24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

feodal emalatxana-karxanalarında çalışan sənətkarlar. Abşerondakı Xilə kəndində

xalça karxanası var idi.

Xalçaçılıqla həm karxanada kişilər, həm də evlərdə qadınlar məşğul olurdu.

Karxanada çalışan xalçaçılar ağır şəraitdə işləyirdilər. Xalçaçı sənətkar bir çox hallarda

ailəsi ilə birlikdə gündəlik normanı yerinə yetirməyə çalışaraq, bütün gün ərzində

dəzgahın arxasından qalxmırdı. Karxana sahibləri, hətta uşaq əməyindən də istifadə

edərək toxucu sənətkarları amansızcasına istismar edirdilər. 132

Böyük sənətkarlıq karxanaları Şirvanın iri şəhərlərinin demək olar ki, hamısında

var idi. Onlarda bəylərbəyinin və Şirvanın iri feodallarının sarayları üçün alınan, habelə

şaha və elçilərə bəxşiş edilən böyük miqdarda bahalı parça və paltar, xalça, silah,

qab-qacaq istehsal olunurdu. 133 Bazarlar feodalların göstərilən şeylərə olan tələbatını

ödəmədiyindən onlar həmin şeyləri bu məqsədlə yaradılmış karxanalara sifariş

edirdilər. Karxana təsisatı XVII əsrdən xeyli əvvəl mövcud olmuşdur. Yaxın Şərq

şəhərlərində hələ Xilafət dövründən mövcud olan iri dövlət emalatxanaları qul

sənətkarlardan istifadə edən monqollar dövründə geniş vüsət almışdı. 134 Əmtəə-pul

münasibətlərinin inkişafı ilə əlaqədar XVII əsrdə və XVIII əsrin birinci yarısında

karxanalar keçən əsrlərdəki karxanalardan bazar üçün əmtəə istehsal edən və feodallara

işləyən nisbətən müstəqil ixtisaslı sənətkarların çalışdığı manufaktura istehsalı

əlamətləri ilə fərqlənirdi. 135 Lakin feodal istehsal üsulu karxanaların əsl Avropa tipli

manufaktura kimi inkişaf etməsini ləngidirdi. Bizim əlimizdə karxanaların daxili

quruluşuna dair mənbələrin məlumatı yoxdur. Lakin Şardenin, de Tevonun, dü Manın

və başqa səyyahların Səfəvilər dövləti şəhərlərində sənətkarlıq istehsalı haqqında

məlumatları burada əməyin texniki bölgüsünün mövcud olduğunu ehtimal etməyə

imkan verir. Karxanalar, ehtimal ki, ayrı-ayrı sənətkarlıq istehsalı sahələri üzrə

yaradılırdı. Azərbaycan şəhərlərində xalça, parça, paltar, silah, keramika və digər

məmulatlar istehsal olunan karxanalar var idi. Şəhərlərdə karxanalardan başqa, bazar

üçün sənətkarlıq məmulatları hazırlanan sənətkar dükanları da mövcud idi. 136

Şardenin qeyd etdiyinə görə, sənətkarlar ağıllı, dözümlü idilər və əgər əməkləri

səxavətlə ödənilsəydi onlar çox əla işləyərdilər. 137 Sənətkarların əməyi onların sexlərdə

birləşərək, bazar üçün sərbəst şəkildə mal istehsal edib satdıqları Avropada, müstəqil

şəhər-kommunalarda olduğu kimi stimullaşdırılmırdı. Şəhərdə, yaxud onun ətrafında,

ehtimal ki, "Bakı qumaşı" adı ilə tanınan pambıq parça toxunan toxuculuq karxanaları

var idi. Karxanaların, bazarların, ticarət dükanlarının, karvansaraların, istehsal

vasitələrinin və xammalın sahibi olan feodallardan asılı vəziyyətdə olan sənətkarlar

cüzi haqq alırdılar. Bizim əlimizdə karxanalarda işləyən sənətkarların sayı haqqında

məlu mat yoxdur. Ehtimal ki, xalçaçılıq və toxuculuq emalatxanalarında onların sayı 5-6

nəfərdən çox olmurdu.

Təkbaşına işləyən sənətkarlar müxtəlif vergilər verir və feodal

mükəlləfiyyətlərini yerinə yetirirdilər. Sənətkar emalatxanalarının bəziləri vəqfə

məxsus idi. Həmin emalatxanalarda çalışan sənətkarlar mütəvəlliyə məhsul, yaxud pul

rentası verirdilər. Bakı sənətkarları, ehtimal ki, Azərbaycanın başqa şəhərlərində

olduğu kimi, sex təşkilatlarında (əsnaflıq, yaxud həmkarlıq) birləş mişdilər. Lakin bu

199

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!