24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Cəbə - noyonun və Sabutay Bahadurun başçılığı ilə otuz minlik monqol ordusu gürcü

və erməni qoşunlarını məhv edərək qışı Muğanda qışladılar, 35 sonra isə Ərdəbilə

qayıtdılar, şəhəri dağıdaraq zəbt etdilər. Bundan sonra monqollar Təbrizi mühasirəyə

aldılar. Şəhərin əhalisi pul və parça verməklə xilas oldu. Monqollar qabaqlarına çıxan

şəhər və kəndlərin əhalisini amansızcasına qırırdılar. Onlar Sərab və Beyləqanı tutub,

Gəncəyə doğru yollandılar. Gəncə əhalisi pul və bahalı parçalarla canlarını qurtardı. 36

Sonra monqollar Gürcüstana soxuldular. 37 Onlar tezliklə Şirvana qayıtdılar,

Şamaxını mühasirəyə alıb dağıtdılar, əhalisini qırdılar. Bundan sonra onlar 1222-ci ildə

Dərbənd keçidindən keçib şimala getmək üçün Dərbəndə yönəldilər.

Bu zaman Dərbəndin hakimi şirvanşah Rəşid idi. O, on nəfər adlı-sanlı adamını

monqolların yanına göndərdi. Monqollar onlardan birini öldürüb, qalanlarının köməyi

ilə kəsə yolla, dağlardan aşaraq şimala getdilər. 38

Monqol hücumundan sonra qıpçaqlar Azərbaycana soxularaq Arranın bir sıra

şəhər və kəndlərini dağıtdılar. Qıpçaqların ardınca h.622 (1225)-ci ildə Şirvan xərac

vermək tələbi ilə kifayətlənməyən xarəzmşah Cəlaləddinin hücumuna məruz qaldı. O,

əvvəlcə, şirvanşah Əfridun bin II Fəribürzdən 50 min dinar verməyi tələb etdi.

Cəlaləddin Arrana qayıtdıqdan sonra Əfridun sultanın hüzuruna gedərək hədiyyə kimi

ona 500 at verdi. 39

Vəzirinin etirazına baxmayaraq, Cəlaləddin onun öz torpaqlarında

hakimiyyətini təsdiq etdi və xəracı 50 min dinardan 20 min dinara endirdi. Beləliklə,

şirvanşah öz müstəqilliyini qoruyub saxlaya bildi.

Monqollar Azərbaycana ikinci dəfə 1231-ci ildə hücum edərək 8 il ərzində

Şirvan və Arranın şəhərlərini işğal etdilər. 40 Monqol qırğınlarından yaxa qurtarmış

feodallar, əyanlar, şəhər və kənd əhalisi dağlara çəkildi.

XV əsrin əvvəli A zərbaycan coğrafiyaşünası Bakuvinin verdiyi məlumata görə,

monqollar dəniz sahilindəki möhkəmləndirilmiş qalanı əhalisi onlara inadlı müqavimət

göstərən Bakını uzun müddət ala bilməmişdilər. 41 Yalnız bütün ölkə işğal olunduqdan

sonra şəhər təslim olmaq məcburiyyətində qaldı. Monqollar nəhəng monqol

imperiyasının tərkibinə qatılan A zərbaycan, Ermənistan və Gürcüstanı işğal etdilər. 42

Monqollar Azərbaycanda böyük dağıntılar törətdilər, bir sıra iri şəhərləri məhv

etdilər. Onların bəziləri sonralar dirçələ bilməyib süqut etdi. Gəncə, Bərdə, Beyləqan,

Şəbəran kimi iri ticarət sənətkarlıq mərkəzləri bərk dağıdılaraq öz əvvəlki

əhəmiyyətlərini itirdilər. İşğalçıların gəldiyi böyük yoldan kənarda yerləşən Bakı,

görünür başqa şəhərlərə nisbətən az zərər çəkmişdi. Hərçənd, monqollar şəhəri alarkən

Qız qalasının yuxarı hissəsi dağıdılmışdı. 43

XII-XIII əsrlərdə yadelli işğalçıların basqınları ilə əlaqədar şirvanşahlar Bakı və

Abşeronda qala divarları, bürclər, müdafiə istehkamları tikdirirdilər. Onların üzərində

şirvanşahların adları onların dəbdəbəli titulları ilə çəkilirdi ki, bu da Şirvanşahların və

onların vassalları olan iri feodalların müstəqilliyini göstərirdi. Yəqin ki, Bakı da

Şirvanşahlar dövlətinin paytaxtı Şamaxı ilə yanaşı, onların iqamətgahı idi.

Çingiz xanın nəvəsi Hülakü xan 1258-ci ildə Bağdadı aldı, sonuncu xəlifəni

qətlə yetirərək Abbasilər Xilafətinə son qoydu və Cənubi Azərbaycanda Hülakülər,

66

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!