24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

1739-cu ildə İranda və Azərbaycanda olmuş ingilis səyyah taciri Ceyms

Spilmanın məlumatına görə, Rusiya Xəzərboyu vilayətləri işğal edərkən rus tacirləri

Həştərxan və Xəzər dənizi vasitəsilə öz ticarət gəmilərində İran və Azərbaycanla ticarət

aparır və rus ordusu üçün müxtəlif ləvazimatlar gətirirdilər. Lakin artıq 1739-cu ildə

Dərbəndə, Bakıya və Rəştə mal aparan ticarət gəmiləri, başlıca olaraq, Bakıdan Rəştə

sərnişin daşınması ilə məşğul olan ermənilərin vasitəçiliyi ilə kirayə götürülürdü.

Gəmilərdə oraya neft da aparır, habelə Tərkidəki rus qarnizonlarına ərzaq gətirirdilər. 119

Spilman o vaxtlar Həştərxana gələn gəmilərdən danışır. Onların birində

ermənilərin və hindlilərin Rusiya üçün gətirdikləri 200 tay mal var idi. Bundan əlavə,

orada ingilis tacirlərinə (Spilmana və onun yoldaşlarına) məxsus ipək də olmuşdu.

Digər bir gəmiyə Bakıda Şamaxıdan göndərilən az miqdarda mis və ipək, Dərbənddə

şərab yüklənmişdi. 120 Spilmanın məlumatından görünür ki, o vaxtlar həmin

vilayətlərdən ipək ixracı az idi. "Əcnəbi mallar" gömrük kitabın ın məlumatlarına görə,

hind tacirləri 1734-cü ildə Bakıdan Həştərxana 40 partiya, 1744-cü ildə isə cəmi 13

partiya mal gətirmişdilər. 121

XVIII əsrin 30-40-cı illərində xarici siyasi və sosial amillərlə bağlı olaraq,

Azərbaycanın başqa şəhərləri kimi, Bakıda da şəhər həyatının və xarici ticarətin

tənəzzülü müşahidə edilir. Nadir şahin qarətkar siyasəti A zərbaycan şəhərlərinin

iqtisadiyyatını tam iflasa uğratdı.

5. BAKININ ġƏHƏR ƏHALĠSĠNĠN SOSĠAL STRUKTURU

VƏ ġƏHƏRĠN ĠDARƏ OLUNMASI

XVI əsrdə və XVIII əsrin birinci yarısında Bakı şəhərinin sosial siması

mənbələrdəki məlumatların kasadlığı üzündən öyrənilməsi Çətin olan, tədqiq

edilməmiş məsələlərdəndir. Həmin dövrdə Bakı şəhərinin, eləcə də, Azərbaycan

əhalisinin tərkibi haqqında heç bir statistik məlumat yoxdur. Bu məsələyə dair

səyyahların yol qeydlərində çox ötəri məlumatlar gətirilmişdir. Bəzi məlumatlar

fərmanlardan, lapidar mənbələrdən götürülmüşdür.

O vaxtlar şəhərin əhalisi qalada yaşayan 4-5 min nəfərdən çox deyildi. 1 Bakı

şəhərinin əhalisini sosial-iqtisadi vəziyyətinə görə beş kateqoriyaya bölmək olar: 1)

şəhərin dünyəvi feodal zadəganları, 2) ruhanilər, 3) tacirlər, 4) sənətkarlar, 5) şəhər

əhalisinin digər təbəqələri - müflisləşmiş kəndlilər, günəmuzd fəhlələr, qullar və i.a.

Şirvan h.945 (1538)-ci ildə Səfəvilər dövlətinə birləşdirildikdən sonra Şirvan

vilayətinin hakimliyinə Səfəvilər sülaləsinə mənsub bəylərbəyilər (şahın canişini) təyin

edilməyə başladı. Bəylərbəyilər əvvəllər şahzadələrdən, sonralar isə şaha qohum olan

xanlardan, adlı-sanlı feodallardan təyin olunurdu. Şirvan bəylərbəyiliyinin mərkəzi

Şamaxı şəhəri idi, Bakı isə ticarət şəhəri və liman idi. Bəylərbəyilər daxili idarəetmədə

böyük müstəqilliyə malik idilər; qoşun, inzibati hakimiyyət, maliyyə məsələləri onların

184

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!