24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

(1431/2)-ci ildə başqa bir bürc və h.842 (1438/9)-ci ildə hamam (ehtimal ki, saray

hamamı) tikdirmişdi. Həmin bürclərdən biri, ehtimal ki, indiki Milli Elmlər

Akademiyasının binasına bitişən bürcdür. Digər bürc isə dövrümüzədək

qalmamışdır. 140

Həmin həyətdə Türbənin yanında planda xaçşəkilli salondan, girişdən sağ

tərəfdə qadınlar üçün ibadət otağından və binanın qurtaracağında iki balaca otaqdan

ibarət məscid var. 141

İkinci mərtəbədə də aşağı mərtəbədəkilərlə divarın içində hörülmüş pilləkənlə

birləşən eyni ilə üç otaq vardır. Girişin qənşərində cənuba tərəf mehrab düzəldilmişdir.

Məscidin şimal-şərq küncündə əvvəllər daş məhəccəri olmuş şərəfəni saxlayan stalaktit

pərvazla (qurşaqla) tamamlanan minarə ucalır. 142 Stalaktit pərvazın (qurşağın) altında

minarəni "nəsx" xətti ilə yazılmış aşağıdakı məzmunda kitabə dövrələyir:

"Uca və qadir Allaha həmd və Məhəmmədin seçdiyinə uğurlar olsun. Sonra isə

bu minarəni kəşf etməyi sultani-əzim Xəlilüllah əmr etdi. Allah onun hakimiyyətini və

mülkünü göylərə qaldırsın. Səkkiz yüz qırx beşinci il" (h.845 (1441/2)-ci il). 143

Oxuduğumuz kitabədə, görünür, türbədən və minarədən daha əvvəl inşa

olunmuş məscidin yo x, minarənin tikilməsindən danışılır. Onun zəngin bəzəkli

baştağının və üzərində bədii kitabələrin olmaması bunu təsdiq edir. 144

Sarayın cənub fasadının qənşərində, orta həyətin meydançasında çadır örtüklü

səkkizüzlü kiçik türbə ucalır. Türbəyə şüa saçan ulduzlarla naxışlanmış daş şəbəkəli üç

ikitərəfli pəncərə qoyulmuşdur. Türbə içəridən naxışlarla bəzədilmiş və rəngli suvaqla

malalanmışdır. 145 Türbənin zirzəmisində sərdabə vardır. 146

Formaca Koniyanın çadır örtüklü Kiçik Asiya səlcuq abidələrinə gedib çıxan bu

tipli türbələr Azərbaycanda daha erkən dövrlərdən geniş yayılmışdı.

Yazılı mənbələrə və rəvayətə görə burada XIV əsrin sonu -XV əsrin

əvvəllərində yaşamış alim Seyid Yəhya ibn Bəhaəddin Bakuvi dəfn olunmuşdur. Onun

ölüm tarixi bir versiyaya görə h.862 (1457)-ci il, başqa versiyaya görə isə h.868

(1463)-ci il hesab edilir. 147

A.Bakıxanovun məlumatına görə onun "Bakı şəhərində ona mənsub olan

məscidin yanında sovməəsi, mədrəsəsi və qəbri indi də durur". 148

Gətirilən məlumatlar türbəni XV əsrin 60-cı illərinə aid etməyə imkan verir.

Üslub xüsusiyyətləri və tikinti texnikası da bu tarixi təsdiq edir. Türbə "Keyqubad

məscidi" adı ilə tanınan 1918-ci ildə yanmış qədim məscidə bitişik tikilmişdir.

Hal-hazırda məscidin təkcə bünövrəsi qalmışdır. A.M.Pavlinov 1888-ci ildə Bakıda

olarkən həmin məscidi görmüş və onun təsvirini vermişdir: "Məscidin özü nisbətən

genişdir, onun günbəzi, planda göründüyü kimi, 4 sütun üzərində durur; günbəzin

söykəndiyi əsas tağlar, yaxud tağtavanlar çatmadır. Günbəzin gövdəsində, xan

məscidində olduğu kimi, bir neçə çıxıntı var və ona dörd pəncərədən işıq düşür.

Məsciddə kitabə yoxdur, onun fasadı hamar olub, yonulmuş daşla üzlənmişdir, damı

120

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!