24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

geniş miqyasda əkilməyə başladı. 26 XVIII əsrin sonlarında Abşeronda zəfəran

becərildiyini bir sıra səyyahlar da qeyd etmişlər. 27

XIX əsrin əvvəllərində Bakıda və Abşeronda ildə 500 puda yaxın zəfəran

yığılırdı. Onun bir pudunun qiyməti 8 manatdan 15 manatadək idi. Bu zəfəran

Avropada 28 (Fransa, İtaliyada) becərilən zəfərandan daha yüksək keyfiyyətli sayılırdı.

Zəfəran bitkisi üçün ayrılmış sahələrin sayı 1800-ə yaxın idi. 29

XVIII əsrin ikinci yarısında Abşeronda az miqdarda pambıq becərilirdi. 30

Yarımadanın şərq hissəsinin bəzi kəndlərində kökü əla boyaq maddəsi olan boyaqotu

(qızılboya) əkilirdi. 31 Yarımada əhalisi buğda və arpa da əkirdi. Quraqlıq keçən qıtlıq

illərində əhali duzu və nefti qonşu xanlıqlara apararaq taxıla dəyişirdi. 32

XIX əsrin əvvəlində Bakı xanlığında əhali maldarlıqla məşğul olurdu. Burada

iribuynuzlu mal-qaranın (öküz və inəklər) sayı təqribən 5 minə, davarın (qoyun) sayı isə

43 minə çatırdı. 33

Bakının yaxınlığındakı adalardan birində (Çilov) suiti ovlanırdı (təqribən ildə 6

min). Ov Həştərxana, oradan isə suiti piyindən sabun bişirilməsində istifadə olunan

Kazana göndərilirdi. 34

XIX əsrin əvvəlində Abşeronda 1800-ə yaxın meyvə bağı və üzümlük var idi. 35

Bakı sakinlərinə məxsus bağlar da onların arasında idi.

1832-ci ilə aid daha sonrakı mənbədə şəhərin və forştadtın 67 xalvar (təqribən

200 hektar) yararlı torpağı, 209 zəfəran sahəsi, 25 qovun-qarpız bostanı, habelə

Maştağa, Nardaran, Bilgəh, Mərdəkan, Buzovna, Kürdəxana, Pirşağa, Novxana və

Bülbülə kəndlərində şəhər sakinlərinə məxsus 350 üzüm bağı olduğu göstərilir. 36

3. TĠCARƏT

Bakı xanlığı yarandığı vaxt (1747-ci il) bütün ölkədə təsərrüfatın dağılması ilə

bağlı Bakı şəhərində sənətkarlıq və ticarət tənəzzül keçirirdi. Hakim feodal

münasibətləri şəraitində və basqınlar nəticəsində əmtəə istehsalı inkişaf etmirdi.

1747-ci ildə Bakıda olmuş Lerx yazırdı: " Bu şəhər çox yoxsul idi və onun bazarında

demək olar ki, heç nə satılmırdı". 1

Nadir şahın ölümündən sonra taxt-tac uğrunda mübarizə, A zərbaycanda xalq

iğtişaşları və siyasi qarışıqlıqla bağlı olaraq 1748-ci ilin noyabrındakı "dəhşətli

şuluqluqlar İranda ticarəti tamamilə məhv etdi...". 2 Karvanları qarət edən və tacirləri

öldürən quldur dəstələrinin meydana gəlməsi ilə bağlı uzaq ölkələrlə karvan ticarəti

xeyli azaldı. Lakin Həştərxandan Bakıya dəniz ticarəti yolu beynəlxalq ticarətdə hələ öz

əhəmiyyətini itirməmişdi. Lerxin sözlərinə görə, "artıq o birisi il Həştərxan tacirləri

Xəzər dənizi ilə Gilana, Bakıya və Dərbəndə üzür və gəmilərdən düşməyərək, xırda

gəmilərdə üzüb gələn yerli camaatla ticarət aparırdılar; amma onlar daha uzağa

218

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!