24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

yerli sarı gil xammal yataqlarından istifadə olunduğunu göstərir. 61

Dəmir şlakı topaları, dəmirçi çəkici, gürz, dəmir bıçaq tiyəsi və dəstəsinin

qırıqları, ayaqqabı və heyvan nalları, mis mar, halqalar, toqqalar isti və soyuq döymə ilə

metal məmulat istehsal olunan sənətkarlar məhəlləsinin səciyyəvi əlamətləridir.

Adi keramika bardaqlardan, çıraqlardan, kasa və küpələrdən ibarətdir.

Bardaqların boğazaltı hissələri və boğazı müxtəlif düz və dalğalı xətlərlə bəzədilmişdir.

Qabların müəyyən hissəsini ştamplamaq üçün qəliblərlə birlikdə qırmızı naxış

vurulmuş sarı rəngli basmaqəlib bardaq və mətərə tapılması həmin keramikanın

hazırlandığı gilin Abşeronda çıxarılan yerli mənşəli xammal olduğunu göstərir. Şirli

keramika tutqun, şəffaf şirin altında anqob və manqanla naxışlanmış camlar, kasalar,

nəlbəkilər, bardaqlarla təmsil olunmuşdur.

Oyma qırışıq çoxlu polixrom və süjet naxışlı qablar aşkar olun muşdur. Qablara

nəbati və həndəsi naxışlar vurulmuşdur. Qabların bir hiss əsində ayrı-ayrı sənətkar -

ustaların, qabarıq möhürü vardır. Qabların möhürləri Şəbəran, Gəncə, Beyləqan,

Qəbələ və b. şəhərlərdən fərqli olaraq, Bakı üçün səciyyəvi dörd, altı, səkkiz və

çoxləçəkli palmetlərdən, habelə kvadrat və romb şəkilli şəbəkələrdən, konsentrik dairə

və spirallardan ibarətdir. Üçbucaqlı altlıqların, qabları bişirmək üçün üzərində şir

sızmasının və altlığın millərinin izləri qalmış silindrik gil qəliblərin tapılması da bu

keramikanın yerli mənşəli olduğunu göstərir. Həmin ərazidə aparılan arxeoloji

qazıntılar zamanı dulusçuluq istehsalı şlakı, dağılmış dulus kürələri və zay keramika

qalıqları tapılması da saxsı qabların yerli, Bakı istehsalı olduğunu göstərir. Bu sahədən

nazik şüşə məmulat - kuzə, vaza, badə, flakon, kiçik əczaxana və ətriyyat qabları,

naxışla işlənmiş və burulmuş, əlvan rəngli - mavi, göy, yaşıl və s. - dəyirmi və oval

qolbağılar, şüşə muncuq qırıqları tapılmışdır. Şüşə məmulat hazırlanmasında xammal

kimi Bakı yaxınlığındakı Xırdalan kəndindəki qumdan istifadə edilmişdir. Şir altından

göy rəngli kobaltla naxışlanmış az miqdarda, ehtimal ki, gətirilmə saxsı camlar da aşkar

edilmişdir. Materiküstü alt təbəqə VIII-X əsrlərə aid olunur. Qız qalası yaxınlığında

qazıntı zamanı xəlifə əl-Mənsurun adı ilə h.138 (755)-ci ildə Dər əs-Salamda kəsilmiş

gümüş sikkə, habelə X əsrin sonunda şirvanşah Yəzid ibn Əhmədin adından kəsilmiş və

digər sikkələr də tapılmışdır. 62

Kiçik qala küçəsi və Birinci qala döngəsinin kəsişdiyi yerdə, Şirvanşahlar

sarayının yaxınlığındakı (şimal-qərbində) sahədə aparılan qazıntılar zamanı materikin

üstündə yerləşən alt mədəni təbəqədə, 4,8 m dərinlikdə, böyük bir divarın bünövrəsi

yanında torpağa şaquli surətdə qırmızı gildən yastı oturacaqlı və iki qulplu iri təsərrüfat

küpü basdırılmışdı. Küpün tutumu 15 vedrə idi. Buna oxşar küp lər Bakı təpəsinin cənub

ətəklərində də tapılmışdır. Buradakı anbarda iri daş altlıq - çən üzərində yerləşdirilmiş 5

iri qalın divarlı küp aşkar edilmişdir. Həmin sahədə və bir sıra digər yerlərdə qırmızı

rənglə boyanmış saxsı qablar da tapılmışdır. Bardaqların üz tərəfi bütövlüklə tünd

qırmızı rənglə örtülmüşdür. Boyalı saxsı qabların kökü son Tunc və erkən Dəmir

dövrünə gedib çıxır və keramika sənətində ənənələrin davamlığını göstərir. 63

Bakı təpəsinin başdan-başa iri sal qayalıqdan ibarət şərq yamaclarında təsərrüfat

küpləri yoxdur. Onların əvəzinə qayada çuxurlar oyulmuşdur. Bədii cəhətdən nəfis,

54

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!