24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

irlikdə xəyanət etmək niyyətinə düşmüş və rus qarnizonuna hücum edərək hamısını

qırmaq istəyir; bu məqsədlə Davud bəylə yazış mış və tezliklə ondan kömək gözləyir.

Yüzbaşı və onun adlı-sanlı əlaltıları çıxıb getmiş, digərləri həbsə alınmış, bəziləri

ölümə məhkum edilmiş, qalanları isə, həmin cinayətdə iştirak etməmiş bəzi yoxsul

adamlar da daxil olmaqla, Rusiyaya sürgün olunmuş, ona görə də şəhər xeyli

boşalmışdır, təkcə hindilər (hindlilər - S.A.) və burada ticarətlə məşğul olan ermənilər

qalmışlar..." 79

Təsvir olunan hadisələrlə əlaqədar sultanlıq ləğv edildi və Bakı şəhərinin,

Abşeron kəndlərini idarə edən naib Səlim xanın da tabe olduğu komendantı həmin

vaxt, həm də şəhərin qubernatoru vəzifəsini icra edən knyaz Baryatinski 80 təyin olundu;

bu zaman qalanın qarnizonu dörd min nəfərdən ibarət idi. 81

Həmin vaxtdan Bakını və Abşeronu rus komendantları idarə etməyə başladı. Bu

hadisələrdən sonra, 1727-ci ildə rus hakimiyyət dairələri Dərgahqulu bəyi bağışladılar

və onu yenidən Bakı şəhərinin sultanı təyin etdilər. Lakin təqribən 1730-cu ildə o, şahın

xidmətinə keçdi, ancaq 1732-ci ildə yenidən geri qayıtdı və bağışlanaraq, Abşeronun

Maştağa kəndindəki imarətində yaşadı. 82

Görünür, Dərgahqulu xan qeyri-adi şəxsiyyət olub, xalq arasında böyük nüfuz

sahibi idi. A. Bakıxanovun sözlərinə görə "onun qüvvəti və şücaəti xalq arasında

məşhurdur". 83 Çar hakimiyyət dairələri, göründüyü kimi, onun ölkədəki nüfuzundan

yerli əhalinin qabağını almaq və itaətdə saxlamaq üçün istifadə etmək istəyirdilər. Buna

görə də onun qəsd və xəyanətini iki dəfə bağışlamışdılar. A.Bakıxanovun məlumatına

görə "Dərgahqulu bəy ibni-Heybət Təbəsəran ispahbadları nəslindən olan Nurkucur

malikləri ailəsindəndir. Onun keçmiş babaları gilanlı Xan Əhməd hadisəsi zamanında,

h.1000 (1592)-ci ildə Şirvana gəlib, Bakıda mülk sahibi və yüzbaşı rəisi olmuşlar.

Onların imarət və qalalarının xarabalıqları Ramana kəndində indi də mövcuddur..." 84

Hələ çar qoşunlarının gəlməsindən əvvəl Dərgahqulu bəy Bakı sultanını öldürüb

xan titulunu mənimsəmişdi. Şah Hüseyn Dərgahqulu bəyin və əhalinin xahişi ilə onu

bütün Abşeronun hakimi təyin etmişdi. Beləliklə, təzə sultan Məhəmmədhüseyn bəy

təkcə qalanı idarə edirdi. Hacı Davud və Surxay xan Bakını almaq istəyəndə

Dərgahqulu xan onların qoşununu şəhərin yarım ağaclığındakı bir təpənin yaxınlığında

qarşılayıb məğlub etdi və həmin təpə o zamandan Qanlıtəpə adlanmağa başladı. 85 Bu

davada Dərgahqulu xanın qardaşı Hüseyncan bəy öldürüldü. Dağıstan feodallarının

basqınlarından təhlükəsizliyini təmin edən Dərgahqulu xan hakimiyyətini başqa

torpaqlar üzərində də genişləndirmək məqsədilə qonşu mahallalara, Şəbərana və

Qobustana hücumlar etməyə başladı. Ruslar şəhəri tutduqdan sonra da o, əvvəlki kimi,

Abşeronu idarə edir, imarəti və bağı olan Maştağa kəndindəki imarətində yaşayırdı. 86

"Dərgah xanın fərmanlarından, xüsusilə, Abdulla bəy Hacı Səlim bəy oğlunu Bakı

mahalına hakim təyin etməsi haqqındakı fərmanının tarixindən və sair maddələrindən

anlaşıldığına görə, onun hökmranlığı h. 1143 (1731)-cü ildə də davam edirmiş. Lakin

Naib Səlim xan - çağdaş bakılı Səlimxanovların əcdadıdır.

156

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!