24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

mərzbanlarına tabe edilmişdilər.

Bizans tarixçisi Menandrın məlumatına görə, savirlər 575-ci ildə Kür və Araz

çayları arasındakı torpaqlara və Kür çayının şimal-qərb sahillərinə köçürüldülər. 30

Savirlərin adı A zərbaycan toponimikasında Qala Suvar, Bilə Suvar yer adlarında əksini

tapmışdır; buradakı " Bilə" komponenti şəhər, yer deməkdir. VI əsrin ortalarında

Dağıstanda Albaniya ilə sərhəd yaxınlığında savirlərin sayı yüz minə yaxın idi. 31 Həmin

vaxtlar və ondan əvvəl olan Dərbənd keçidindən Albaniyaya tez-tez basqınlar edirdilər.

VI əsrin ortala-rınadək Qafqazda ən güclü və çoxsaylı xalq olan savirlər Dərbənddən

savir yaşayış yerlərinin mərkəzi olan Qəbələyədək bütün Şimali A lbaniyanı (Şirvan və

Arran) zəbt edərək 100 ildən çox burada qaldılar. 32 Ehtimal ki, savirlərin çoxu avtoxton

əhali ilə qaynayıb-qarışaraq oturaq həyat tərzinə keçmişlər. Bu ünsiyyət Arranda və

Şirvanda türk dilinin yayılmasına kömək göstərmişdir. Sonralar, h. 117 (735/6)-ci ildə

ərəb sərkərdəsi, Şirvan və Arran valisi Mərvan ibn Məhəmməd xəzərlərin ölkəsinə

soxulmuş və 40 min türk əsiri tutaraq Samur və Şəbəran çayları arasındakı düzənlikdə

yerləşdirmişdi. 33

Beləliklə, eramızın VI əsrində və sonralar türklərin Arran, Şirvan və

Azərbaycana intensiv surətdə miqrasiyası baş vermişdir.

Abşeronun toponimikasında türk ünsürlərinin mövcudluğu (Sabunçu, Qobu,

Türkan, Güzdək və i.a.) müxtəlif türk tayfalarının Qafqaz A lbaniyası bölgəsinə, o

cümlədən Abşerona gəlməsinə dair narrativ və lapidar mənbələrin məlumatlarını təsdiq

edir və erkən orta əsrlər dövründən, eramızın ilk əsrlərindən ölkədə türkləşmə (hunlar)

Prosesinin getdiyini və daha sonralar, VI-VIII əsrlərdə bunun intensiv şəkil aldığını

göstərir. Arxeoloji məlumatlar isə qədim türk tayfalarının Abşeronda və Azərbaycanda

eramızdan xeyli əvvəl yaşadığına dəlalət edir.

Gətirilən faktlar ərəblərin VIII əsrin birinci çərəyində Azərbaycanda və

Dağıstanda tam və qəti şəkildə möhkəmlənmədiyini və sonralar da aramsız olaraq bu

ölkələrə basqın edən türklərlə müharibələr apardığını göstərir. Görünür, ərəblər

Azərbaycanda yalnız VIII əsrin ikinci yarısında, türk xaqanlığının süqutundan sonra

möhkəmlənmişlər.

VIII-X əsrlərdə Bakıda baş vermiş siyasi hadisələr haqqında məlumatımız çox

pərakəndədir. Ərəb müəllifləri Bakının adını çəkmədən Şirvanın şəhər və digər

yerlərində əhalinin ağır vergilər, zülm və istismarla bağlı ərəb ağalığı əleyhinə üsyanları

haqqında məlumat verirlər. 34 Bu və ya digər əyalət xəlifəyə itaətsizlik göstərərək, istila

dövründə ərəb valiləri ilə bağlanmış müqavilələri pozaraq üsyan qaldırdıqda onlar

amansızcasına yatırılırdı. 35 Hələ Sasanilər dövründə Sasani dövlətinin əlahiddə, strateji

cəhətdən mühüm əyaləti olan Şirvan ərəb hökmranlığı dövründə ərəblərin böyük diqqət

yetirdiyi ən iri siyasi quruma çevrildi. Ehtimal ki, Abşeron, mərkəzi Bakı olmaqla,

Şirvan vilayətinin tərkibinə daxil olan əlahiddə inzibati vahid olmuşdur.

Azərbaycan Ərəb xilafəti tərəfindən istila olunarkən Bakı, Şamaxı, Dərbənd və

b. şəhərlərin daxil olduğu Şirvan vilayətinin hakimləri Şirvanşahlar idi. Ərəb müəllifləri

onlar haqqında IX əsrin əvvəllərindən məlumat vermişlər. İbn Xordadbeh (IX əsr)

Sasani imperiyasının şah I Ərdəşir (224-240) tərəfindən şah titulu bəxş edilmiş bir sıra

41

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!