24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

meydançalardadır. Həmin quyuların quru olduğu və sulu laylara gedib çatmadığı

müəyyənləşdirilmişdir. Onların dərinliyi müxtəlif olub, 3 metrdən 15 metrə qədərdir.

Ağızlarının diametri 0,7 metrdən 1,3 metrədəkdir. Görünür, həmin quyular saray

tikilənədək qazılmışdır, belə ki, onların bəziləri saray divarlarının küncündə, bəziləri

isə qapı astanasındadır. 70 Bu quyular təpənin sarayın tikilməsindən bir neçə əsr əvvəl

yaşamış qədim əhalisindən xəbər verir. Onlardan taxıl və su saxlamaq məqsədilə və

zibilxana kimi istifadə edilmişdir. Ehtimal ki, bəziləri kütləvi dəfn yeri olmuşdur.

Divanxananın həyətində də ondan əvvəllər tikilmiş yaşayış evlərinin izləri qalmışdır.

Onun həyətinin sahəsini əhatə edən balıqqulağına bənzəyən əhəngdaşının, demək olar

ki, bütün üst təbəqəsində qədim bünövrələrin nişanələri gözə çarpır. 71

Yuxarıda gətirilən qazıntı materialları göstərir ki, təpənin üstü VIII əsrdən xeyli

əvvəl məskunlaş mış və qədim yaşayış yeri olmuş, eramızın I əsrinin əvvəlində isə onun

ərazisində əhalisi sıx olan antik şəhərin məhəllələrindən biri yerləş mişdir. Erkən orta

əsr şəhərinin ərazisi çox böyük bir sahəni tutaraq dənizin sahilinə qədər uzanırdı. Bunu

antik dövrə aid edilən az miqdarda adi saxsı qablar və VIII-X əsrlərə məxsus çoxlu şirli

keramika məmulatı sübut edir. Bütün bunlar təpənin zirvəsində, Şirvanşahlar sarayının

ərazisində, təpənin ətəyində və Neftçilər prospektində tikilmiş evin bünövrə yerində

tapılmışdır. 72

Bakıda şəhərin erkən dövrünə (VIII əsrədək) aid yerüstü memarlıq abidələri

qalmamışdır. Lakin Şirvanşahlar sarayı ərazisində aparılan qazıntılar zamanı VIII və

ondan daha əvvəlki əsrlərə aid edilən divar hissələri, tikili, təndir və quyuları olan həyət

qalıqları aşkar edilmişdir. Burada daha sonrakı IX-X və saray kompleksinin

tikilməsindən qabaqkı XIV əsrin sonu-XV əsrin əvvəlinə qədərki binaların, divar və

bünövrələrin qalıqları qalmışdır. Yəqin ki, təpənin zirvəsində içqala olmuşdur. Belə ki,

sarayın binasının altında onun inşasından qabaq mövcud olmuş hansısa böyük bir tikili

bünövrəsinin izləri nəzərə çarpır. Bakı şəhərinin erkən dövrü haqqında cüzi məlumatlar

belədir.

3. ġƏHƏRĠN ĠDARƏ OLUNMASI, SOSĠAL MÜNASĠBƏTLƏR

VƏ MƏDƏNĠYYƏT

X əsrin birinci yarısı ərəb mənbələrində VIII-X əsrlərdə Bakı şəhərində sosial

münasibətlərə və şəhər quruluşuna dair heç bir məlumat verilmir. Həmin mənbələrdə

böyük gəlir götürən iri feodallar tərəfindən idarə olunan Azərbaycan vilayətlərinin

zənginliyindən danışılır. 1 İbn Havqəl şirvanşahı və iri mülklərə sahib olan həmin

feodalları vilayətlərin hökmdarı (malik) adlandırır. Onların böyük sürüləri,

malikanələri, gözəl qalaları, atları və çoxlu nökərləri var idi. Feodallar şəhər, vilayət və

nahiyələrə, onlara böyük qazanc gətirən məhsuldar torpaqlara sahiblik hüququna malik

idilər. 2 İbn Havqəl daha sonra məlumat verir ki, bu feodalların gözəl xidmətçiləri,

müğənni-cariyələri, kişi və arvad aşbazları vardır. Onlar "...qızıldan və gümüşdən

57

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!