24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

cür iddiasını yaddan çıxarsın. Torpaqları Xəzər dənizi ilə gürcü vilayətləri arasında

yerləşən Dərbənd, Bakı xanları və digər məliklər də eyni xəbərdarlıq aldılar. 84 Ehtimal

ki, çar hökuməti qoşunların çıxarılmasına baxmayaraq, həmin vilayətlərə iddialarından

əl çəkməmişdi və şahın hərəkətlərini diqqətlə izləyirdi.

General-leytenant Knorrinq imperatora 11 aprel 1800-cü il tarixli raportunda

Baba xanın Bakını tutmaq niyyətində olduğunu bildirirdi. Belə ki, onun fikrincə, həmin

şəhər Baba xana gömrük rüsumları, eləcə də, neft və duzdan böyük gəlir gətirirdi. Baba

xan Bakı xanına hücumu üçün fars tacirlərinin Hüseynqulu xanın onların Maştağa

sahillərində batmış rus gəmisindəki mallarını zəbt etməsi barədə ona gəlib çatmış

şikayətlərini bəhanə gətirir. O, Hüseynqulu xanın öz təbəələri olan qubalıların mallarını

zəbt etməsi barədə Şeyxəli xanın şikayətini də buna əlavə edir. 85

1800-cü il yanvarın 22-də Rusiyanın İrandakı konsulu Skibinevski Bakıya

gələrək, Rusiya imperatorunun böyük məbləğdə pulları əllərindən tutulub alınmış rus

tacirlərinin razı salınmasını Hüseynqulu xandan tələb etmək haqqında əmrinin icrasına

başladı.

Lakin xan, Skibinevskinin dilə tutmasına baxmayaraq, incidilmiş tacirləri razı

salmaqdan imtina etdikdə donanma kapitanı Moçakov konsulun tələbi ilə həmin il

fevralın 6-da "Kizlyar" gəmisindən Bakı şəhərini top atəşinə tutdu. Hüseynqulu xan

günahını boynuna alıb tacirləri razı saldı, habelə şəxs ən özünün və bir neçə təbəəsinin

veksel üzrə başqa tacirlərə olan borclarını da ödədi. Bundan əlavə, Hüseynqulu xan

Skibinevskinin tələbi ilə rus tacirlərinin gələcəkdə də sıxışdırılmasın ın qarşısını almaq

məqsədilə konsulun diktə etdiyi qaydaları da qəbul etdi və yazılı iltizam verdi. 86

1800-cü il aprelin əvvəlində Hüseynqulu xanın məmuru Mirzə Hadi bəy xanın

məktubu ilə Qızlara, Qafqaz cəbhəsinin baş komandanı general-leytenant Knorrinqin

yanına gəldi. Məktubda xanın rus tacirlərinin bütün tələblərinə əməl etdiyi və məmur

Mirzə Hadi bəyin onun adından rus tacirləri ilə rəftarına görə hökmdardan üzrxahlıq və

onu həmişəlik olaraq ali himayəsinə götürməyi xahiş etmək üçün göndərdiyi xəbər

verilirdi. 87 Xanın xahişinə cavab almaq üçün Mirzə Hadi bəyə Həştərxanda qaldıqdan

sonra Peterburqa yola düşmüş və burada, sarayda qəbul olunmuşdur. O, 1801-ci il

avqustun 28-də vitse-kansler knyaz Kurakindən Hüseynqulu xanın adına - Bakı xanına

həmin tarixli "ali fərman"a əlavə edilmiş cavab məktubu aldı. 88 Bu reskriptdə Pavelin

ölümündən sonra 1801-ci il martın 1-də taxta çıxmış I Aleksandr xana qonşu xanlarla

yola getməyi, sülh içrə yaşamağı və onlarla ittifaq bağlamağı əmr edirdi. 89

İmperator Aleksandrı taxta çıxması münasibətilə təbrik etmək və digər

məsələlər üçün bir sıra xanlıqların, o cümlədən dərbəndli Şeyxəli xanın və bakılı

Hüseynqulu xanın elçiləri Peterburqa gəldi. 90

I Aleksandrın Azərbaycan xanlıqları, o cümlədən Bakı xanlığı barəsində siyasi

xətti onun 1801-ci il sentyabrın 12-də general-leytenant Knorrinqə verdiyi reskriptdə

əksini tapmışdır. Orada deyilirdi: "Ətraf məliklər və xalqlarla əlaqə saxlayarkən Rusiya

tərəfdarlarının sayının artmasına, xüsusilə üzərində Baba xanın hakimiyyətinin hələlik

möhkəmlənmədiyi və ona görə də indiki şəraitdə öz təhlükəsizliyi üçün, əlbəttə,

Rusiyaya daha çox meyl göstərəcək İrəvan, Gəncə, Şəki, Şirvan, Bakı və digər xanları

211

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!