24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

müafilər kimi vergi və mükəlləfiyyətlərdən azad edilmişdilər.

Bakı xanlığının ləğv edilməsindən azacıq sonrakı 1810-cu ilə aid sənəddə

vergilərdən azad edilən və vergi verən Bakı əhalisinin sosial tərkibinə dair XVIII əsrin

sonlarına da şamil edilə bilən məlumatlar gətirilir.

Əhali sosial əlamətlərinə görə kişilərin sayı üzrə bölüşdürülürdü:

I. Vergilərdən azad olunanlar:

l)bəylər-98;

2) mollalar, seyidlər və digər din nümayəndələri - 202;

3) nökərlər- 43;

Cəmi - 343 (yaxud təqribən 15,5%)

II. Vergi verənlər:

1) Müxtəlif peşə ustaları - dərzilər, başmaqçılar, dəmirçilər, dülgərlər və bu

qəbildən olanlar - 409;

2) "kirjim və qayıq sahibləri" - 45;

3) "Şəhərdə qara işlərlə məşğul olanlar" - 322 (yaxud, təqribən 14%);

Bütövlükdə sənətkarlar və fəhlələr - 776 (yaxud, təqribən 34,5%);

4)tacirlər - 395 (təqribən 18%);

5)xırda alverçilər, o cümlədən "kənd təsərrüfatı xırdavatı

alverçiləri" - 366;

Cəmi 761 (yaxud, təqribən 34%).

6) "əkinçilər" - 277;

7) "arabaçılar" - 78;

Cəmi - 365 (yaxud, təqribən 16%). 27

Qeyd etmək lazımdır ki, 1806-cı ilədək ailəsi ilə birlikdə xanın və saray

əyanlarının, eləcə də 1806-cı ildə şəhərdən qaçan bir qrup yerli əsilzadənin Bakıda

yaşamasına baxmayaraq, vergi verməyən əhalinin sayı çox idi. Əhalinin xeyli hissəsini

limanda işləyən hamballar və qara fəhlələr təşkil edirdi. Şəhər əhalisinin yarısı

sənətkarlardan və tacirlərdən ibarət idi. 28

Sənətkarların və tacirlərin sayına (1170 adam) müvafiq olaraq şəhərdə 707

dükan (onlardan 500-ü əlahiddə idi) və 207 dükanı olan 9 karvansara var idi. 29

Beləliklə, faiz baxımından (54,5%) mühüm olan bu əhali qrupu Bakının

sənətkarlıq və ticarət şəhəri kimi sosial simasını müəyyənləşdirirdi. Kişi əhalisinin

təqribən 20,5%-ni təşkil edən sənətkarlar toxuculardan, başmaqçılardan, papaqçılardan,

dərzilərdən, çörəkçilərdən, həllaclardan, boyaqçılardan, zərgərlərdən, dəlləklərdən və

i.a. ibarət idi. 30

Böyük miqdarda ruhanilərə - şeyx, molla və seyidlərə müvafiq olaraq, 28

məhəllə məscidi, şeyx-mütəvəllisi və dərviş icması olan Bibiheybət məzarı, əsasən

ruhanilərin dərs dediyi 12 məktəb və mədrəsə var idi.

Şəriətə, xanın qoyduğu qanunlara və yerli adətlərə əsasən məhkəmə işlərini icra

edən axundlar və qazılar ali ruhaniliyə mənsub idilər. Ən mühüm caniləri xan özü

mühakimə edirdi. Edam cəzasına ancaq xan məhkum edə bilərdi. Mülki və cinayət işləri

229

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!