24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

qalmamışlar) Bakının beynəlxalq ticarətdə mühüm rol oynadığını göstərir. 54

Şamaxıda rus ticarət faktoriyası təsis olundu, dəniz yolu ilə Bakıdan keçərək

Azərbaycana gələn rus, xüsusilə, Moskva tacirlərinin sayı artdı. Rus tacirləri Bakıdan,

əsasən, duz, neft, zəfəran və ipək aparırdılar. XVI əsrdə rus tacirləri Bakı neftini

Həştərxan yolu ilə təkcə, başlıca olaraq, hərbi işdə və boyakarlıq texnikasında həlledici

kimi istifadə olunan Rusiyaya deyil, həmçinin Qərbi Avropa ölkələrinə də

göndərirdilər. 55 Bakı nefti Şamaxıya da gətirilirdi; burada rus tacirləri onu Avropaya

ixrac etmək üçün alırdılar. 56 Neft Bakıdan Gilan tacirləri tərəfindən onların busalarında

Manqışlağın gəmi körpülərinə daşınır, oradan isə karvan yolu ilə Xivəyə, Buxaraya və

digər Orta Asiya ölkələrinə göndərilirdi. 57 Gilan tacirlərinin Bakı ilə ticarəti türklər

1578-ci ildə Xəzər dənizinin Bakıdan Dərbəndədək qərb sahillərini tutandan 58 - rus

tacirlərinin Həştərxandan İrana dəniz ticarəti yolu Xəzər dənizinin şərq sahillərinə

keçəndən sonra da kəsilmədi.

1583-cü ilə aid türk mənbəyində xəbər verilir ki, Bakı limanına daim malla dolu

ticarət gəmiləri gəlir. Həmin mallar arasında qumaşın da adı çəkilir. Gilandan gələn

gəmilərdə ala-bəzək Misir parçalarına bənzəyən əla keyfiyyətli, rəngarəng parçalar

gətirilirdi. Hər topdan 1/25 % hesabı ilə tamğa alınırdı. Tacirlər gətirdikləri malların

əvəzinə Bakıdan neft aparırdılar. 59

Rusiyadan Azərbaycana və İrana, əsasən, Bakı vasitəsilə qiymətli xəzlər -

samur, skuns, qara-qonur tülkü, sincab xəzləri, gön-dəri, qılınc, zireh, metal məmulatlar

və digər mallar gətirilirdi. 60

Beynəlxalq ipək ticarətində Bakı qalasında karvansaraları olan hind tacirləri də

yaxından iştirak edirdi. XVI əsrin sonlarında Şirvandan Bakı vasitəsilə Rusiyaya, İrana,

Türkiyəyə, İtaliyaya, Fransaya, Hindistana və digər ölkələrə 100 min puda yaxın xamna

ixrac olunurdu. 61 Şirvan şəhərlərində xamnanın pudunu 15-16 manata 62 alan rus və

Avropa tacirləri onu öz ölkələrində 50-60, hətta 70 manata satırdılar. Şirvan

sənətkarlarının ipək məmulatları, o cümlədən daran (zolaqlı ipək parça), kamna

(üzərində eynirəngli naxış toxunmuş ipək parça) atlaz, tafta və digər parçalar Bakı

vasitəsilə Moskva Dövlətinə aparılırdı. 63

XVI əsrdə Qərbi Avropa ölkələrindən, Fransa və İngiltərədən Bakıya Abşeronun

feodal əyanlarının istifadə etdikləri məxmər alparça, atlaz, Lion fabriklərində istehsal

olunan zərxara, müxtəlif rəngli bahalı ingilis mahudları, qarazehi idxal edilirdi. 64

Bakıya İrandan və Cənubi A zərbaycandan da mallar gətirilirdi.

Yəzd, Kaşan, Təbriz, Ərdəbil, Şamaxı kimi toxuculuq mərkəzlərindən Bakıya

qızıl və gümüş saplarla işlənmiş bahalı zərxara ipək parçalar gətirilirdi. Azərbaycan

Tarixi Muzeyinin ekspozisiyasında XVI əsrdə Bakıda istifadə olunmuş ipək parçaların

nümunələri nümayiş etdirilir. Onlardan birinin naxışı mütənasib tərzdə yerləşdirilmiş

qərənfilə bənzəyən gül kollarından ibarətdir. Zaman keçdikcə solmuş oxraya çalan

yaşılı fonda qəhvəyi dairəyə alınmış qızılı rəngli güllər tikilmişdir. 65

Həmin dövrə aid edilən başqa bir parçanın da solğun yaşılı-oxravarı fonunda

itburnuna oxşayan gül kolunun üstündə oturmuş tutuquşuların qızılı sapla mütənasib

tərzdə yerləşdirilmiş kontur rəsmləri tikilmişdir. Həmin parçaların naxışları xalça

177

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!