24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Bakıya gəlmişlər.

XIV əsrin axırlarınadək Azərbaycandan, Cənubi Qafqaz ölkələrindən, Ön

Asiyadan ipək, ipək parçalar, xalçalar, ədviyyat və digər mallar Bakı və Dərbənd

vasitəsilə Həştərxana, Qızıl Ordaya, Rusiyaya və Avropaya aparılmışdır. Artıq XIII

əsrdə Gilan və Şamaxıdan İtaliya və Fransaya külli miqdarda ipək ixrac olunurdu. 70

Səyyah Şiltberger şahidlik edir ki, "ipəyin ən yaxşı növü" Şirvandan (Şamaxıdan)

aparılır və həmin xam ipəkdən (xamnadan) Dəməşqdə, Kaşanda, Bursada yaxşı

parçalar toxunurdu. İpək Venesiya və Lukkaya da ixrac olunur və bu yerlərdə ondan

"əla məxmər" toxuyurdular. 71 Kantarininin sözlərinə görə, Şamaxıda İtaliyada Talaman

(yəni, Deyləmən - S.A.) adı ilə tanınan ipək hazırlanır və ondan müxtəlif

ipək parçalar toxunurdu. 72 Görünür, Abşeronda da xamna istehsal olunurdu, belə

ki, burada indi də tut ağacları çoxdur. Şirvan ipəyi Bakı limanı vasitəsilə Həştərxana

daşınır, sonra Volqa və Dona keçirilir, oradan isə Venesiya tacirləri onu öz

qaleralarında Azov dənizi ilə Avropaya aparırdılar. Lakin Teymur XIV əsrin sonlarında

Həştərxanı alıb dağıtdıqdan sonra (1395) ticarət yolu dəyişdi. A zərbaycandan

Avropaya gedən mallar İran və Suriyadan keçməyə başladı. 73

Bakı başlıca liman şəhəri kimi əhəmiyyətini sonralar, XV əsrin ikinci yarısında

da saxlamışdı. XV əsrin ikinci yarısı Venesiya səyyahları Barbaro və Ancolellonun

qeyd etdikləri kimi, Dərbənd bu dövrdə liman kimi əhəmiyyətini itirmişdi. Sonuncunun

yazdığına görə "...əvvəllər Dərbənd limanına 800-dək çəllək yüklənən böyük gəmilər

gəlirdi, indi gələn gəmilər isə 200 çəlləkdən çox götürmür". 74

XV əsrin ikinci yarısında keçmiş Bizans imperiyasının xarabalıqları üzərində

İtaliya ilə Şərq arasında ticarətə əngəl törətməyə başlayan Osmanlı dövləti bərqərar

oldu. Beynəlxalq ticarət bazarında Moskva dövlətinin rolu güclənməyə başladı. Avropa

tacirləri şərqlə ticarətdə Os manlı imperiyasından yan keçən yeni yollar axtarırdılar.

Bununla əlaqədar olaraq, Avropa ilə Azərbaycan və İran arasında baş yol şimaldan -

Rusiyadan keçməyə başladı. Həmin vaxtdan bir sıra Avropa səyyahları Azərbaycana

Volqa-Xəzər yolu ilə gəlirdilər.

Şirvanın əsas tranzit ticarət məntəqələri çox rahat limanlar olan Dərbənd və Bakı

idi.

XV əsrdən etibarən müxtəlif orta əsr müəlliflərinin əsərlərində Xəzər dənizi

əvəzinə Bakı dənizi adının çəkilməsi də Bakının liman kimi mühüm əhəmiyyət

daşıdığını göstərir. Məsələn, Kastilya səfiri Rui Qonzales de Klavixo 1404-cü ildə

özünün gündəliyində Bakı dənizinin adını çəkir. 75 Venesiyalılar öz yol qeydlərində onu

Bakı dənizi adlandırırdılar: Barbaro (1474-cü il) - "mare di Bachu", 76 Kontarini (1473)-

"maare di Bachau", 77 Ancolello (1509) - "mare di Baccu" 78 və i.a.

Bakıdan Şimali İrana, Orta Asiyaya və Həştərxan vasitəsilə Rusiyaya və

Avropaya başlıca olaraq neft, ipək, duz ixrac olunurdu.

XV əsrin sonu Venesiya səyyahı Ancolello Bakını (Baccuc, yaxud Baccara)

Xəzər dənizində Təbrizə xidmət edən gözəl liman adlandırır. Ancolellonun sözlərinə

görə, Bakı "əvvəllər bu dənizin birinci yeri olmuşdur", odur ki, onun adı ilə Bakuk

adlanır. 79

84

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!