24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

M.Nəbiyevin fikrincə, Qız qalası Zərdüşti daxması, 44 yəni, damında çalağanların didib

parçalaması üçün ölülərin qoyulduğu qüllədir. Q.Əhmədov isə qalanı rəsədxana hesab

edir. 45 Qız qalası divarlarının aşağı hissədə 5 m, yuxarıda isə 4 metr qalınlığında olması,

çox böyük hündürlüyü sonuncu üç tədqiqatçının fikrini təkzib edir. Çünki nə od

məbədi, nə daxma, nə də rəsədxana üçün bu qalınlığında və hündürlükdə divarlara

ehtıyac yoxdur. Bundan əlavə, IX-X və sonrakı əsrlərə aid nə ərəb, nə də fars

mənbələrində Bakıda od məbədi, daxma, yaxud rəsədxana təyinatlı abidənin adı

çəkilmir. Qaladakı kitabə XII əsrə aiddir. Belə qənaətə gəlmək olar ki, Qız qalası istər

dəniz, istərsə də quru tərəfdən müdafiə qalası olmuş, hərbi əməliyyatlar zamanı

şirvanşah ailəsi və feodallarla birlikdə buraya sığınmış və müdafiə qalanın başında

qurulmuşdur. Qız qalasını, yəqin ki, ilk dəfə 1403-cü ildə əslən bakılı olan Əbdürrəşid

əl-Bakuvi xatırlatmışdır. O yazırdı ki, Bakıda son dərəcə möhkəmləndirilmiş iki

sarsılmaz daş qala var. Onlardan böyüyü dənizin yaxınlığındadır və dalğalar onun

divarlarına çır-pılır. Ehtimal ki, bu, Bakı buxtasındakı monqolların ala bilmədikləri

Sabayıl qalasıdır. Bakuvi ikinci, daha hündür qala haqqında məlu mat verirdi ki,

monqollar şəhəri mühasirəyə alarkən onun bir tərəfi mancanaqla dağıdılmışdır. 46 Bu

məlumatı Qız qalasına aid etmək olar. Qala dənizin qırağındakı sıldırım qayanın

üstündə salınmışdı və ehtimal ki, 1403-cü ildə dəniz bu alınmaz qalanın divarlarına

çatırdı.

1924-cü ildə qalanın yaxınlığında aparılan kiçik qazıntı işləri zamanı onun

həndəvərində çatma tağtavanla örtülmüş bir neçə yeraltı otaq aşkar edilmişdir. Bəzi

otaqların divarlarında müxtəlif taxçalar var idi. 47 Ehtimal ki, onlar qədim Bakının Qız

qalasının həndəvərindəki məhəllələrindən birinin qala tikilərkən, yaxud bu ərazidə

hərbi əməliyyat zamanı uçulub dağılan və torpaqla örtülən evlərindən olmuşdur.

1962-1964-cü illərdə Qız qalasının ətrafında aparılan arxeoloji işlər nəticəsində

içərisində çoxlu miqdarda şüşə, çıraq, rəngli çini, saxsı qab və s. əşya qırıqları olan bir

sıra təsərrüfat çalaları və quyuları aşkara çıxarılmışdır. Arxaik səciyyə daşıyan orijinal

formalı tunc balıq fiquru diqqətəlayiqdir. 48

Qala yaxınlığında qazıntı aparılarkən onunla bağlı olub bir-biri ilə yeraltı

lağımla birləşdirilmiş bir neçə dayaz susuz quyu da tapılmışdır. Onlardan yalnız maye

tullantılarını qaladan kənara çıxarmaq üçün istifadə edilə bilərdi. 49

Qız qalasının diqqətlə nəzərdən keçirilməsi onun baş hissəsinin bərpa edildiyini

göstərir. Hal-hazırda qalanın başında maşikullar yoxdur, lakin XII əsrdə onlar,

şübhəsiz, mövcud olmuşdur. Ehtimal ki, qalanın başı onun mövcud olduğu müdd ət

ərzində dəfələrlə uçulub dağılmış və dəyişdirilmişdir.

Yaşca ən qədim olan bu əzəmətli qüllə həcm etibarı ilə də Abşeronun bütün

qüllələrindən böyük olub, XII əsrdə qala içərisində ən möhtəşəm müdafiə istehkamı,

Bakı və ətraf ərazilərin müdafiə istehkamları sistemində baş içqala idi.

XII əsrdə Şirvanşahların onlarla gəmidən ibarət güclü dəniz donanması var idi

və Bakı Şirvanın mühüm feodal şəhərlərindən biri idi. Onun müdafiəsi dövlət

əhəmiyyətli tədbirlərdən idi.

Qız qalasının şimal tərəfində qazıntı zamanı Şah Abbas darvazasına doğru

107

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!