24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

qəbirdaşları qalmışdır. 214 Abşeronda rəsmlərlə və heykəltəraşlıq elementləri ilə

bəzədilmiş başdaşlarında da təsadüf edilir. Şüvəlan kəndindəki köhnə qəbiristanda

qabartma əjdaha təsviri olan daş lövhə aşkar olunmuşdur. 215 Bütün bu heykəltəraşlıq

əsərləri həmin dövrdə bədii sənətlərin, o cümlədən heykəltəraşlığın inkişafından xəbər

verir.

Şirvanşahlar sarayında Divanxana köşkünün və türbənin baştağlarındakı daş

üzərində bədii oyma işləri nəqqaş rəssamların, həkkakların yüksək sənətkarlığını

göstərir. Şirvanşahlar sarayındakı gözəl xalça ornamentləri ilə bəzədilmiş başdaşındakı

kitabə Xəlilüllahın hökmranlıq dövrünə aiddir. Kitabədə deyilir: "Bu nurlu qəbir və

təmizləyici məşhər və səcdə edilən məqbərə rəhmətlik şeyx Bəhlulun oğlu mərhum,

günahları bağışlanmış, böyük Allahın mərhəmətini qazanmış xoşbəxt şəhid, əzəmətli,

ağıllı, kəramətli, ən böyük əmir, səxavət və şücaət sahibi, dünya əmirlərinin başçısı

Əmir Təhmurəsindir. Hicri 863-cü il, cəmadiyül-axir ayı (5.IV-4.V.1459-cu il)" 216

Kitabədən göründüyü kimi, əmir Xəlilüllahın əmisi oğlu və atası şeyx Bəhlul kimi

şirvanşah qoşunlarının baş sərkərdəsi olmuşdur. O, ehtimal ki, Şirvanda, Xəlilüllahla

şeyx Cüneyd arasındakı vuruşmada həlak olmuşdur. Bunu onun ölüm tarixi də göstərir.

Abşeronun Zığ kəndində nəbati xalça naxışları, ərəb və fars dillərində

kitabələrlə bəzədilmiş başdaşı XV əsrdə Abşeronda dekorativ sənətin inkişaf etdiyini

göstərir. 217 Kitabədə müharibədə həlak olmuş əmir Zülqərneyn ibn əmir İsgəndər

Dərbəndinin ölü mündən xəbər verilir. Bu, onun dərbəndli, adlı-sanlı nəsildən olduğunu

və əmir titulu daşıdığını göstərir. Onun ölüm ili - h.852 (1448)-ci il - I Xəlilüllahın

hakimiyyəti dövrünə düşür. Kitabənin məzmunu belədir: "Bu qəbir mərhum, xoşbəxt

şəhid əmir Zülqərneyn bin əmir İsgəndər Dərbəndinindir. Səkkiz yüz əlli ikinci il (h.852

(1448)-ci il - S. A.) Biz Bab əl-Əbvab - Dərbəndin pak torpağında ürəyimizin qanı ilə

oğul böyütdük. Biz, ata-anası və qohum-əqrəbası onun nazənin üzündən şadlanırdıq...

kökündən qopardı. Sənin cavan cismin qızıl gül kimi torpağa səpələndi, ömür köynəyin

qönçə ləçəkləri kimi parça-parça oldu. Sənin gözəl vücudunu torpaqda axtarsaq da...

Allah torpağını pak eləsin. Kaş əcəl tikanı sənin ayağına batan gün taleyin əli ölüm

qılıncını mənim başıma endirəydi, ta bu gün gözlərim dünyanı sənsiz görməyəydi.

Başıma kül ələnmiş halda sənin qəbrin önündə dayanmışam". 218

Fars dilində yazılmış bu şeir XV əsrdə Abşeronda yayılmış mərsiyə

nümunəsidir.

Abşeronun XI-XV ərslərə aid epiqrafik abidələrinin öyrənilməsi məscidlərdəki,

türbələrdəki, başdaşlarındakı kitabələrin çoxunun ərəb dilində, bəzilərinin isə, məsələn,

Bayıl buxtasındakı sualtı imarətin divarlarındakı XIII-XIV əsrlərə aid kitabələrin

Olcaytunun yarlığının farsca olduğunu müəyyənləşdirməyə imkan vermişdir. Beləliklə,

X-XIV əsrlərdə Abşeronda rəsmi dövlət dili olan ərəb dili ilə yanaşı, fars dili də

işlənmişdir. Lakin folklor nümunələri yerli dillərdə yaradılırdı.

Bakı şəhəri əhalisinin danışıq dili XIV əsrin sonunda və XV əsrin əvvəllində

Bakıda yaşayan böyük Azərbaycan şairi Nəsimi, Bədr Şirvani və başqa şairlərin

yazıb-yaratdığı türk dili idi.

Həsənoğlunun müasiri olan Bakı şairi Nasirin (XIV əsrin əvvəli) bakılıların bir

134

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!