24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

üçün gəlmişdi və həmin kazaklar onun pulunu, altı yüz, yaxud yeddi yüz tümənlik

malını əlindən aldılar, özünü isə yüz otuz tümənə dəyişdilər". 11

Məlumdur ki, XVI-XVII əsrlər ərzində feodal zülmü və özbaşınalığı nəticəsində

Rusiyanın cənub ucqarlarında təhkimçilikdən qaçmış kazakların icması yaranmışdı.

Kazaklar rus dövləti ilə qonşu vilayətlərə basqınlar edirdilər.

Kazak dəstələrinin Stepan Razinin başçılığı altında cənuba doğru hərəkəti də

həmin basqınlardan biri idi. Razinin Xəzər səfəri kəndli üsyanının başlanğıcı, onun

birinci mərhələsı idi. Stepan Razin öz hərəkatının ikinci mərhələsində Həştərxana və

oradan da şimala doğru irəliləyərək, təhkimçilik və mütləqiyyət əleyhinə xalq kəndli

üsyanına başçılıq etdi.

Şarden çar Aleksey Mixayloviçin Razinlə əlaqəsinə dair maraqlı məlumat verir.

Şardenin sözlərinə görə, Razin Xəzər dənizinin cənub-qərb sahillərinə, İran və

Azərbaycana İrandan rüsvayçılıqla qovulmuş rus elçilərinin təhqir olunmasına görə

şahdan qisas alan çar Aleksey Mixayloviçin təhriki ilə yürüş etmişdi . 1664-cü ildə

Moskva dövlətindən İsfahana zəngin hədiyyələrlə iki səfirdən və 800 məiyyətdən ibarət

böyük bir elçilik gəlmişdi. Şah onları təmtəraqla qəbul edib, dəbdəbəli sarayda

mehmanladı. Lakin tezliklə onların, əslində, gömrük haqqından qurtarmaq üçün çarın

razılığı ilə İrana səfir adı altında ticarət məqsədilə gəlmiş tacirlər olduğu aşkara çıxdı.

Onların İsfahanda, başqa mallardan savayı, təkcə səksən min tümənlik samur xəzi

satdıqları güman edilirdi ki, bu da dörd milyon livrə bərabər idi. Abbas bu

ikiüzlülükdən qəzəbləndi və ondan sonra elçilərə kobudluq və həqarətlə yanaşmağa

başladılar, onları rəs mi cavabsız ölkədən qovdular. Onlardan biri öldü, ikincisi isə öz

məiyyəti ilə heç bir ehtiram göstərilmədən, təhqir olunmuş şəkildə geri qayıtdı. Bu

təhqirin qisasını almaq üçün çar Aleksey Mixayloviç kazakları Stepan Razinin başçılığı

altında İrana və qonşu vilayətlərə basqın etməyə qızışdırdı. Çarın özünün bu haqda Şah

Abbasa yazmağa cəsarəti çatmadı və yalnız onun ölümündən sonra, 1667-ci ildə

müharibə elan etməkdən çəkinərək və İrana güclü zərbə endirmək istəyərək qisasını

kazaklann əli ilə almaq qərarına gəldi. Çar bununla kazakların diqqətini öz

torpaqlarından yayındırmağa çalışırdı. 12 Şarden bu fərziyyəsini şah sarayının rəsmi

şəxslərindən aldığı məlumat əsasında irəli sürmüşdür.

Şardenin məlumatına görə kazakların Xəzər dənizinin qərb sahillərinə basqını

1667-ci ildə baş vermişdir. 1200 nəfərlik kazak dəstəsi onlara müqavimət göstərməyən

bir neçə şəhəri qarət etmişdir. 13 Razin çoxlu əsir aldı. Yerli xanın qızı və oğlu da onların

arasında idi. Əslən holland olub, Rusiyada hərbi xidmət edən Lüdviq Fabritsiusun

Fransız səyyahı və zərgəri Şarden İrana 1666-cı ildəki ilk səyahəti zamanı uzun müddət

İsfahanda yaşamışdır. O, həmin ölkəyə ikinci səyahətində 1671-ci ildən 1674-cü ilədək orada

qalmışdır. Şarden Razinin basqınını həmin hadisələrin şahidi kimi təsvir edir.

Lüdviq Fabritsius - Stepan Razinin İrana və Azərbaycana yürüşünün müasiri və

şahidi olmuşdur.

145

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!