24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

inşaat materialının bir hissəsi yerində qalmışdır ki, bu da şəhərin qala hissəsi ərazisinin

səviyyəsinin qalxmasına səbəb olmuşdur. Dövrümüzədək qaya üzərində ümumi

qalınlığı bəzi yerlərdə 3-4, bəzi yerlərdə isə 5-6 və daha çox metrə çatan torpaq örtüyü

əmələ gəlmişdir. Bütün bunlar orta əsr şəhərinin ən qədim təbəqəsinin tarixinin

müəyyənləşdirilməsini xeyli çətinləşdirir. Arxeoloji məmulatlar şəhərin ən azı eramızın

birinci əsrinin əvvəllərində artıq mövcud olduğunu təsdiq etməyə imkan verir. Evlərin

bir-birinə çox yaxın yerləşməsi şəhərin müxtəlif sənətlərdə çalışan əhalisinin sıx

olduğunu göstərir. İçərişəhər ərazisində aşkar edilmiş mədəniyyət qalıqları erkən orta

əsr feodal şəhərinin həyat və məişətindən xəbər verir. Əhali məişətdə şəhərin

yaxınlığında və Abşeronda çıxarılan neftdən istifadə edirdilər. Çoxlu miqdarda

çıraqların olması neftdən işıqlandırma vasitəsi kimi istifadə edildiyini göstərir. Şəhərin

onunla vahid nahiyə təşkil edən həndəvərində bağ və bostanlar var idi. Qazıntı zamanı

təndirlərdə çörək yapmaq üçün yandırılan üzüm meynələrinin qırıntıları tapılmışdır.

Şəhər əhalisi yeməkdə Azərbaycanın başqa bölgələrindən gətirilən düyüdən, üzümdən

(çəltik qabıqları və üzüm toxumları aşkar olunmuşdur), ceyran, qoyun, mal, quş-ördək,

yaxud qaz, balıq - çəki, nərə balıqları ətindən istifadə edirdi. Nərə balığının yaxşı

qalmış tikanları göstərir ki, əhali hələ müsəlman deyilmiş, çünki, məlum olduğu kimi

müsəlmanlar bu balığı yemirlər.

Böyük dərinlikdə tapılmış kristallaşmış gəc, gips parçaları və ovuntuları

binaların gəclə bəzədildiyini göstərir. Altı metrədək dərinlikdən tapılmış camlar və

digər saxsı qablar VIII-IX əsrlərə aid edilən ən qədim rəngli şirli keramika məmulatı

tipini göstərir. A ltı metrədək dərinlikdən tapılmış camlar və digər saxsı qablar VIII-IX

əsrlərə aid edilən ən qədim rəngli şirli keramika məmulatı tipini göstərir. Onlardan

bəzisinin anqobu və qırmızı kərpic rəngli gil və manqan oksidi ilə rənglənmiş mina ilə

çəkilmiş şiraltı naxışları vardır. İçəridən şəffaf şirin altında bilavasitə saxsı qırığında

tünd bənövşəyi rəngli zolaq şəklində naxışlar vurulmuşdur. Naxış lar, adətən, iri olur,

geniş zolaqlı halqalar, ovallar, bəzən ulduzlar təsvir edilirdi. Bu əşyaların ayaqları

"dabanlıdır".

Sarayın ərazisində, 2,4 m dərinlikdə, qum təbəqəsində tapılmış bir-birinin

yanındakı üç tökmə metal, ehtimal ki, tunc əşya çox maraqlıdır. Onlardan biri dayaz,

ağzıgen, ayaqlı camdır (hündürlüyü 8 8 sm). Üz s əthi tillənmişdir. Qalan iki əşya

çıraqdır: birinin hündürlüyü 12,9 sm, digərininki isə 10,7 sm-dir. "Onların tapıldığı

şərait (hər üçü xalis qumun üstündə yan-yana qoyulmuşdur) həmin əşyaların

gizlədildiyini göstərir". 68 Onlar formaca qədim əşyalara oxşayır, ehtimal ki,

Zərdüştiliyə məxsus oda sitayiş əşyaları olmuşlar.

Həmin ərazidə 0,4 metrdən 1 metrədək dərinlikdə qırmızımtıl rəngli xeyli

yanmış gil, his, çoxlu kömür və kül dəmir və mis təbəqə kəsikləri və çubuqları aşkar

edilmişdir. Görünür, burada, ehtimal ki, metal emalı ilə əlaqədar oddan çox istifadə

olunmuşdur. 69

Şirvanşahlar sarayı ərazisində, əhəngdaşı layları arasında qayada qazılmış

otuzdan çox quyu aşkara çıxarılmışdır. Onlardan 14-ü saray binasının birinci

mərtəbəsində, qalanı isə Divanxana ərazisində və saray binasına bitişik

56

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!