24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

xəzinəyə vergi verirdilər. Bütün bunları nəzərə alaraq Kempferin gətirdiyi ildə 600 000

pud rəqəmini real hesab etmək mümkündür.

Neftin istər daxili, istərsə də xarici bazarda külli miqdarda satılması ondan həm

məişətdə, həm də hərbi texnikada geniş miqyasda istifadə olunması ilə izah edilir. Neft

işıqlandırmaq, qızdırmaq və çıraqbanlıq üçün istifadə olunurdu. 47

Övliya Çələbinin sözlərinə görə, Azərbaycan bölgələrinin əhalisi "Piy və mum

şamlar əvəzinə çıraqlarda qara neft yandırırlar". 48 Qara neft odun əvəzinə yanacaq kimi

istifadə olunurdu. Hər evdə neftlə dolu bir, yaxud iki daş qab olurdu. Nefti oradan dəmir

parçlarla götürüb qazanın altındakı ocağa, qurudulmuş qumun üstün ə töküb

yandırırdılar. 49 Neftdən feodal saraylarında çıraqbanlıq və qalaları işıqlandırmaq üçün

istifadə edilirdi. 50

Əhali gün altında qatılaşmış və qurumuş qır halında nefti yerin üstündən yığıb

arabalarda şəhərə və ucqar kəndlərə aparırdılar. Burada ondan hamamları qızdırmaq

üçün istifadə edirdilər. 51 Bakuvinin məlumatına görə, hamamların bu üsulla

qızdırılmasından hələ XIV-XV əsrlərdə istifadə olunurdu. 52 Ağ neftdən ağac və karton

məmulatlarının üzünə çəkilən palitura və lak hazırlanmasında da işlədilirdi. 53 "O, yapon

lakı kimi hazırlanır və bu vaxta qədər işlədilənlərin hamısından daha gözəl və möhkəm

olurdu". 54 Ağ neftdən ipək və yun parçaların üzərindəki yağlı ləkələrin

təmizlənməsində də istifadə edilirdi. 55

Neft müxtəlif xəstəliklərdə müalicə vasitəsi kimi də işlədilirdi. Lerxin

şahidliyinə görə ağ nefti "daş xəstəliklərində və sümük ağrılarında" 56 içirdilər. "Deyirlər

ki, onu içmək döş, baş, dəri-zöhrəvi, bədəndəki daş xəstəliklərinə kömək edir". 57 O,

sinqa xəstəliyində, qıc tutmasında, podaqra, revmatizm və i.a. xəstəliklərdə də

işlədilirdi. 58 Bakı neftinin müalicə xassələri və şəfa mənbələri buraya İrandan və başqa

yerlərdən çoxlu xəstələr cəlb edirdi. 59

Lakin bu dövrdə neft, başlıca olaraq, hərbi texnikada tətbiq olunurdu. Bu,

görünür, XVII əsrin sonunadək davam etmişdir.

Moskva dövlətinin 1637-ci ilə aid sənədlərində, "Top ehtiyatı hesabatı"nda və

sonralar, 1640-cı ildə, o cümlədən müxtəlif hərbi sənədlərdə yanar halda qorxunc silah

kimi istifadə olunan Bakı nefti 60 də xatırlanır.

Övliya Çələbinin dediyinə görə qalaya hücum olunanda düşmənin üstünə neftə

batırılmış yanan cır-cındır atırdılar. 61 Lakin neftdən XVII əsrin sonlarında hərbi

texnikada istifadə olunmasına dair məlumata rast gəlinmir.

1723-cü il yürüşünün iştirakçısı, artilleriya mayoru İ.Q.Gerber xəbər verirdi ki,

İran hökmranlığı dövründə, yəni, 1723-cü ilədək neftdən ildə 50000 rubl, yaxud 5000

tümən 62 gəlir götürülürdü ki, bu da XVIII əsrin əvvəllərində neft hasilatının aşağı

düşdüyünü göstərir.

Bakı və Abşeronun çar qoşunları tərəfındən işğalı dövründə (1723-1735-ci illər)

əwəllər şah xəzinəsinə məxsus neft mədənləri rus hərbi idarəsinin sərəncamına keçdi.

Çar hökuməti Bakı neft mədənlərinin istis marında maraqlı idi.

Abşeronda neft işinin qoyuluşunun öyrənilməsi nəticəsində bir sıra əsərlər

meydana çıxdı. Onların arasında hidroqraf F.İ.Soymonovun 1728-ci ildə tərtib etdiyi

164

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!