24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

olunmuş və ömrünün sonunadək h. 185 (801)-ci ilədək hökmranlıq etmiş, Bərdədə

ölmüş və orada da dəfn olunmuşdur. Mənbədə onun ölümünün təfsilatı belə nəql edilir.

"Söyləyirlər ki, bir qonaqlıqda ona bir gözəl qız bağışlayırlar, o, məclisi tərk edərək

qızla intim əlaqəyə girir və onun ağuşunda ölür. Bu, Bərdədə olmuşdur..." 43

Sonrakı hakimlər - onun oğulları və bu sülalənin digər nümayəndələri

müstəqilliyə cəhd göstərərək Xilafət əleyhinə üsyanlar qaldıran qonşuları gürcülər və

şəkililərlə feodal müharibələri aparmışlar. Onlar torpaqlarına basqın edən xəzərlər və

alanlarla da vuruşmuşlar. h.237 (851)-ci ildə xəlifə Mütəvəkkil Bab əl-Əbvab

(Dərbənd) şəhərini ondan asılı olan torpaqlarla birlikdə iqta kimi Məhəmməd ibn

Xalidə bağışladı. Buna görə də sonra gələn şirvanşahlar Dərbəndə özlərinin iqta mülkü

kimi baxmış və bu torpaqlara sahiblik iddiası edərək Dərbənd Haşimilər sülaləsinin

yerli hakimləri ilə daim müharibələr aparmışlar.

Xilafətin mərkəzi hakimiyyətinin zəiflədiyi bir məqamda, h.247 (861)-ci ildə,

xəlifə Mütəvəkkil öldürüldükdən sonra Heysəm ibn Xalid qədim İran "şirvanşah"

titulunu 44 qəbul edərək müstəqil hökmdar kimi hakimiyyət sürməyə başladı. Həmin

vaxtdan etibarən Məzyədi Şirvanşahlar sülaləsinin nümayəndələri öz iqta torpaqlarında

irsi vassallara çevrildilər. Dərbənd və Dağıstanın bir hissəsi vaxtaşırı Şirvanşahların

torpaqlarına daxil edilirdi. Məzyədi Şirvanşahlar sülaləsinin Layzan qolunun

güclənməsi Layzanın Şirvanı işğal etməsi ilə nəticələndi. "Tarix əl-Bab"ın verdiyi

məlumata görə, h.305 (917)-ci ildə atasının əmisi oğlu - şirvanşah Əli ibn Heysəmi

öldürən Layzan hakimi Layzanşah Əbu Tahir Yəzid ibn Məhəmməd Şirvanı işğal etdi

və h.306 (918)-cı ildə Şirvan torpağında Yəzidiyyə şəhərini saldırdı. 45 Burada söhbət

həmin vaxtdan xeyli əvvəl mövcud olmuş Şamaxı şəhərinin ətrafında istehkamlar

tikilməsindən gedir. Əbu Tahir Yəzidin ekspansiya siyasəti Layzanın güclənməsi və

şirvanşah Əli ibn Heysəmin Şəndanla və Bakı yaxın lığında ruslarla mübarizədə hərbi

uğursuzluqları ilə bağlı idi.

Şirvana türklərdən başqa, ruslar da dəfələrlə basqın edirdilər. Mənbələrdə

rusların artıq VII əsrin birinci yarısında Xəzər dənizinin cənub-qərb sahillərini talan

etdiklərinə, Şirvanşahların və Dərbənd hakimlərinin bu basqınlara qarşı mübarizə

apardıqlarına dair məlumatlar vardır. 46

Xəzər dənizinin əhalisi sıx olan cənub-qərb sahilləri ta qədimdən yadelli

işğalçıların diqqətini cəlb edirdi. Öz gəmilərində ticarət məqsədilə Xəzər sahillərinə

üzüb gələn rus tacirləri bu diyara yaxşı bələd idilər, türklər və xəzərlər kimi Azərbaycan

vilayətlərinin zənginliyi barədə məlumatları yayırdılar. 47 Ruslar təqribən 914-cü ildə

Bakı sahillərinə basqın etdilər. "...Qarətçi rus dəstələri nabələd deyildilər və ta

qədimdən Şərqi Avropa ölkələri, Qafqaz və İranla qızğın mal mübadiləsi apardıqları,

yaxşı tanıdıqları yolla gəlirdilər". 48

Məsudi rusların bu yürüşünü çox müfəssəl təsvir etmişdir. O göstərir ki, h.300

(912-913)-cü ildən sonra rusların hərəsində yüz adam olan 500-ə qədər gəmisi Don çayı

ilə yuxarı qalxaraq Xəzər boyuna qədər gəldi. Rus gəmiləri xəzərlərin körfəzin ağzını

qoruyan gözətçi postuna çatdıqda qənimətin yarısını vəd etməklə Xəzər xaqanından

onun ölkəsindən keçərək Volqaya, sonra isə üzü aşağı üzüb çayın mənsəbinə və Xəzər

43

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!