24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

öz tərəfinizə cəlb etməyə çalışın. Onlardan torpaqları Arazın sol sahilində yerləşən və

Kür çayınadək uzananlarla, xüsusilə çayın mənsəbinə və Xəzər dənizində ən yaxşı

limana sahib olan Bakı xanı ilə əlaqə vasitəsilə Həştərxandan Gürcüstandakı

qoşunlarımıza Qafqaz dağları ilə deyil, dənizlə sursat daşınması yolları əldə edilməsinə

çalış maq lazımdır". 91

Konsul Skibinevski xanların hərəkətlərini izləyir və xanlıqların əhalisinin

Rusiyaya meyl göstərdiyini çar hökumətinə xəbər verirdi. Konsulun general-leytenant

Knoninqə 1802-ci il fevralın 26-da Bakıdan göndərdiyi raportda deyilirdi ki, xanların

ara müharibələri nəticəsində müflisləşən və nə xanın, nə də kəndxudaların şəxsində

fərli-başlı rəisləri olmayan qubalılar və dərbəndlilər Rusiyanın himayəsində olan

Gürcüstanın taleyinə həsəd aparırlarsa, ticarət və əkinçilik sayəsində varlı olan bakılılar

və şamaxılılar xan hakimiyyətindən razıdırlar və Rusiyanın tabeçiliyində olmaq

istəmirlər. Ruhanilər onlara xristianlarda himayə axtarmağın günah olduğunu təlqin

edir, kəndxudalar isə şayiə yayırdılar ki, rus qoşunları şəhəri tutarsa, onların

arvadlarının "is mətinə toxunacaqdır", bundan əlavə, onlar Rusiya hakimiyyətinə nifrət

aşılayırdılar. Bakılılar Şamaxı xanının güclənməsindən qorxsalar da, Bakı xanı

Hüseynqulu xan və kəndxudalar onunla ittifaqı hər vəchlə qoruyub saxlamağa cəhd

göstərirdilər. 92

I Aleksandr knyaz Sisianovu Qafqaza baş komandan təyin etdi. O, 1803-cü ilin

fevralında Gürcüstana gəldi. 93 Sisianovun Qafqaza təyin edilməsi ilə İrana qarşı

müharibəyə hazırlıq başladı. Bu zaman Azərbaycan xanları arasında hakimiyyət

uğrunda mübarizə davam edirdi. Bakı xanı Hüseynqulu xan Abşerondakı Maştağa

kəndinə sığınmış II Mirzə Məhəmməd xanla vuruşmaya ara vermirdi.

1803-cü ildə Hüseynqulu xan şirvanlı Mustafa xanın köməyi ilə Maştağa

qalasını ələ keçirdi. Qubaya çəkilən II Mirzə Məhəmməd xan öz keçmiş mülkünü geri

qaytarmaq üçün vasitə axtarmağa başladı. 94 Çar hökuməti I Aleksandrın taxta çıxması

ilə Azərbaycanın bir sıra şəhərlərini, ilk növbədə, Bakını tutmaq üçün fəal surətdə

hazırlaş mağa başladı. Buna Hüseynqulu xanın təbəələrinin rus və Dağıstan tacirlərinin

fırtınanın Bakı xanının torpaqlarında sahilə atdığı gəmilərdəki mallarını qarət etmələri

bəhanə oldu. Bu məsələ barəsində həmin tacirlərə vurulan zərərin ödənilməsini tələb

edən general-leytenant Knorrinq və konsul Skibmevskinin Hüseynqulu xanla yazışması

bir neçə il çəkdi. 95

Çar hökuməti Bakı şəhərini və başqa Azərbaycan şəhərlərini dinc yolla, hərbi

əməliyyatlara əl atmadan tutmağa çalışırdı.

Sisianovun Skibinevskiyə göndərdiyi 15 yanvar 1803-cü il tarixli sərəncamında

deyilirdi: "Siz Bakı limanının Rusiya ticarət gəmiçiliyi üçün nə qədər lazım olduğunu

bilirsiniz, indi o, bizə şəhərin özündən daha əhəmiyyətlidir. Lakin şəhərin və limanın

təbii mövqeyinə görə bizim qoşunlarımız əlverişli fürsət düşən kimi gec-tez Bakını

hökmən tutmalıdır. Siz Bakı xanının necə miskin vəziyyətdə olduğunu, onun iki güclü

tərəfdən - Mustafa və Şeyxəli xan tərəfindən sıxışdırıldığını daha yaxşı bilirsiniz. Buna

görə də müxtəlif vasitələrlə onu Rusiyadan başqa heç yerdən ona kömək və

himayədarlıq göstərilməyəcəyinə, Şeyxəli xanın Mustafanı, bəlkə də onun özünü -

212

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!