24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

yolları öyrənmək və təsvir etmək məqsədilə baş qərargahın iki zabiti Bakı və Şamaxı

xanlarının yanına göndərildi. Qoşunlar Gilgilçayın sağ sahilində, dənizdən 10 verst

aralı düşərgə saldı. Hüseynqulu xan iyunun 13-də buraya, baş komandanın yanına

gələrək Bakının açarını təqdim etdi. Elə həmin gün general-mayor Raxmanov 3 piyada

batalyonu, 2 süvari eskadronu və 3 səhra artilleriyası topu ilə Bakını tutmağa

göndərildi. Raxmanov Bakını işğal etdi. Artıq dənizdə üzən Xəzər donanması Bakı

buxtasına daxil oldu. Şəhərdə dənizlə buraya gətirilən bütün hərbi təchizat üçün baş

depolar yaradıldı. 64

Rus qoşunlarının qarnizonu Bakıda yerləşdirildi. 1797-ci ilin əvvəlində knyaz

Sisianov şəhərin komendantı təyin olundu. 65

Mənbələrdə Bakı şəhərinin 1796-cı ildə təslim edilməsinin təfsilatı xəbər

verilmir. XVIII əsrin sonu fransız səyyahı Olivyenin məlumatına görə Bakı, şəhəri

tutmaq üçün altı min nəfərlik korpus göndərmiş Zubovun ilk tələbi ilə təslim olmuşdur.

Ruslar şəhəri nə onun hakimini, nə də əhalini incitmədən zəbt etdilər. 66

Şəhər rus qarnizonu tərəfindən işğal olunduqdan sonra özünü heç bir təhlükə

gözləmədiyini görən Bakı xanı çar hakimiyyət orqanlarına xoş münasibət göstərməyə

başladı. 67 Bakı xanının Rusiyaya münasibəti öz hakimiyyətini qoruyub saxlamağa

çalışan hakimin siyasi mənafeyi ilə müəyyən olunurdu. Bakını Xəzər dənizində ən

yaxşı liman və ticarət mərkəzi hesab edən çar hökuməti Bakı limanının sahmana

salınması və möhkəmləndirilməsi üçün iş aparılmasına dair bir sıra tədbirlər gördü;

bunun üçün vəsait buraxıldı və Peterburqdan ustalar göndərildi. 1797-ci ilin yazında

işlər başlanılmalı idi. 68 Lakin imperatriçə II Yekaterina 1796-cı il noyabrın 6-da

öldüyündən onlar həyata keçirilmədi. Onun oğlu I Pavel taxta çıxan kimi rus

qoşunlarının İrana və Cənubi Qafqaza yürüşünü dayandırdı. Cənubi Qafqazda olan

Zubova qoşunları ilə birlikdə Rusiyaya qayıtmağı əmr etdi. Qoşunların A zərbaycandan

çıxarılması dekabrda başlandı, sonuncu hissələr isə Bakını 1797-ci ilin martında tərk

etdi. 69 Qraf Zubov 1797-ci ildə Ağa Məhəmməd xanın bu yürüşdə iştirak etmiş qardaşı

Murtuzaqulu xanla birlikdə dəniz yolu ilə Həştərxana gəldi. Qardaşının təqib etdiyi

Murtuzaqulu xan ruslara pənah apardı. 70

Bu arada Ağa Məhəmməd xan 1796-cı ildə Tehrana gəlib şah titulunu qəbul

etdi. 71 Rus qoşunlarının Azərbaycandan çıxmasından xəbər tutan Ağa Məhəmməd şah

1797-ci ilin yazında Qarabağa və Gürcüstana ikinci səfərə hazırlaşmağa başladı. Bu

vaxt Azərbaycanın digər şəhər və kəndləri kimi, Abşeron və Bakı da qıtlıq, aclıq və taun

xəstəliyindən viran qalmışdı. 72

Şahın böyük ordusunun yaxınlaşmasından xəbər tutan Qarabağ xanı İbrahim

xan öz qüvvəsinə ümid bəsləməyərək Car nahiyəsinə qaçdı və Şuşa qalası maneəsiz və

zəhmətsiz şahın əlinə keçdi. 73 Əliqulu xan Sərdar Şirvanı tutdu. Şah qoşunları Şamaxını

talan edib dağıtdı. 74 Ağa Məhəmməd şah Bakı xanı Hüseynqulu xanı iki dəfə Şuşaya

çağırdı, lakin sonuncu bundan boyun qaçırdı. Onda şah Şuşadan onun ardınca çapar

göndərdi. O, xanı zorla hökmdarın hüzuruna gətirdi. Ağa Məhəmməd şah Bakı

şəhərinin müqavimətsiz rus qoşunlarına təslim olunmasına görə töhmət və danlaqdan

209

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!