24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Beləliklə, aydın olur ki, XVII əsrdə, neft hasilatının yüksəlişi dövründə hər mədəndə

50-yə yaxın quyu mövcud idi. Övliya Çələbinin məlumatına görə isə Abşeronda 7 yerdə

neft çıxarılırdı. 30 Bu hesabla belə çıxır ki, XVII əsrdə, ümumiyyətlə, təqribən 350-400

quyu olmuşdur. Bundan əlavə, Bakı qalasının yaxınlığında Bibiheybət və Bayıl

ətrafında, habelə indiki Lökbatanda bir neçə daha dərin quyu (onlardan birinin dərinliyi

90 sajına çatırdı) var idi. 31 Abşeronun şimal sahili yaxınlığındakı Pirallahı adasında

xeyli miqdarda qara və tutqun qonur neft çıxarılırdı. 32

Lerxin sözlərinə görə Balaxanada "hər gün 500 batman neft verən çox gur" 33 bir

quyu var idi. Bu isə hər gün 187,5 pud, yaxud ildə 67500 puda bərabər idi . Ola bilsin

ki, həmin quyu fontan vururdu. Lakin quyuların heç də hamısı belə çox neft verə

bilməzdi. Bununla belə, göstərilən rəqəm Abşeronda çox böyük miqdarda neft

hasilatından xəbər verir.

Kempferin gətirdiyi rəqəmlər daha inandırıcıdır. Təkcə Suraxanı kəndindəki

quyularda ətraf kəndlərdən olan 32 fəhlə qan-tər içində işləyir və hər biri ayda 7-8

abbası alırdı . 34 Buradan gündə hər bir 10-20 Təbriz batmanı gələn 7, yaxud 8 tuluq

yüklənmiş 80-dək araba neft aparılırdı. 35 Kempferə görə bir Təbriz batmanı doqquz

Belçika funtuna bərabər idi. Gündəlik neft hasilatı 8-10 min batman, yəni 1500-1875

pud (Təbriz batmanının təqribən 3 kq 36 olması hesabı ilə) orta illik hasilat isə 600 000

pud təşkil edirdi. Kempferin sözlərincə, hesab hər gün səkkiz-on min batman neft

çıxarılıb aparılması üzərində qurulurdu, lakin bunun əvəzinə fəhlələr asanlıqla 100 000

batman neft hasil edirdilər. Görünür, Kempfer gətirdiyi 100 000 rəqəmini Belçika livri

ilə hesablamışdır. Belə ki, on min Təbriz batmanı 90 000 livrə bərabər idi, lakin fəhlələr

bunun əvəzinə 10 000 livr artıq, yəni cəmi 100000 livr neft hasil edirdilər. Fəhlələr

Kempferə bildirmişlər ki, şah xəzinəsinin neftdən illik gəliri, xərcləri çıxılmaqla, yeddi

min tümənə çatırdı. 37

Kempferin məlumatlarının başqa mənbələrlə tutuşdurulması onların

şişirdilmədiyini və həqiqətə uyğun olduğunu göstərir.

Portuqaliya kralının İrana göndərdiyi elçisi missioner Antuan de Quveanın

(1609-cu il) məlumatına görə, Bakı türk işğalı altında olarkən (1578-1607-ci illər)

Abşeronun xəzinəyə məxsus neft quyularının bir qismi illik gəliri qırx min ekyü, yəni

təqribən 2666 tümən təşkil edən icarəyə verilmişdi. 38 Lakin digər türk mənbələrdə

gəlirin miqdan 6000 tümən, yəni Antuan de Quveanın gətirdiyi məbləğdən 2 dəfə artıq

Lerxin məlumatına görə, o vaxtlar bir batman 15 fenta bərabər idi.

O dövrün məzənnəsinə görə 1 tümən 500 abbasıya, 1 abbası 4 şahıya bərabər idi.

Abbası pul vahidi adı, ənənəvi olaraq, son illərədək işlədilirdi. Bir abbası 20 qəpiyə və ya 4 şahıya

bərabər idi (1 şahı 5 qəpikdir).

Bunun nə qədər az olduğunu göstərmək üçün bəzi ərzaq mallarının qiymətinə diqqət

yetirək. Fransa missionerlərinin məlumatına görə o vaxtlar 4 qarabağır quşunun qiyməti 5 su –

təqribən 1/5 abbası, bir bəzək quşununku 6 su - 1/4 abbası, bir qirqovulunku 10 su 1/2 abbasıdan

bir qədər az idi.

162

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!