24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

edilən bir neçə uğursuz həmlədən sonra II Mirzə Məhəmməd xan Qubaya qayıtmağa

məcbur oldu. 36

Zubkov bu hadisələri bir qədər başqa cür təsvir edir. Onun verdiyi məlumata

görə Fətəli xanın bacısı oğlu olan Mirzə Məhəmməd xan Əhməd xandan Fətəli xan

vaxtındakı asılılığından qurtarmaq istəyirdi. Buna görə də Əhməd xan onu devirib

yerinə onun əmisi Məhəmmədqulu ağanı xan etmək istəmirdi. Əhməd xanın dost kimi

Bakıya buraxılmış adamları hiylə ilə Bakı qalasının darvaza larını ələ keçirərək,

yaxınlıqda gizlənmiş 800 adamı şəhərə keçirdilər və beləliklə, qalanı tutub,

Məhəmmədqulu ağanı xan elan etdilər, Mirzə Məhəmməd xanı isə anası - Fətəli xanın

bacısı ilə birlikdə Qubaya göndərdilər. Lakin tezliklə, 1791-ci ilin martında Əhməd xan

özündən sonra azyaşlı oğlunu qoyub öldü. Quba xanlığını onun 13 yaşlı, "lakin

fərasətli, cəsur və diribaş olan" kiçik qardaşı Şeyxəli xan idarə etməyə başladı. 37 Şeyxəli

xan II Mirzə Məhəmməd xanın hüquqlarının bərpa olunmasına başladı. Bu məqsədlə o,

qoşunun başında Bakı xanı ilə birlikdə Bakıya yollandı. Öz gücünə əmin olmayan

Şeyxəli xan elə həmin ilin iyun ayında Georgiyevskdə olan general Qudoviçə məktub

göndərdi. Məktubda o Məhəmmədqulu xanı öz təbəəsi adlandıraraq, Bakını geri

almaqda kömək göstərməyi xahiş edirdi. İşin təfsilatından xəbərsiz olan general

Qudoviç Şey xəli xana kömək göstərmək istəyərək "rus gəmilərindən bir neçə dəfə atəş

açmaq" haqqında sərəncam verdi. 38 14 gündən sonra general Qudoviç mühasirəyə

alınmış Məhəmmədqulu xandan məktub aldı. O, məktubunda Bakının qanuni hakimi

olduğunu yazır, onun rus təbəəliyinə qəbul edilməsini və Şeyxəli xanla mübarizədə ona

kömək göstərilməsini xahiş edirdi.

General Qudoviç Xəzər donanmasının komandiri, general-mayor Şişkinə

xanlardan hansının haqlı olduğunu yerindəcə aydınlaşdırmaq və "dövlət mənafeyinin

tələb etdiyi kimi" hərəkət etmək barədə sərəncam verdi. Lakin sərəncam çox gec gəlib

çatdı: freqat və botla Bakı limanında dayanan Şişkinin göstərişi ilə donanma

kapitan-leytenantı Moller "Rusiyanın ticarətini himayə etmək və mülkləri dəniz

sahilində yerləşən xanlara hədlərini bildirmək üçün" Bakı qalasını gəmilərdən top

atəşinə tutdu. 39

Bu tədbir Məhəmmədqulu xana elə güclü təsir göstərdi ki, o, 1791 -ci ilin

sentyabrında (yaxud oktyabrında) Şeyxəli xanla barışdı, Bakının gəlirinin yarısını

Mirzə Məhəmməd xana və xan sikkəsi ilə 24 min manat Şeyxəli xana verməyi öhdəsinə

götürdü. 40

1792-ci ilin əvvəlində Məhəmmədqulu xan öldü. Onun ölümündən sonra xanlar

arasında hakimiyyət uğrunda çəkişmə düşdü. Şeyxəli xanın təkidi ilə Mirzə Məhəmməd

xan Bakı xanı elan olundu. Lakin bu uzun çəkmədi. Mirzə Məhəmməd xandan narazı

olan Bakı əyanları onu Bakıdan qovaraq Məhəmmədqulu xanın qardaşı oğlu

Hüseynqulu ağanı xan elan etdilər. Yeni xan Mirzə Məhəmməd xanı keçmiş xanın təyin

etdiyi neft quyularından və duz mədənlərindən toplanan gəlirin yarısından məhrum etdi

və Mirzə Məhəmməd xan ailəsi ilə Qubaya, Şeyxəli xanın yanına qayıtdı. 41

A.Bakıxanov yazırdı ki, h.1206 (1792)-cı ildə "səxavətli, lakin bərk ürəkli bir

əmir olan bakılı Məhəmmədqulu xan da vəfat etdi. Qardaşı oğlu Hüseynqulu ağa Hacı

205

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!