24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Tanınmış Azərbaycan alimi və səyyahı Zeynalabdin Şirvani XIX əsrin

əvvəllərində Bakının təsərrüfat həyatına, əhalisinə və siyasi tarixinə dair bəzi

məlumatlar verir. Z.Şirvani farsca yazdığı " Büstan üs -səyahə" və "Riyaz üs-səyahə"

adlı coğrafi əsərlərində 25 illik səyahəti ərzində gəzib dolaşdığı Şərq ölkələrini təsvir

etmişdir. O, alimlər, şairlər, müxtəlif müsəlman təriqətləri və təlimləri haqqında geniş

məlumat verir. 14

Bakı xanları nəslindən olan, rus ordusunun polkovniki, məşhur Azərbaycan

tarixçisi Abbasqulu Ağa Bakıxanovun (1794-1846-cı illər) əsəri Bakının xanlıqlar

dövrü (1743-1813) tarixinə dair çox qiymətli mənbədir. O, 1840-cı ildə farsca yazdığı

"Gülüstani-İrəm" əsərini özü rus dilinə tərcümə etmişdir.

Bakıxanovun bir neçə əlyazmasında məlum olan əsərinin 1926-cı ildə rus,

1951-ci ildə isə Azərbaycan dillərində tərcüməsi nəşr olunmuşdur. Müəllif bu əsərdə

Şərq və Qərbi Avropa müəlliflərinin məlumatlarından istifadə edərək, Şirvan və

Dağıstanın ta qədim zamanlardan 1813-cü ilə qədərki tarixini əks etdirmişdir. Onun

əsərinin XVIII əsrin sonundan 1813-cü ilə qədərki hadisələrdən bəhs edən hissəsi

həmin ölkələrin o dövr tarixinə dair ilkin mənbədir. Müstəqil xanlıqların tarixini

işıqlandıran müəllif, əsasən, feodal çəkiş mələrindən bəhs edərək, sosial münasibətlərə

nadir hallarda toxunur. Biz əsərin 1970-ci ildə nəşr olunmuş farsca mətnindən istifadə

etmişik.

Ölkənin inzibati quruluşundan danışarkən biz XVIII əsrin birinci çərəyində

naməlum müəllifin farsca yazdığı və V.F.Minorski tərəfindən giriş, şərhlər və ingilis

dilinə tərcüməsi ilə birlikdə nəşr olunmuş "Təzkirət əl-müluk" ("Məliklər üçün

yaddaş") əsərinə müraciət etmişik. 15

Feodal Bakısının tarixinə dair narrativ mənbələr arasında türk müəlliflərinin

əsərləri də, xüsusilə XVII əsr məşhur türk səyyahı Övliya Çələbi ibn Dərviş

Məhəmməd Zillinin (1611-1682) yol qeydləri mühüm yer tutur. 16

Mükəmməl təhsil alan Övliya Çələbi bir neçə il İstambulda sultan IV Muradın

sarayında xidmət etmişdir. O, səfirliyin üzvü və xüsusi tapşırıqlar üzrə məmur kimi

Yaxın və Orta Şərqin bir sıra ölkələrində olmuşdur. Çələbi özünün zəngin

təəssüratlarını oncildlik "Səyahətnamə" əsərində əks etdirmişdir. "Səyahətnamə"nin 17

ikinci cildində Çələbi 1647-ci ildə səfərdə olduğu Azərbaycan, Gürcüstan və

Ermənistanın şəhər və kəndlərindən ətraflı bəhs etmişdir. Övliya Çələbi o dövrdə

Bakının iqtisadiyyatına, sosial həya-tına, siyasi hadisələrinə dair məlumat verir,

Abşeronda çıxarılan neftin müxtəlif növlərindən, becərilən kənd təsərrüfatı

bitkilərindən, oranın ticarətindən, ixracat mallarından ətraflı danışır, şəhərın qala

divarlarını və zahiri görünüşünü təsvir edir. Övliya Çələbi, bundan əlavə, etnoqrafık

xarakterli məlumatlar da verir. Onun Bakı haqqında məlumatları orijinal olub, başqa

mənbələrdə rast gəlinmir və XVII əsrin birinci yarısında Bakının sosial-iqtisadi və

siyasi tarixini araşdırmaq baxımından dəyərli materiallardır. Türk tarixçiləri Katib

Çələbi və İbrahim Pəçəvi də Bakı haqqında bəzi məlumatlar vermişlər. Türk

tədqiqatçısı B.Kütükoğlu mənbələr əsasında Türkiyə - Səfəvi müharibələri haqqında,

Osmanlıların Bakını işğal etməsi dövrünə aid olduqca qiymətli məlumatlar vermişdir. 18

7

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!