24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

sonra Hüseynqulu xanı edamla hədələyərək, həbs olunmasını əmr etdi, Bakının Şeyxəli

xanın tabeliyinə verilməsi barədə fərman hazırlanmasını tapşırdı. Hüseynqulu xanın

ailəsini və qohumlarını tutub 75 Tehrana göndərmək, digər Bakı əhalisindən isə təzminat

almaq əmr olundu.

Ertəsi gün mayın 12-də səhər açılanda həyatları təhlükədə olan iki nəfər saray

xidmətçisi şah yuxuda ikən onu xəncərlə qətlə yetirdilər. 76 Şahın ölüm xəbəri yayılan

kimi onun əyanları cavahiratı ələ keçirib qaçdılar. Şuşa camaatı və Qarabağın

qeyri-nizami döyüşçü dəstələri Şuşanı pərakəndə halda tərk edərək Tehrana geri çəkilən

şah qoşunlarını addım-addım təqib edirdi. 77

Bu hadisələr sayəsində Bakı və Gəncə xanları həbsdən azad edilərək öz

mülklərinə qayıtdılar. 78

O zaman Qubada olan II Mirzə Məhəmməd xan şahın ölüm xəbərini alınca,

xanlığı ələ keçirmək məqsədilə Bakıya doğru hərəkət etdi, lakin Hüseynqulu xan onu

qabaqladı və Bakı qalasına çəkilərək öz haqqını güclə qoruyub saxlamağa hazırlaşdı.

Nəhayət, iki rəqib arasında uzun danışıqlardan sonra xanlıq bütün gəlirləri ilə birlikdə

yenidən iki yerə bölündü: "Hüseynqulu xan şəhərdə, II Mirzə Məhəmməd xan isə

Məşqətə 79 kəndində bir qala tikdirib hakimiyyətə başladılar". 80

1800-cü ildə Şeyxəli xan Sultan bəy Bayatın güclənməsindən qorxaraq bacısı,

bakılı II Mirzə Məhəmməd xanın arvadı Xanbikə xanımı Dərbənd hakimi, Sultan bəy

Bayatı isə onun kargüzarı (müavini) təyin etdi. Belə ki, dərbəndlilər sonuncunun təhriki

ilə üsyan qaldırıb naibləri Məhəmmədhüseyn bəyi qovmuşdular. 81

Bakı xanı Şeyxəli xana qonşu feodallarla mübarizədə dəfələrlə qoşunla və

şəxs ən iştirak etməklə yardım göstərmişdi. Şeyxəli xanın arvadı, bakılı II Mirzə

Məhəmməd xanın bacısı Zeybünnisə Bəyim özünün müdaxiləsi və diplomatik bacarığı

ilə ərinə kömək göstərərək onun qoşunlarını II Surxay xan Qazıqumuqlu ilə ara

müharibəsində məğlubiyyətdən qurtarmışdı.

1803-cü ildə Dərbənddə olan Zeybünnisə Bəyim ərinin Dərbənd üzərində

hakimiyyətinin bərpasına nail oldu. 82

Maraqlıdır ki, orta əsrlər Azərbaycan tarixində feodal və xan nəslindən olan

azərbaycanlı - türk qadınları dəfələrlə ölkənin idarə olunmasında iştirak etmiş, öz

ərlərinin siyasətinə qarışmış, hətta hərbi əməliyyatlar zamanı ölkənin müdafiəsinə

başçılıq etmişlər.

Ağa Məhəmməd şah öldürüldükdən sonra onun yerini şahlıq uğrunda inadla,

mübarizə nəticəsində Fətəli şah adı ilə taxtda möh kəmlənən qardaşı oğlu Baba xan

tutdu. Təzə şahın hücumundan qorxuya düşən Bakı xanı başqa xanlarla birlikdə təbrik

üçün onun yanına hədiyyələrlə elçilər göndərərək, himayəsini əsirgəməməyi xahiş etdi.

İranın daxili vilayətlərində öz hakimiyyətinin bərqərar olması ilə məşğul olan Fətəli şah

hələlik Azərbaycan xanlıqlarının müstəqilliyinə toxunmurdu. 83

1798-ci il aprelin 3-də Fətəli şahın səfiri Georgiyevskdən Peterburqa, I Pavelin

yanına yola düşdü. Lakin o, şahın deyil, sərdar Baba xanın elçisi kimi qəbul olundu.

Onun İranla ticarət barədə bütün təklifləri qəbul edildi. Həmin ilin avqust ayında elçi

buraxıldı, lakin ona müvafiq şəkildə təlqin olundu ki, Baba xan Gürcüstan barəsində hər

210

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!