24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

yarısında, ərəb mənbələrində qeyd edildiyi kimi, gəmiçiliyin mövcud olduğunu

göstərir.

Bakıda Abbasi xəlifələrinin kəsdirdiyi qızıl, gümüş və mis pullar işlənmişdir. 49

VIII əsrdə mis sikkələrin geniş yayılması və kəsilməsi şəhərlərdə xırda pul

ticarətinin inkişaf etdiyini göstərir. Arranda gözəl şirli keramika qabları hazırlanıb

Bakıya aparılır, Bakı, Gəncə, Beyləqan, Qəbələ, Şəbəran kimi şəhərlərlə ticarət

əlaqələri saxlayırdı.

Ərəb müəllifinin məlumatına görə, rus tacirləri Xəzər dənizinin cənub və qərb

sahillərindəki ölkələrlə ticarət aparırdılar. Onlar slavyan çayı Tanaislə (Donla) üzüaşağı

üzərək gəmilərini sürüyüb Volqaya keçir və xəzərlərin paytaxtı Həmlicə enirdilər.

Burada onlardan 1/10 həcmdə gömrük haqqı turulurdu. Bundan sonra ruslar öz

gəmilərində Xəzər dənizinə üzürdülər. 50 Rus tacirləri, əsasən, qiymətli xəzlərdən (su

samuru, qaraqonur tülkü), qılınc və əsirlərdən ibarət malları ilə Xəzər sahillərinə yan

alır 51 , ehtimal ki, Abşerona və Bakıya da gəlirdilər. Ərəb mənbələri A rran və

Azərbaycan şəhərlərinin Uzaq Şərq ölkələri ilə ticarət əlaqələrinə dair məlumat verirlər.

Arran və Azərbaycan tacirləri Trapezundda toplaşaraq buradan ticarət üçün Bizansa

gedirdilər. 52 Bizans zərxarası, bahalı ipək parçalar, kətan və pal-paltar Trapezund

vasitəsilə islam ölkələrinə aparılırdı. 53 Trapezund və Kiçik Asiyadan gələn karvan yolu

Araz düzənliyindən keçərək Azərbaycana və İrana gedirdi. 54 Ticarət baxımından

mühüm şəhərlər olan Bakı, Şamaxı, Dərbənd, Gəncə, Bərdə magistral beynəlxalq

ticarət yollarının üstündə idilər. Baş yol Muğandan keçərək Kürün sağ sahili ilə Tiflisə

və oradan Qara dənizə və Bizansa gedirdi.

Əl-İstəxri A zərbaycandan Qara dənizdəki Trapezund limanına toplaşaraq,

buradan Rum (Bizans - S.A.) ölkələrinə yollanan tacirlərin 55 ticarət əlaqələrindən bəhs

edərkən göstərirdi ki, "Zərxaranın, ipək parçaların, Rum kətanının, mahudunun və

paltarının çoxu islam torpaqlarına Tərəbəzundədən keçirilib gətirilirdi". 56

Xəzər dənizinin sahili ilə Bakı və Dərbənd limanlarından keçərək Xəzər və türk

torpaqları ilə şimala gedən yolun da böyük ticarət əhəmiyyəti var idi. Başqa bir mühüm

yol Bərdədən Ərdəbilə və İrana, habelə Bərdədən Dvinə, oradan da Suriya və

Mesopotamiyaya gedirdi. 57

X əsrin sonlarında bir sıra ərəb mənbələrində Bakı artıq Xəzər dənizində

beynəlxalq tranzit ticarətində mühüm əhəmiyyət kəsb edən liman kimi qeyd edilir.

Köhnə Bakı təpənin üstündə yerləşib Azərbaycanın başqa şəhərləri kimi qala divarları

ilə əhatə olunmuşdu. Onun ərazisində, Şirvanşahlar sarayında aparılan arxeoloji

qazıntılar nəticəsində qədim Bakının zahiri görkəmi aydın şəkildə görünür. Burada

Divanxananın həyətində və sarayın girəcəyində qala divarların ın qalıqları üzə

çıxarılmışdır. Həmin ərazidə erkən orta əsrlərdə əhalisi müxtəlif sənətlərlə məşğul olan

və başqa şəhərlərlə ticarət aparılan Bakı şəhərinin mövcud olması haqqında mənbələrin

məlumatlarını təsdiq edən materiallar əldə edilmişdir. Sarayın cənub-şərq fasadı

yaxınlığında aparılan arxeoloji işlər zamanı böyük dərinlikdə yaşayış evlərinin bünövrə

və divar qalıqları, çoxlu təndir, taxıl, su və zibil quyuları, xeyli şirli saxsı qab qırıqları,

sikkələr və digər maddi mədəniyyət və məişət qalıqları meydana çıxarılmışdır. Həmin

52

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!