24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Dövləti-cavidan mənəm, ayinədanə sığmazam.

Gərçi bu gün Nəsimiyəm, Haşimiyəm, Qüreyşiyəm,

Məndən uludur ayətim, ayətə, şanə sığmazam. 193

Nəsimi XV əsrin əvvəllərində hürufilik təlimini yaymaq məqsədilə Yaxın Şərqə

səyahətə çıxdı. O, çoxlu tərəfdarları və istedadının pərəstişkarları olan Suriyada, Hələb

şəhərində yazdığı şeirlərində insanın gözəlliyini, həyat sevinclərini, A llahın

böyüklüyünü tərənnüm edirdi. Nəsimi hürufiliyi təbliğ etdiyinə görə orada 1417-ci ildə

qəddarcasına edam olunmuşdur.

Təqiblərə baxmayaraq hürufilik təriqəti Yaxın və Orta Şərqin bir sıra ölkələrində

XVI əsrdə də mövcud olmuşdur. Hürufiliyin tərəfdarları sənətkarlar, şəhər yoxsulları və

ziyalılar - şəhər əhalisinin yerli feodalların və Teymuri hökmdarlarının zülmünə daha

çox məruz qalan təbəqələri idi. 194

Yuxarıda qeyd etdiyimiz kimi, sufizmin bir qolu olan hürufilik yunan fəlsəfəsi

ilə çulğalaşmış, hind fəlsəfəsinin müəyyən cəhətlərini mənimsəmişdi. XIV-XVI

əsrlərin bidətlərindən biri də hürufiliyin ideologiyasını davam və inkişaf etdirən

nöqtəvilik təriqəti idi. Nöqtəvilik XIV əsrin sonunda meydana gəlmişdi. Təriqətin

banisi Mahmud Pasixani Gilani idi. Gilani Araz sahilində yaşayırdı və sonralar onu öz

təriqətindən qovmuş Fəzlüllah Nəiminin ən yaxın müridlərindən və tərəfdarlarından

olmuşdur. Onun mükəmməl savadlı, təmkinli adam olduğu və 1427/8-ci ildə öldüyü

məlumdur. O, bir sıra kitab və risalələr yazmışdır. Tədqiqatçılar nöqtəviliyi, əslində,

Allahı inkar edən, ağlı yeganə diqqətəlayiq dəlil sayan materialist təlim sayırlar.

Mahmudun çoxlu müridləri var idi və onun təlimi həmin dövrdə Azərbaycanda, İranda,

Türkiyədə və Hindistanda geniş yayılmışdı. Nöqtəvilik hərəkatı xalq kütlələri ilə

yanaşı, ziyalılara və hakim siniflərə, o cümlədən, Hindistan şahı Cəlaləddin Əkbərə

(1556-1605-ci illər) sirayət etmişdi. Səfəvilər dövlətində dərviş Xosrov Qəzvini, dərviş

Kamal Əqlidi, dərviş Beyran bu təlimin görkəmli nümayəndələri idi. A zərbaycanda

nöqtəviliyin təmsilçiləri Budaqbəy Ustaclu, təbib Süleyman Savəci, şah Abbasın edam

etdirdiyi Mir Seyid Əhməd Kaşi və b. olmuşlar. Səfəvilər nöqtəviləri amansızcasına

təqib edirdilər, belə ki, nöqtəvilik şah Təhmasib və şah Abbas dövründə geniş

yayılmışdı. Şah Abbas 1594-cü ildə bütün nöqtəviləri və nöqtəvilikdə şübhələnənləri

yaxalamaq haqqında fərman vermişdi. A mansız təqiblər və cəzalar nöqtəviləri başqa

Şərq ölkələrinə qaçmağa məcbur etdi. Onların bir hissəsi Hindistana qaçdı. Burada

maarifçi və ağıllı hökmdar olan Cəlaləddin Əkbər şah xüsusi fərmanla müxtəlif dini

etiqadların nümayəndələrinin öz ölkəsində sərbəst yaşamasına icazə vermişdi.

Nöqtəvilər hind alim və filosofları ilə əlaqə yaratmış, Əkbər şaha onun vəziri, ümumi

sülh dininin (din-i ilahi) banisi Əbu Fəzl Əllamə-i Dekani vasitəsilə yol tapmışdılar. 195

Bu vəziyyətdən istifadə edən nöqtəvilər öz təlimlərini Hindistanda açıq şəkildə

yayırdılar. Əkbər şahın saray adamlarından bir çoxu onların təlimini qəbul etmişdi.

Əkbərin sarayına qəbul edilmiş məşhur nöqtəvi Şərif A mili müxtəlif din və şəriət

nümayəndələrinin şahın hüzurunda keçirilən mübahisəsində qalib çıxmış və şah onu

129

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!