24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

tapıntılar göstərir ki, saray tikilənə, yəni XIV-XV əsrlərə qədər bu sahədə bir neçə əsr

ərzində orta əsr şəhərinin əhalisi sıx olan məhəllələrindən biri mövcud olmuşdur.

Tapılmış şirli keramikaya əsasən bu orta əsr şəhərinin ən erkən təbəqəsi eramızın VIII

əsrinə aid edilir. Lakin mədəni təbəqənin böyük dərinliyə (6 metr) malik olması

göstərilən tarixi daha bir neçə əsr geri çəkməyə imkan verir. Şəhərin ən qədim

təbəqəsinin tarixinin müəyyənləşdirilməsində keramika qırıqları böyük əhə-miyyətə

malikdir. 1986-cı ildə İçərişəhərdə, Bakı yüksəkliyinin cənub-qərb ətəklərində orta əsr

şəhərinin ticarət dükanları, karvansaraları, hamamları, məscidləri yerləşən baş

küçəsinin yaxınlığında aparılmışdır. Ümumi həcmi 144 m 2 olan qazıntı sahəsi

cənub-qərbdən XI əsrdə tikilmiş Sınıqqala adı ilə tanınan Məhəmməd ibn Əbu Bəkr

məscidinə bitişir; bu sahə ikitəbəqəli abidədir: üst təbəqə XIV-XVII, alt təbəqə IX-XIII

əsrlərə aiddir. A lt mədəni təbəqənin materialları böyük maraq doğurur. Qazıntının

cənub hissəsində bünövrəsi təbii qayanın üstündə qoyulmuş düzbucaqlı formalı böyük

otağın şimal və qərb divarlarının qalıqları qalmışdır. Divarlar pis yonulmuş daşlardan

hörülmüşdür. Qazıntının bu təbəqəsində qayada oyulmuş beş quyu aşkar olunmuşdur.

Alt mədəni təbəqədə yaxınlıqlarında böyük təsərrüfat küpləri basdırılmış müxtəlif

diametrli çoxlu təndir üzə çıxarılmışdır. Alt təbəqədən tapılan əşyalar adi və şirli saxsı

qablardan ibarətdir. Bu təbəqədə qayanın səviyyəsində formasına və gilin tərkibinə

görə orta əsr keramikasından fərqlənən və daha erkən dövrə aid olan əl üsulu ilə

qayırılma bir neçə adi saxsı qab qırığı tapılmışdır. F.İbrahimov forma və rəng uyarlığına

görə Nüydü və Şamaxıda tapılmış qablarla oxşarlığına əsaslanaraq bu qabları e.ə. IV-I

əsrlərə və eramızın I əsrinə aid edir. 58

1971-ci ildə Bakı yüksəkliyinin cənub-qərb yamacında İçərişəhərdə aparılan

arxeoloji qazıntı zamanı qaya üzərində tikilmiş bina qalıqları aşkar edilmişdir. Qayada

məişət qablarını əvəz edən çoxlu kasavarı "çuxurlar, həvəngdəstələr, çənlər

oyulmuşdur. Qobustandakı kasavarı oyuqlara oxşayan bu oyuqlar Bakı ş əhərinin erkən

dövr tarixinə aiddir. 59 Şirvanşahlar sarayı ərazisinin şərq tərəfində qayada sal daşlarla

örtülmüş və üstündə binalar tikilmiş müxtəlif çuxurlar qazılmışdır. Qobustandakı

bənzər kasavarı oyuqlar Şirvanşahlar sarayının bünövrəsi altındakı qayada və İçərişəhər

ərazisində, Bakı təpəsinin şərq ətəyində (Məmmədyarov və Hərbi 60 küçələrinin

kəsişdiyi yerdə) və köhnə Bakı qalasının bir sıra digər məntəqələrində də aşkar

edilmişdir. Bütün bunlar onun ərazisinin çox qədim (VIII əsrdən xeyli əvvəllər) yaşayış

yeri olduğunu göstərir.

İçərişəhərin şimal tərəfində üç sahədə qazıntı işləri aparılmışdır. Bakı şəhərinin

sənətkarlar məhəlləsi şimal divarları rayonunda olmuşdur. Onun nişanələrinə

İçərişəhərin müxtəlif sahələrində uçulub-dağılmış emalatxanalar, şlak tullantıları, kül

topaları, yandırılmış gil şəklində təsadüf edilir. 1985-ci ilin payızında indiki

İstiqlaliyyət küçəsində rabitə xətti çəkilərkən dulusçu məhəlləsi aşkar olunmuşdur. Bu

sahədə, qala divarların ın şimal-qərb hissəsindən 70-80 m aralı, külli miqdarda saxsı

qablar, istehsalat tullantıları, habelə dulus kürəsinin qalıqları tapılmışdır. Dulusçuluq

sənətinin inkişafına təkan verən başlıca şərtlərdən biri yerli xammalın olmasıdır. Bakı

üçün səciyyəvi olan boş sarı keramika Bakı şəhərinin həndəvərində və Abşeronda olan

53

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!