24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

həyatında mühüm rol oynayan tacir silkinin nümayəndələri, yaxud sənətkar sexlərinin

başçıları idilər. Rəis şəhər hakimiyyəti ilə əhali arasında vasitəçilik edir, birinci tərəfin

fərmanlarını yayır, sonuncuların adın-dan çıxış edirdi. Onlar, bir növ, şəhər zadəganları

idi. Rəislər şirvanşahlarla tez-tez müxalifətdə olur, özlərinin şəxsi silahlı nökərlərinə -

qulamlara arxalanaraq şəhər hakimlərinə qarşı qiyamlara başçılıq edirdilər. 37 Rəislər

Şirvanda şirvanşahın h.458-ci il cəmadiyüləvvəl ayında (aprel, 1066-cı il) ölkənin

paytaxtı Yəzidiyyədə (Şamaxıda) keçirdiyi cəza tədbirlərinin qurbanları kimi

xatırlanır. 38

Rəis Məhəmməd ibn Əbubəkrin Bakı qalasında məscid tikdirməsi şəhərin bu

zümrəsinin varlı olduğuna dəlalət edir. "Ustad ər-rəis" rütbəsi onun sənətkar sexləri

rəislərinin başçısı olduğunu göstərir.

XI əsrin sonlarında və türklərin hücumu ərəfəsində əmirlərin nüfuzu güclü idi.

Məscidin kitabəsində I Fəribürzün adının çəkilməməsi 1078/79-cu ildə Səlcuqilərə tabe

olan şirvanşahın hakimiyyətinin zəiflədiyini, rəislərin gücləndiyini göstərir.

Şəhər şurası şəhər ağsaqqallarından və şəhər idarəsinə mənsub olub, rəis

ər-rüəsa (rəislər rəisi) qarşısında hesabat verən rəislərdən ibarət idi. Rəislərin

səlahiyyətinə müxtəlif vəzifələr daxil idi. Müxtəlif sex və birliklərin başçıları, məhəllə

darğaları, bazarbaşılar rəislərə tabe idilər və onlara hesabat verirdilər. Rəislər şəhərin

sosial və siyasi həyatında fəal iştirak edirdilər. 39 Böyük var-dövlət, torpaq sahibi olan

rəislərlə yanaşı, sənətkarlar və digər aşağı ictimai təbəqələr arasından çıxıb, Bakının və

Şirvanın digər şəhərlərinin sosial-siyasi həyatında fəal iştirak edən rəislər də var idi.

XI-XII əsrlərdə Beyləqanda, Şamaxıda, Bakıda, Dərbənddə şəhər əhalisinin

sinfi çıxışları bu və ya digər şəkildə şəhərlərin feodal hakimləri və feodal üsuli-idarəsi

əleyhinə yönəlmiş müxtəlif hərəkatlara çevrilir, şəhər əhalisinin feodal hakimiyyət

nümayəndələrindən xilas olmaq, onların yerinə şəhərin tacir silkinin, rəislərin, habelə

sənətkarların nümayəndələrini keçirmək cəhdlərinə gətirib çıxarırdı. Ehtimal etmək

olar ki, Beyləqanda, Yəzidiyyədə, Bakıda, Dərbənddə və digər şəhərlərdə baş verən

hadisələr XI əsrdə ictimai təsisat kimi şəhər özünüidarəsinin meydana gəlməsi ilə bağlı

idi.

Bu proses rəislər şəhər həyatında mühüm rol oynamağa başlayandan təkcə

Şirvan, Arran və Dərbənddə deyil, Gürcüstanda Ermənistanda və Cənubi Qafqazın

digər ölkələrində də nəzərə çarpır. Şəhər feodal hakiminin hökmranlığı altında qalsa da,

şəhər özünüidarəsi mövcud idi. 40 Şirvan və Arran şəhərlərində özünüidarə əlamətlərinin

meydana gəlməsi və şəhərlərin müstəqillik və muxtariyyət uğrunda mübarizəsi orta əsr

şəhərinin sənətkarlıq və ticarət mərkəzi kimi inkişafı və şəhərlilərin feodal zülmü,

səlcuq işğalçıları əleyhinə mübarizəsi ilə bağlı idi. Şirvan və Arranda şəhər

özünüidarəsinin sonrakı inkişafı XIII əsrin 30-cu illərində monqol hücumları ilə

əlaqədar dayandırıldı.

XI-XVI əsrlərdə Bakının şəhər əhalisinin mühüm təbəqəsini müxtəlif istehsal

sahəsində çalışan sənətkarlar təşkil edirdi. Bu dövrün narrativ mənbələri,

qəbirdaşlarındakı və binalardakı daş kitabələr, arxeoloji materiallar göstərir ki, Bakıda

və Dərbənddə 40-dan çox adda sənətkarlıq sahəsi və peşəsi mövcud idi. XI əsr alimi

93

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!