24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

əlində idi. Şirvanın bəylərbəyi şahın qardaşı Əlqas Mirzə təyin olunmuşdu. Şirvan

əyanları məhv edilmiş, onların mülkləri isə qızılbaş əmirlərinə paylanmışdı. 2

Səfəvilər dövründə Bakı şahın tiyul, yaxud soyurqal şəklində bu və ya digər

feodala bağışladığı "ölkə", yəni, mülk, ərazi idi. H.947 (1540/41)-ci ildə Şirvan

vilayətinin bir hissəsi - Salyan, Mahmudabad və Bakı şəhəri tiyul kimi Əmir Qazi xan

Təkəliyə verilmişdi. 3 Lakin şahın sui-qəsdlərdə iştirakından şübhələndiyi Qazi xan

Təkəli onun əmri ilə h.950 (1543/44)-ci ildə qardaşları ilə birlikdə Əlqas Mirzə

tərəfindən Şirvanda edam olundu. 4

H.983 (1575)-cü ildə şah Təhmasib Şirvandakı şahın mülkiyyəti olan bir çox

yeri, o cümlədən Bakı və Abşeronu, Qəbələni, Ağdaş və Ərəşi, 5 dəniz sahilini ruzəki

kürd tayfasının əmiri Şərəfəddin Bitlisiyə bağışladı. Şah ruzəki tayfasını dolandırmaq

üçün həmin şəhər və yerlərin əhalisindən yığılan gəliri (vücuhat -pula ödənilən vergi)

ona təyin etmişdi. 6 Ehtimal ki, həmin köçəri kürd tayfaları o vaxtlar Abşerondakı

Kürdəxanı kəndində məskunlaş mışlar.

Həm Əmir Qazi xan Təkəli, həm də əmir Şərəfəddin Bitlisi hərbizadə ganların

nümayəndələri və köçəri tayfa başçıları idi. Şahın bəxş etdiyi şəhər və kəndlər onlara

tayfa əyanları və köçəri tayfa qoşunu ilə birlikdə "idarə edilmək və ruzi kimi"

verilmişdi. Hər iki əınir mahalın hərbi-inzibati hakimi olub, ehtimal ki, hakimiyyəti

mülkü hakimlə bölüşürdülər.

Beləliklə, Səfəvilər dövründə Bakı və Abşeron onlara tabe olan şəhər və

Abşeron kəndlərinin əhalisindən vergi və müxtəlif rüsumlar çəkib çıxaran iri

feodalların mülkiyyəti idi. Feodal zadəganlığının Bakıda və şəhər iqtisadiyyatının çox

asılı olduğu Abşeronun neftverən rayonlarında ağalığı, feodal münasibətlərinin şəhər

həyatına güclü təsiri orta əsr şəhər-kommunaları tipli müstəqil şəhər idarəçiliyinin

yaranmasına mane olurdu. Feodal zadəganlığının şəhərin hakim təbəqələri ilə sıx

əlaqəsi onların mənafelərini, sənətkarlara şəhərin və mahalın feodal sahibləri tərəfindən

istismar edilən əhalisinin geniş təbəqələrinə qarşı səylərini birləşdirirdi. 7

Səfəvilər dövlətinə birləşdirildikdən sonra Bakı şahın təyin etdiyi, Şirvan

bəylərbəyinə tabe olan yerli hakimlər tərəfındən idarə olunurdu. Hakimlərin xan, yaxud

sultan titulları olurdu. Bu titullar, Səfəvilər dövründə feodal iyerarxiyasının bir halqası

kimi fərdi, ömürlük və qeyri-irsi idi. Səfəvilər sülaləsinin hakimiyyətinin əvvəllərində

xan və sultan titulları arasında fərq yox idi. Lakin sonralar, XVI əsrin ikinci yarısında

xan titulu üstünlük qazanaraq, sultan titulundan yüks ək sayılırdı. 8

İçərişəhər ərazisində bugünədək qalmış daş kitabələrdə və səyyahların yol

qeydlərində şəhərin XVI əsrdəki və sonrakı hakimlərinin titulları və adları əksini

tapmışdır.

Bakıda Os manlı hökmranlığı dövründə Şirvanşahlar sarayı ərazisində tikilmiş

Tiyul - müvəqqəti, yaxud ömürlük torpaq sahibliyi; soyurqal - vergı toplamaq hüquqlu

(müafı), yaxud vergi toplamaq hüququ olmadan idarə edilən irsı torpaq sahəsi, mülk. Bax:

Петрушевский И.П. Очерки... c. 102-103

185

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!