq qarışıq parçalar, zərlə işlənmiş ipək kəmərlər, boyaqkökü,

həsir, zirə, küncüt yağı və bəzi dərman maddələri, xaş xaş, ulduzvari cirə, mirra, ənbər

və i.a. aparırdılar. Rus tacirləri bu malların əvəzində at və digər heyvan dərisi, bəzi qaba

mahud növləri, məxmər, atlas, muar və digər Lion parçaları verirdilər. Tacirlər, habelə

Hollandiyadan və İngiltərədən gətirilən az miqdarda koşenil (qırmızı boyaq), indiqo

(tünd sürməyi boyaq) da satırdılar. Onlar qiymətli xəzlər də təklif edirdilər. Lakin yerli

əhali daha çox quzu dərisindən istifadə etdiklərindən xəz çox az satılırdı. Halbuki

Türkiyədə onlara tələbat böyük idi. 43 Rusiyaya İrandan Bakı vasitəsilə ipəyin emalında

istifadə edilən gəvən kitrəsi də aparılırdı. 44

Olivyenin məlumatından göründüyü kimi rus tacirləri vasitəçiliklə də məşğul

olur, Bakıda öz ölkələrinin malları ilə yanaşı, Fransadan, İngiltərədən və digər

ölkələrdən gətirilən əcnəbi malları da satırdılar.

XVIII əsrin sonunda Bakını təsvir edən ingilis missioneri M.Tuk Bakıda

ticarətin Dərbənddəkindən daha əhəmiyyətli olduğunu qeyd edir. Bakı, başlıca olaraq,

xamna və ipək məmulatları aldığı Şamaxı ilə ticarət aparır. Orada, adətən, rus konsulu

var. 45 Bakı ərazisində XVIII əsrə aid Şamaxıda kəsilmiş xeyli miqdarda sikkə tapılması

da Şamaxı ilə geniş ticarət aparıldığına dəlalət edir. 46

XVIII əsrin sonlarında Bakıda olmuş məşhur Azərbaycan səyyahı və alimi

223

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!