24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

əsrlərin nailiy-yətlərini əxz etdiyini görərik. Bakıda anqob və oyma ilə işlənmiş

polixrom ornamentli və təsviri naxışlı, yüksək keyfiyyətli basmaqəlib və bədii şirli qab

istehsalı da bu dövrə aiddir. XI-XIII əsrlərdə qəliblərdən geniş istifadə olunması Bakı

şəhəri əhalisinin artan tələblərini ödəmək üçün basmaqəlib qabların kütləvi istehsalına

və bu məmulatların ölkənin digər bölgələrinə aparılmasına imkan yaratmışdır.

XI-XIII əsrlərdə bədii dulusçuluğun əlahiddə qolu kimi Bakı basmaqəlib

keramika məmulatının naxışları rəngarəngliyi ilə seçilir. Qab naxışlarında həndəsi və

nəbati motivlər başlıca yer turur. Bakı bədii keramikasının xüsusiyyəti ondan ibarətdir

ki, onun sarı gil bardaqlarının, kürəşəkilli qablarının, iki qulplu dolçalarının boğazaltı

hissəsində basmaqəlib naxışlar çox qabarıq relyeflidir. Bakı qablarının üzərində bəzən

astral əlamətlərə də rast gəlmək olur. V.V.Bartoldun fikrincə, aypara şəkli islamın

rəmzidir. 50 Öküz başının təsvirinə də təsadüf edilir. Şirli qablarda rəngli anqobla və

oyma üsulu ilə işlənmiş quş və heyvan təsvirləri daha çoxdur. Bu keramika məmulatı

XI-XIII əsrlərdə dulusçuluq sənətinin inkişaf səviyyəsi və yerli əhalinin estetik zövqü

haqqında təsəvvür yaradır. 51 Bakıya Qəbələ, Gəncə və Beyləqan kimi keramika

mərkəzlərindən qırmızı gildən hazırlanıb anqobla (ağ anqob) işlənmiş, oyma ilə

bəzədilmiş və rəngli - açıq yaşıl, qonur bənövşəyi, çəhrayı - şirlə naxışlanmış az

miqdarda gözəl qablar, habelə İrandan, ehtimal ki, Yəzd, Rey və Kaşan kimi keramika

məmulatı mərkəzlərindən bahalı zərnaxışlı qablar da gətirilirdi. Şirvanşahlar sarayı

ərazisində zərnaxış qab qırığı və dibində dəbdəbəli zərxara xələt geymiş adam şəkli

çəkilmiş zərnaxış kasa tapılmışdır. 52

Bakı yüksəkliyinin zirvəsində - XII əsrdə və XIII əsrin əvvəllərində feodal

şəhərinin məhəlləsi olan bu ərazidə aparılan qazıntı zamanı xeyli gətirilmə şirli qab

qırıqlarının tapılması həmin dövrdə Bakı ilə Azərbaycanın digər şəhərləri, eləcə də, İran

arasında şəhərlərdə sənətkarlığın və cəmiyyətin məhsuldar qüvvələrinin inkişafı ilə

bağlı yerli məmulatların ticarət mübadiləsi getdiyini təsdiq etməyə imkan verir.

XIII əsrdə Rusiyadan Çinədək olan bütün torpaqlar monqolların hakimiyyəti

altında birləşdirilərkən avropadan Rusiya və Qızıl Orda vasitəsilə Çinə yol açıldı.

Əl-Öməri öz əsərində Bakıdan və "Dəmir qapı"dan (yəni, Dərbənddən), Qızıl Orda

ərazisindən keçərək Çinə gedən ticarət karvan yolundan xəbər verir. 53 O göstərir ki,

karvanın yolu beş aydır. Bakıdan və Azərbaycanın digər şəhərlərindən Cuci

sikkələrinin tapılması əl-Ömərin məlumatlarını təsdiq edir. 54 Bununla belə, Çindən

başlayaraq Orta Asiyadan keçib İrana və Azərbaycana gələn qədim cənub magistral öz

əhəmiyyətini itirməmişdi və Çin malları həmin yolla A zərbaycana gəlməkdə davam

edirdi.

Mənbələrdə XII-XV əsrlərdə Azərbaycan şəhərlərinin Çindən az qala qızıl

qiymətinə gedən ipək və ipək parçalar - "qızılla işlənmiş Çin zərxarası" 55 və digər

mallar aldığı göstərilir. Onların arasında bahalı çini qablar mühüm yer tuturdu.

Azərbaycanın müxtəlif orta əsr şəhərlərində - Qəbələdə, Beyləqanda, qədim

Gəncədə, Bakıda və s. aparılan arxeoloji qazıntılar zamanı çoxlu gətirilmə çini qablar

tapılmışdır. Çini qabların bir növü də farfor kütləsindən hazırlanıb yaşıla çalan şirlə

örtülmüş seladon qablardır. Şərqdə "mərtəbani" adlandırılan belə qablar çox yüksək

81

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!