24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Görünür, sonralar orta əsr şəhəri Bakının salındığı təpə qədim yaşayış yeri,

təpədən 150-200 metr aralıdakı qeyd olunan məzar yerləri isə qəbiristanlıq olmuşdur.

Beləliklə, bu təpənin bilavasitə yaxınlığında olan Bakı qalasının ərazisi eramızdan

çox-çox əsrlər əvvəl məskun olmuşdur. Bizcə, bunu Şirvanşahlar sarayı ərazisindəki

qayada qazılmış novçalı kasavarı çuxurlar və dördkünc şəkilli çalalar da təsdiq edir. Qız

qalasının şimal tərəfində aparılan qazıntılar zamanı küçənin səviyyəsində 2,2 metr

dərinlikdə tapılmış orijinal tunc balıq fiquru (uzunluğu 8,2 s m, hündürlüyü 4,5 s m,

göv-dəsinin eni 2 s m, qalınlığı 0,7 s m) böyük maraq doğurur. Balığın başı dombalan,

ağzı açıq, gözləri düyməcik kimi qabarıq formadadır, qulaqları uzunsov çıxıntılar

şəklində göstərilmişdir. İki ü zgəci vardır; quyruğu halqavarı şəklində yuxarıya doğru

qatlanmışdır. Balığın gövdəsinin hər yeri böyük ustalıqla sədəflə örtülmüşdür. 40 Bu

fiqur arxaik xarakter daşıyır və formaca, ehtimal ki, antik dövrə məxsusdur.

Balıq təsvirlərinə Qobustan qayalarında rast gəlinir və onlar e.ə. X-IX

minilliklərə aid edilir. 41 Balıq obrazları Zərdüştilik panteonunda müəyyən tanrıların

inkarnasiyası olmuşdur. 42 Balıq rəs mlərinə Abşeron evlərinin fasadında, Şirvanşahların

Bakıda kəsdirdikləri sikkələrdə rast gəlinir və əhali bunu qədim ənənə ilə izah edir.

Yuxuda balıq görən Abşeron sakini bunu var-dövlət əlaməti kimi yozur. Görünür,

balığa sitayiş Abşeronda ən qədim ayin-lərdən olub, ehtimal ki, dəniz tanrısının rəmzini

təcəssüm etdirir.

Şirvanşahlar sarayının yuxarı həyətində aparılan arxeoloji qazıntı zamanı boğazı

Yaloylutəpədə tapılmış e.ə. III-I əsrlərə aid küpələrinkinə bənzəyən küpə aşkar

olunmuşdur. 43 1986-cı ildə İçərişəhərdə aparılmış arxeoloji qazıntının materialları

Bakının qədimliyi haqqında daha tutarlı məlumat verə bilər. Ümumi həcmi 144 m 2 olan

qazıntı sahəsi cənub-qərbdə dövrümüzədək qalmış Məhəmməd ibn Əbu Bəkr

(Sınıqqala) məscidinə (h.471-ci, miladi 1078/9-cu il) bitişir. Qazıntı sahəsi iki təbəqəli

abidədən ibarətdir: üst təbəqə XIV-XVII əsrlərə, alt təbəqə IX-VIII əsrlərə aiddir. A lt

mədəni təbəqənin materialları böyük maraq doğurur. Qazıntının cənub hissəsində

bünövrəsi təbii qaya üstündə qoyulmuş düzbucaqlı şəkilli böyük otağın şimal və qərb

divarlarının qalıqları qalmışdır. Bu təbəqədə qayada qazılmış beş quyu, habelə,

müxtəlif diametrli çoxlu təndir aşkar edilmişdir. Onların yaxınlığında, sahənin

cənub-qərb hissəsində torpağa iri təsərrüfat küpləri basdırılmışdır. Alt təbəqədə,

qayanın səviyyəsində formasına və gilin tərkibinə görə orta əsr keramikasından

fərqlənən və daha erkən dövrə aid olan saxsı qab qırıqları tapılmışdır. F.İbrahimov bu

qabları Nüydüdə və Şamaxıda tapılmış materiallarla analogiyasına, forma və bəzəyinə

görə antik dövrə aid edir. 44

1986-cı ildə Şamaxı arxeoloji dəstəsi Şamaxı şəhərindəki VIII sahədə qazıntı

işlərini davam etdirmişdir. Burada torpaq s əthindən 3-4 metr aşağıda orta əsr

hamamının sabun zalının bir hissəsi aşkara çıxarılmışdır. Soyunma otağının tikili

əlamətləri olmayan cənub-şərq hissəsində qazıntı işləri materikə qədər davam

etdirilmişdir. IX-XII əsrlərə aid mədəni təbəqədən altda erkən orta əsr və son antik dövr

qatı vardır. Bu qat əl işi olan adi keramika qırıqları ilə səciyyələnir. Buna bənzər

keramika nümunələri Ağsu rayonundakı Nüydü kəndində aşkar olunmuşdur. Onlar e.ə.

21

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!