24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

divarlarından bayırda yerləşirdi. İçərişəhərin şimal divarları rayonunda şlak və kül,

yandırılmış gil qalaqları şəklində izləri qalmış XIV-XVII əsrlər mədəni təbəqəsinə aid

sənətkarlar məhəlləsi olmuşdur. 27

Məişətdə saxsı qablar geniş yayılmışdı. A zərbaycan tətbiqi sənətində

XVI-XVIII əsrlər keramikası az öyrənilmişdir. İçərişəhərin üst təbəqəsinin şirsiz saxsı

qabları arasında dar və geniş boğazlı tək və qoşa qulplu qırmızı və sarı rəngli küpələr

aşkar edilmişdir. Bəzi qabların boğazaltı hissəsində oyma naxışlar vardır. Saxsı

çömləklərə, kasalara, çıraqlara tez-tez rast gəlinir. Saxs ı qabların çoxu dulus çarxında

hazırlanmışdır. Şirli saxsı qablar arasında anqob və manqanla, həm monoxrom, həm də

polixrom naxışlarla bəzədilmiş camlar, kasalar, nəlbəkilər və digər əşyalar vardır. Bəzi

qablarda anqobla işlənmiş naxışlar qrafik təsvirlərlə uzlaşır. Üst təbəqədə müəyyən

miqdarda saxsı və şüşə qablar da tapılmışdır. 28 Kobaltla naxışlanmış bəzi saxsı kasalar

və qablar İranın Bakı vasitəsilə Azərbaycana Yaxın Şərq ölkələrində şöhrət qazanmış

bahalı qab-qacaq və zərxara parçalar idxal olunan Rey, Kaşan, Yəzd kimi

mərkəzlərindən gətirilirdi. Şirvanşahlar sarayı ərazisində XVI-XVIII əsrlərə aid

təbəqələrdə şəffaf şir çəkilmiş nazik qırığı tünd kərpici-qırmızı rəngli çənbərsiz kasa və

boşqablara rast gəlinmişdir. Həmin məmulatların bəzilərində şirin altında sarı gillə

olduqca səliqəsiz şəkildə işlənmiş nəbati naxışlar vardır. 29 Bakı və Abşeronda şəffaf

şirin altında açıq-sarı rənglə vurulmuş ləkələri olan qırığı kərpici-qırmızı rəngli nazik

divarlı məmulatlara təsadüf edilir. Belə məmulatlar naxışsızdır. 30 Bütövlükdə qırmızı

rənglə yaxud həndəsi və nəbati naxışla örtülmüş nazik divarlı şüyrələnmiş nazik divarlı

qablara da rast gəlinir. 31 1978-ci ildə Bakı yüksəkliyinkinin şərq yamacının ətəkləri

yaxınlığında, Bəylər məscidindən 15 m qərbdə yerləşən XIII sahədə aparılan arxeoloji

işlər zamanı həm şirli, həm də şirsiz gil qabların qırıqları aşkar edilmişdir. Adi keramika

küpə, çömlək, cam, kasa, çıraq və s. əşyalardan ibarət idi. Onlardan bəzilərinin səthi

müxtəlif dalğavari və paralel düz xətlər, çərtmələr, batıqlar və yapma düyməciklərlə

bəzədilmişdir. Şirli qabların əksəriyyətinin qırığına yaşıl rəngli şəffaf şirin altından

anqobla monoxrom naxışlar vurulmuşdur. Onların bəziləri oyma naxışlarla

bəzədilmişdir. XIV-XVII əsrlərin üst təbəqəsi üçün altdan sarı və krem rəngli anqobla

naxışlanmış mis rəngli şir çəkilmiş camlar, kasalar, boşqablar da s əciyyəvidir.

Tapıntılar arasında nazik divarlı şüşə məmulatlar var idi. 32

İçərişəhərdə tapılmış keramika məmulatı Bakı və Abşeronda istehsal olunurdu.

Belə ki, elə həmin sahədə ətrafına saxsı qab qırıqları və dulusçuluq istehsalatı şlakı

səpələnmiş, uçulub-dağılmış dulus kürəsinin qalıqları aşkar edilmişdir. Sonrakı illərdə

İçərişəhər ərazisinin müxtəlif yerlərində külli miqdarda deformasiyaya uğramış və zay

keramika məmulatları, üçbucaqlı altlıqlar, silindr ş əkilli gil qəliblər, dulusçuluq

istehsalının qalığı olan şlak topaları və sızmış şir izləri aşkar edilmişdir ki, bütün bunlar

tapılmış keramika məmulatlarının, şəksiz, yerli istehsal məhsulu olduğuna sübutdur. 33

1957-ci ildə şəhərin şimal-qərb hissəsində, qala divarlarının yaxınlığında tikinti işləri

aparılarkən qırmızı gildən düzəldilib şir çəkilmiş xeyli miqdarda çıraq tapılmışdır.

Görünür, bu ərazidə sənətkar dükanları olmuşdur. 1985-ci ilin payızında indiki

İstiqlalyiyyət küçəsindən rabitə xətti çəkilərkən İçərişəhərin şimal-qərbində, qala

171

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!