24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

əğbət sahibi deyil. Onlar şikayətlənirlər ki, xan onların üzərinə həmişə elə böyük

məbləğdə vergi qoyur ki, onu, demək olar ki, heç vaxt ödəmək mümkün deyil. Onun

haqqında yaxşı fikirdə olanlar, yaxud həqiqəti deməkdən qorxanlar belə xanı son dərəcə

dövlətli təsvir edir, bununla da, onun hərisliyi ilə bağlı şikayətləri təsdiqləyirlər". 16

Rusiya hökumətinin Gürcüstandakı müvəkkili, A zərbaycan şəhərlərinin 80-ci illərdəki

vəziyyətini təsvir edən S.D.Burnaşovun məlumatına görə Dərbənd xanından asılı olan

Bakı xanı Məlik Məhəmmədin qoşunu 500 nəfərdən çox deyildi. 17 Fətəli xanın

sədaqətli vassalı olan Bakı xanı Quba xanının apardığı müharibələrdə öz qoşunu ilə

birlikdə iştirak edirdi. Ayrı-ayrı xanlar arasında araçəkiş mələri qurtarmaq bilmirdi.

Bakı xanı da bu mübarizəyə qoşularaq, tabe və qohum olduğu Fətəli xanın tərəfində

vuruşurdu. Məlik Məhəmməd xan h.l 188 (1774)-ci ildə Fətəli xanın Şamaxı xanı Ağası

xanla və avar xanı Novsal xanla Şirvanda, Şamaxı yaxınlığında baş verən döyüşlərində

iştirak etmişdi. 18 Bu zaman Fətəli xana qarşı yürüşdən qayıdan Usmi Əmir Həmzə

Bakının üstünə gedərək onu tutmağa cəhd göstərdi, lakin yaxşı möhkəmləndirilmiş

qalanı almaq mümkün olmadığından onun ətrafını qarət edərək geri qayıtdı. 19

H. 1199 (1785)-cu ildə vaxtı ilə Şəki xanı Hüseyn xan tərəfindən gözləri

çıxarılan Ağası xan Fətəli xana məğlub olaraq oğlanları Əhməd bəy və Məhəmməd

bəylə birlikdə Bakıya sürgün olundu və h.1207 (1788)-ci ildə onların üçü də Fətəli

xanın əmri ilə öldürüldü. 20

Bakı xanı Məlik Məhəmməd xan h.l799-cu ildə qaynı Fətəli xanın razılığı ilə bir

ildən bəri düşmənçilik edən Fətəli xanla Qarabağ xanı İbrahimxəlil xanı barışdırmaq

məqsədilə Qarabağa getdi. Lakin onun gəlişinə şübhə ilə yanaşan İbrahimxəlil xan onu

həbs edərək 2 il həbsdə saxladı və yalnız Fətəli xan və onun müttəfıqləri Qubada 8 minə

yaxın qoşun toplayıb İbrahim xanın üstünə gedəndən sonra azad etdi. Məlik

Məhəmməd xan 1781-ci ilin yanvarında Bakıya qayıtdı. 21

İran hakimi vəkil Kərim xan Zənd 1799-cu ilin fevralında öldükdən sonra İranda

araçəkişmələri başlandı. Bu vaxt Bakı xanının sıxışdırdığı rus tacirləri və konsulu

Həştərxana getdilər. 22 Siyasi şəraitdən istifadə edən Rusiya hökuməti Həştərxanda

İrana qarşı ekspedisiya hazırlamağa başladı. 1781-ci ilin iyununda Həştərxandan

Astrabad körfəzinə qraf Voynoviçin komandanlığı ilə tərkibində 443 nəfər olan kiçik

bir eskadra göndərildi. Onun məqsədi körfəzdəki adaların birində Hindistanla ticarət

əlaqələri üçün faktoriya yaratmaq idi. 23 Bütün bunlar, habelə rusların hərbi hazırlıq

aparması haqqında xəbərlər İranın və Türkiyənin hakim dairələrini çox narahat edirdi.

Yaranmış siyasi vəziyyət öz sərvətlərini dağlarda gizlətmiş Bakı və Dərbənd xanlarını

da təşvişə salırdı. 24 Bu vaxt Bakı xanlığının dövlət işləri ilə Fətəli xan məşğul olurdu.

Əslində, xanlığı o idarə edirdi. Aşağıdakı fakt da bunu təsdiq edir. Qraf Voynoviçin

eskadrasının gəmiləri geri qayıdarkən "rus ticarətlərini sıxışdırdığına görə" Bakı xanını

qorxutmaq məqsədilə 1782-ci il iyun ayının axırlarında Bakı limanına daxil oldu. 25

Eskadra limana daxil olarkən Bakı şəhərinin qala divarlarında qoyulmuş 11 topdan

salam atəşi ilə qarşılandı. 26.

Qraf Voynoviçin başçılıq etdiyi eskadranın Bakıya daxil olmasını bu zaman

Qubada olan Fətəli xana xəbər verdilər. Fətəli xan avqustun 9-da Bakıya gəldi və qraf

203

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!