24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Bakının da adı çəkilir. "...Salyandan 30 verst aralı, sahildə Xvalın dənizinin körfəzində

Baka şəhəri yerləşir. Baka şəhərindən 50 verst, Şamaxı şəhərindən isə 40 verst aralı

Müşgür şəhəridir..." 24

Osmanlıların Xəzər dənizinin, Bakı və Dərbənd də daxil olmaq la, Dağıstan və

Azərbaycan sahillərini tutması Volqa-Xəzər yolunu onların nəzarətində saxlayır və

Rusiyanın ticarət mənafelərini pozurdu.

Bu dövrdə Bakı Volqa-Xəzər ticarət yolundakı bu mühüm limanı ələ keçirməyə

çalışan möhkəmlənmiş Moskva dövlətinin diqqətini cəlb edir.

Azərbaycanın şərq vilayətlərində, o cümlədən Bakıda möhkəmlənməkdə

iqtisadi cəhətdən maraqlı olan Moskva hökuməti Türkiyə ilə mahıribədə Səfəvilərə

kömək göstərməyi vəd edərək. Bakı, Dərbənd və Şamaxı şəhərlərinin Rusiyayä

verilməsinə dair şahla diplomatik danışıqlar aparmağa başladı. 25

Hələ Şah Məhəmməd Xudabəndə zamanında başlayan danışıqlar I Şah Abbas

dövründə davam etdirildi. Həmin məsələ ilə əlaqədar Səfəvilər hökuməti ilə ruslar

arasında diplomatik yazışmalar, bir-birinə səfirliklər və etimadnamələr göndərilməsi

təqribən 1588-ci ildən 1618-ci ilədək davam etdi.

I Şah Abbas 1588-ci ildə türklərlə sülh müqaviləsi bağlamamışdan əvvəl öz

səfiri Hadi bəyi əvəzində Bakını və Dərbəndi, onların arasındakı sahil zolağı ilə

birlikdə, əbədilik Rusiyaya verməyi vəd edərək, Os manlı dövlətinə qarşı birgə hərbi

əməliyyata başlamaq təklifi ilə Moskvaya çar Fyodor İvanoviçin yanına göndərdi. Bu

təklifə cavab olaraq Moskva hökuməti danışıqlar aparmaq üçün Qriqori Borisoviç

Vasilçikovun başçılığı ilə İrana səfirlik göndərdi. 26

Vasilçikovun hesabatında I Şah Abbasın onu Qəzvində necə qəbul etməsi (9

aprel 1590), onun Bakı və Dərbənd barəsində sorğusuna şahın bu şəhərlərin Moskva

dövlətinə güzəştə gedilməsinə razılığını bildirməsi təsvir olunur. 27

Şah hökumətinin bu təklifi şifahi edildiyindən Moskva səfirliyi onun yazılı

şəkildə təsdiq olunmasına cəhd göstərməyə başladı və Vasilçikov həmin məsələni

1590-cı il mayın 14-də şahın qəbulunda yenidən qaldırdı. 28

Vasilçikovun səfirliyinə cavab olaraq şah Abbas öz elçiləri Budaq bəyi və Hadi

bəyi Bakı və Dərbənd şəhərlərinin Moskva dövlətinə güzəşt edilməsini təsdiqləyən

fərmanla Moskvaya göndərdi. 29

Lakin I Şah Abbasın uğurları sayəsində Səfəvilər dövləti Bakı və Dərbənd

şəhərlərini, onların hələ də türklərin əlində olmasına baxmayaraq, Rusiyaya verilməsi

məsələsini bir daha qaldırmadı.

Moskva dövləti ilə Şah Abbas arasında bu məsələyə dair danışıqlar, o cümlədən,

səfirlik mübadiləsi bir çox illər ərzində, ta 1618-ci ilə qədər davam etdi.

Rusiya şahla uzun danışıqlardan sonra Bakı və Dərbənd şəhərlərinin güzəştə

gedilməsinin yazılı təsdiqinə nail olsa da, bu saziş əməli nəticə vermədi, belə ki, bu

zaman Rusiya dövlətinin başı olan Moskvadan çox uzaq olan torpaqlarda müharibə

aparmağa imkan verməyən daxili hadisələrə qarışmışdı.

I Şah Abbas 1590-cı ildə Os manlılarla bağlanmış ağır sülhdən sonra yaranmış

dinclikdən öz dövlətini möhkəmləndirmək üçün istifadə etdi. Şah onun mərkəzləşdirmə

142

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!