24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Divanın ayrı-ayrı qulluqçuları kələntərə tabe idi. Kələntərin vəzifələrinə

"əməlin haqqa, zəkaya və ölkənin adətlərinə müvafiq olması üçün əsnaf yığıncaqlarında

boniçenin məbləğinə və sənətkarlıq peşəsinə aid digər işlərlə bağlı qəbul edilən

qərarlara baxmaq da daxil idi. 110 Rəiyyətə - kəndlilərə, sənətkarlara və xırda alverçilərə

qarşı zorakılıq edənlər, onları incidənlər barəsində kələntərə şikayətə gələndə o, vəkil

kimi çıxış etməli idi. Kələntərlər özü əvəzini ala bilməyəndə iş haqqında Divanın

nümayəndələrinə məlu mat verirdi. 111

Kələntərin və naibin fealiyyətinə yekun vuraraq demək olar ki, kələntər

kəndxudaları təyin edir. Şəhərlərdə vergiləri əsnaflar arasında bölüşdürür, onların arzu

və istəklərini ifadə edir, rəiyyəti müdafiə edirdi. 112 Şardenin qeyd etdiyinə görə

"kələntər" rütbəsi mer vəzifəsinə - "prevot de ville'" - uyğun gəlirdi. 113 Kempferin

izahları da bunu təsdiq edir. 114

Naib kələntərin müavini və köməkçisi idi. Mənbələrdə bu barədə məlumat

olmasa da, ehtimal ki, onların hər ikisi yerli əyanlar arasından seçilirdi. 115

Bakı şəhərinin mühüm vəzifəli şəxslərindən biri də II Şah Abbasın Bibiheybət

məzarı haqqında h.1066 (1656)-cı il tarixli fərmanında adı çəkilən darğa idi. 116 Darğa

yerli hakimin təyin etdiyi şəhər məmuruna deyilirdi. Onun vəzifəsi şəhərdə və bazarda

ictimai asayişi qorumaq idi. 117 XVII-XVIII əsrlərdə Bakıda darğalar Divan üçün vergi

yığmaqla məşğul olurdular. 118 Bazarlarda ölçü və çəkiyə nəzarət etmək, rüsum və

cərimələri yığmaq da onun vəzifələrinə daxil idi. "Təzkirət əl-müluk"a görə darğa polis

rəisi vəzifəsini icra edən və müəyyən məhkəmə səlahiyyətlərinə malik məmur idi.

Ancaq sonuncu məsələdə o, İsfahandakı divanbəyiyə tabe idi. 119 Darğa şəhər

məhkəməsinə başçılıq edirdi və günahkara müxtəlif cəzalar- çubuqlatmaq, ayağa kündə

vurmaq, cərimə kəsə bilərdi. Oğurluq edənlərin burnu, qulaqları, barmaqları və s.

kəsilirdi. Ölüm cəzasına yalnız şah, divanbəyi və xanlardan başqa, bəzi sultanlar

məhkum edə bilərdi. 120

Şardenə və Təzkirət əl-müluk"a görə darğanın məvacibi 300-dən 500 tümənə

qədər idi. 121 Ancaq o, rüşvətdən, müxtəlif cərimə və töycülərdən böyük gəlir əldə

edirdi. Darğanın köməkçisi gecə vaxtı dəstəsilə bazarı və şəhərin məhəllələrini gəzərək

asayişə nəzarət edən əxdas, yaxud mirşəb (gecə rəisi) idi. O, əhalinin əmlakının

qorunmasına da cavabdeh idi. Əxdas oğurluq malı tapdıqda onun 2/6-si ona çatırdı.

Oğurluq baş verdikdə və oğru tapılmadıqda isə oğurlanmış şeylərin dəyərini onların

sahibinə ödəməli idi. 122 Bakı şəhərində vergiləri əmmal, yaxud amil adlanan Divan

məmurları yığırdı. 123

Şəhər əhalisinin mühüm bir qrupunu tacirlər təşkil edirdi. Şəhərlərdə tacir

silkinin başçısı malik ət-tüccar (prevot des marchands) adlanırdı. 124 Onu tacirlərin

özləri seçirdilər. Malik ət-tüccar ticarət, mübahisə və çəkişmələrinə dair qərarlar

çıxarmalı, habelə toxucuların, boyaqçıların və i.a. işinə nəzarət etməli idi. 125

Şəhərlərdə mühtəsib əl-məmalikin köməkçilərı - naiblər var idi. Onların vəzifəsi

Divan - maliyyə idarəsi

197

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!