24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

XIII əsrin 20-ci illərində fars dilində yazılmış anonim coğrafiya əsərində Bakı

haqqında deyilir: "...O, Şirvan vilayətində, dəniz kənarında şəhərdir. Onun torpağı

bütün gecəni od kimi yanır, qazanı torpağın üstünə qoyurlar və içindəki su qaynayır.

Onun malları qara, ağ, yaşıl neft və duzdur". 6

Bakı nefti haqqında ərəb coğrafıyaşünasları Yaqut Həməvi (təqribən 1227-ci

ildə yazmışdır) və Zəkəriyyə Qəzvininin (onun əsəri 1275-ci ilə aiddir) əsərlərində də

məlumat vardır. Yaqut Həməvi yazır: "Bakuyə Şirvan vilayətinin Dərbənd nahiyəsində

şəhərdir. Orada çox böyük neft mənbəyi var. Onun gündəlik qəbələsi min dirhəmdir.

Yanında isə gecə-gündüz aramsız olaraq civə yağına oxşayan ağ neft axan başqa

bir mənbə də var. Onun da qəbələsi əvvəlki mənbədə olduğu kimidir". 7 Neft mənbələri

haqqındakı bu məlumatları Zəkəriyyə Qəzvini də təkrar edir. 8 Bu müəlliflərin

əsərlərinin tədqiqi göstərir ki, onların Bakı nefti haqqında verdikləri məlumatlar

anoxronizm olub, X əsrin birinci yarısına aiddir. Həm Yaqut Həməvi, 9 həm də

Zəkəriyyə Qəzvini öz məlumatlarını Əbu Düləfdən (X əsr) götürmüşlər.

Yaqut sonra Abşeron adalarını təsvir edir: "İnandığım tacirlərdən biri mənə

danışdı ki, orada aramsız yanan bir yer görüb". 10

Zəkəriyyə Qəzvini Əbu Həmid əl-Əndəlusinin sözlərinə isnadən yanar torpaq, ət

bişirmə üsulu və Bakuyə yaxınlığında səthindəki yarıqdan axan su ilə birlikdə təngə

(sikkə - S.A.) formasında mis parçaları üzə çıxan dağ (Qaradağ - S.A.) olduğunu,

adamların həmin mis parçalarını möcüzə kimi yadelli ölkələrə apardıqlarını xəbər

verir. 11 Ehtimal ki, Əbu Düləf kimi Zəkəriyyə Qəzvini də acı, pis iyli su axan qara dağın

yerini dəqiq lokallaşdırmamışlar, belə ki, hələ orta əsrlərdə Bakının yaxınlığında,

Bibiheybət rayonundakı Şıx kəndində müalicə xassəli kükürdlü çeş mə aşkar edilmişdi.

Bu rayon Qaradağın yaxınlığındadır. Beləliklə, ərəb müəlliflərinin Bakı yaxınlığında

şəfa bulaqlarının olmasına dair məlumatları təsdiq edilir.

Həmdullah Qəzvini h.740 (1339-1340)-cı ildə özünün "Nühzət əl-qülub"

əsərində Bakı haqqında çox müxtəsər yazır: " Bakuyə beşinci iqlimdə yerləşir. Onun

havası isti iqlimə yaxındır. Buğda daha çox məhsul verir". 12 Sonra Həmdullah Qəzvini

Bakı neftinin kustar üsulla çıxarılmasını təsvir edir. "Böyük neft yataqları Bakuyədədir.

Orada neftin üzə çıxması üçün quyular qazılan yer var. Neft suyun üzünə yığılır və onu

həmin quyulardan hasil edirlər". 13

Əsərlərində Bakıdan bəhs edən bu dövr Şərq müəlliflərindən İstəxrinin (X əsr)

Bakı nefti haqqında məlumatlarını təkrarlayan XIV əsr ərəb coğrafiyaşünası

Əbu-1-Fidanın adını çəkmək olar. 14

XIII əsrdən etibarən buraya Qərbi Avropa səyyahları da ayaq açmağa başladılar.

Onlar da Şərq müəllifləri kimi, bu yerlərdə çoxlu neft hasil olunduğunu qeyd edirdilər.

Məşhur venesiyalı Marko Polo Bakının neft mənbələri haqqında aşağıdakıları xəbər

verir: " Gürcüstanla sərhəddə yağ (neft) mənbəyi var. O çoxdur - bir dəfəyə yüz gəmiyə

75

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!