24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

yaxud Elxanilər sülaləsinin əsasını qoydu. Elxanilər Şimali A zərbaycanı, Ermənistanı

və Gürcüstanı da işğal etdilər. Onlar Cucilərin həmin vilayətlər barəsində iddialarını

rədd etdilər ki, bu da Qızıl Orda ilə Elxanilər dövləti arasında toqquşmaya səbəb oldu. 44

İki dövlət arasında hərbi əməliyyatlar yüz ilə yaxın davam etdi. Bu müddət ərzində

onların sərhədləri tez-tez dəyişərək gah Dərbəndin, gah da Bakının yaxınlığından

keçirdi.

Göstərilən hadisələr aramsız müharibələr nəticəsində dağıdılan ölkənin rifahına

son dərəcə fəlakətli təsir göstərirdi. XIII əsrin sonlarında şirvanşah III A xsitan ibn II

Fərruxzad öz iqamətgahını Güştəsbiyə köçürdü. Bu, görünür Dərbənd bölgəsinin

Bakıya qədər Hülakülərlə Cucilər arasında hərbi əməliyyat meydanına verilməsi və

şirvanşahların həmin yerlərdə qalmasının təhlükəli olması ilə bağlı idi. 45

Monqol istilası Şirvanın müstəqilliyinə son qoydu. Öz torpaqlarında

monqolların vassalı kimi hakimiyyət sürən Şirvanşahlar öz adlarından pul kəsdirməyə

davam etsələr də, artıq təmtəraqlı titullarını göstərmir, öncə monqol xaqanının adını

çəkdilər. 46 Şirvanşahlar Elxani hökmdarlarının bütün yürüşlərində öz qoşunu ilə iştirak

edir və süzereni qarşısındakı bütün təəhhüdlərini yerinə yetirirdilər.

Mənbələrdə xəbər verilir ki, şirvanşah II A xsitan ibn II Fəribürz təqribən h.653

(1256)-cü ildə Azərbaycan, Gürcüstan, Xorasan və b. vilayətlərin feodal hakimləri ilə

birlikdə "layiqli hədiyyələrlə" İs maililərə qarşı yürüşə çıxmış Hülakü xanın yolüstü

qərərgahına gəlmişdi. 47

Elxanilər dövründə Bakı monqol hökmdarlarının qışlaq yeri idi. H.697 (1297)-ci

ildə elxan A rqunun oğlu Qazan xan qışlamaq məqsədilə Bakıya gəlmişdi. 48 Fransız

rahibi Odorik de Pordenon (1274-1331) yazır: "Xan yayı burada (Sultaniyyədə) keçirir,

qışda isə Bakuk (" Bacuc") adlanan başqa şəhərə gedir". 49

Elxanilər Dərbəndin tənəzzülə uğraması ilə əlaqədar əhəmiyyəti artan Bakıya

böyük diqqət yetirirdilər. Elxanilərlə Cucilər arasındakı hərbi əməliyyatlarla əlaqədar

Elxanilər Cucilərin əlində olan Dərbənd limanından istifadə edə bilmirdilər. Lakin

onlar Dərbəndin yaxınlığında onların mənafeyini təmin edən rahat və təhlükəsiz

limanlarının olmasında maraqlı idilər.

Böyük iqtisadi əhəmiyyətə malik olan Bakı belə gözəl təbii liman idi. Bununla

əlaqədar, Dərbənd tənəzzülə uğradığı halda, Bakının əhəmiyyəti artır. 50 İrandan və Orta

Asiyadan gələn gəmilər Bakı limanına üstünlük verməyə başladılar. 51

Monqol dövlətinin tənəzzülə uğrayaraq dağılmağa və bir sıra xırda feodal

torpaqlarının yaranmağa başladığı XIV əsrin əvvəllərində Şirvanşahlar hakimiyyətinin

mövcudluğu Bakıda təsərrüfat həyatının və tikinti işlərinin dirçəlişində böyük rol

oynadı. Bu vaxt Şirvanşahlar Şəbəran və Dərbənd şəhərlərinə də sahib idilər.

Rəşidəddin oğluna məktubunda şirvanşahı "Şəbəran, Şamaxı və Dərbəndin məliki"

adlandırır. 52 XIV əsrin 40-cı illərində Bakıda Hülakülər - sultan Süleyman və

Ənuşirəvan adından sikkə kəsilən zərbxana var idi. 53 Bakı ərazisində həmin sikkələrin

bütöv dəfinələri tapılmışdır.

Monqol dövlətinin dağıldığı dövrdə Azərbaycanın şimal vilayətlərinin bir

müddət yadelli işğalçıların əsarətindən azad olan şəhərləri siyasi qüvvə əldə etdilər. Bu

67

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!