24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

unun nəticəsində adı çəkilən ərazilərin quruya çevrildiyini qeyd etmişlər. Professor

SA.Kovalevski hesab edir ki, ilk əsrlərdə Bakı yaxınlığındakı adalar quru ilə birləşmiş,

buxta quru olmuşdur. O, indiki buxtanın yerində yaşayış məskəni olması imkanını

ehtimal edir. Bu alimin fikrincə, Xəzər dənizinin Bakı arxipelaqı bankələrinin

bütünlüklə qitə ilə qovuşduğu və Bakı buxtasının tamamilə quruya çevrildiyi ən aşağı

səviyyəyə enməsi II əsrdən VII əsrə qədərki dövrə təsadüf edir. VII əsrdən etibarən

Xəzərin səviyyəsi Bakı buxtasının əmələ gəldiyi IX əsrədək sürətlə qalxmağa başlayır.

XIV əsrin əvvəlində suyun səviyyəsi indikindən xeyli yüksəyə qalxmışdı. 55

Ola bilər ki, Bakı buxtası VII əsrdən də əvvəl yaranmışdır. Belə ki, Bakı

qalasının konfiqurasiyası göstərir ki, köhnə Bakı artıq buxta mövcud ikən dəniz

sahilində liman şəhəri kimi salınmışdı. Əks halda, IX-X əsr ərəb coğrafiyaşünasları

Xəzərin səviyyəsinin bərk qalxması faktını qeyd edərdilər. Görünür, dənizin sahili xeyli

cənubda, böyük Zirənin arxasında olmuşdur. Belə ki, Bayıl buxtasında istehkam quruda

tikilmiş və 1234/5-ci ildə başa çatmışdır.

Xəzər dənizinin səviyyəsinin dəyişməsinə dair alimlərin son tədqiqatları

göstərmişdir ki, Xəzərin son transqressiyası hardasa eramızın hüdudlarında

başlanmışdır. Lakin əvvəllər dənizin səviyyəsinin qalxması çox ləng getmiş, suyun

səviyyəsi tez-tez xeyli aşağı düşmüşdür. Xəzərin səviyyəsi XIII əsrin sonunadək aşağı

olmuşdur. Lakin XIII əsrin sonu-XIV əsrin birinci yarısında, yüz ildən də az bir dövrdə

dənizin səviyyəsi 10 metrdən də çox qalxmışdır. Marino Sanutonun xəritəsində (1320)

belə bir qeyd vardır. " Dəniz hər il bir əl içi boyda qalxır və artıq bir neçə yaxşı şəhər

məhv olmuşdur". XIV əsrin birinci yarısında Nəcati, Həmdüllah Qəzvini Abaskunun

qərq olmasından, Bakıdakı Səbayıl istehkamlarından bəhs etmişlər. Əbdürrəşid

Əl-Bakuvi (1403) yazır ki, dəniz Bakıda bir çox qala bürclərini bas mış və məscidə

yaxınlaş mışdır. Sonralar dənizin səviyyəsi 600 ildən çox - XX əsrin əvvəlinədək yüksək

olmuş, həmin vaxtdan enməyə başlamışdır. Onun səviyyəsi 1929-1945-ci illərdə

xüsusilə kəskin surətdə enmiş, 16 il ərzində 2 m aşağı düşmüşdü. 56

Bakı buxtasında dəniz hamamı tikilərkən buxtanın dibində qədim daş döşəmə

aşkar olunmuşdur. 57

XIX əsrin birinci yarısında tikinti işləri aparılarkən Qız qalasından buxtadakı

qərq olmuş istehkama doğru dənizdə uzaqlara qədər uzanıb gedən uçub-dağılmış

divarların qalıqları tapılmışdır. 58 Bir sıra müəlliflər Xəzər dənizinin səviyyəsinin

dəyişməsi ilə əlaqədar yerli əhalinin nəsildən-nəslə ötürdükləri əfsanələrdən, indiki

Bakı buxtasının yerindəki qərq olmuş Səbayıl, yaxud Şahbağ şəhərindən xəbər vermiş,

bu faktın sübutu üçün suyun altından bürclərin, yarım uçmuş qala hasarlarının, qəbir

daşlarının göründüyünü qeyd etmişlər. 59 Xalq rəvayətlərinə təkcə Səbayıl şəhəri deyil;

guya Bakının yaxınlığında mövcud olmuş "Şəhri-Yunan" adlı digər bir böyük şəhər

haqqında da dumanlı məlumatlar qorunub saxlanılmışdır. 60 Başqa adlar da çəkilir:

Xaraba şəhər, Xunsar və s. Digər bir versiyaya görə, Xunsar əvvəllər onun adı ilə

adlanan Bakı şəhərinin təməlini qoymuş adamdır. 61 Bəzi rəvayətlərdə Bakının yerində

olmuş şəhərin qərq olması Makedoniyalı İsgəndərin adı ilə bağlanır. 62 Lakin bəllidir ki,

Makedoniyalı İsgəndər Abşeron ərazisində olmamışdır. Bütün bu əfsanələr və xalq

24

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!