24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

darvazanın baştağında h.994 (1585/6)-cü ilə aid kitabədə binanın sultan III Murad xanın

hakimiyyəti illərində ulu Rəcəb baba Bakuyinin əmri ilə tikildiyi göstərilir 9 . Bu abidə

Bakı şəhərinin türk işğalı dövrünə (1578-1607-ci illər) aiddir. Göründüyü kimi,

kitabədə adı çəkilən Rəcəb baba Bakının türk işğalı dövründə yerli zadəganlarının

nümayəndələrindən olmuşdur. Türk qoşunları Osman Paşanın komandanlığı altında

Bakı qalasını tutduqdan sonra şəhərin hakimi Qubad paşa təyin olundu. Sonralar,

h.1015 (1606-1607)-ci ildə şəhərin hakimi Mustafa bəy Mahmudi idi. Mənbələrdə türk

işğalı dövründə Bakının hakimi (ehtimal ki, komendantı) kimi yerli sakin Muradın adı

çəkilir. 10 Şəhərlərdə, bir çox hallarda bilavasitə şahın özünün təyin etdiyi şəhərin hakim

təbəqələrinin nümayəndələri - kələntərlər (şəhər hakiminin davranışı barədə şaha

məlumat verirdilər), darğalar və digər vəzifəli şəxslər böyük rol oynayırdılar. Şah I

Təhmasibin Bakıya dair h.954 (1547)-cü ilə aid bir fərmanında 11 şəhər məmurları

sırasında kələntərlər, vergi yığanlar, Divan məmurları, Bakı (məhəllə) kəndxudaları,

darğalar (inzibati-polis vəzifəsi daşıyırdılar) sadalanır. Sənəddə, həmçinin,

hükkamların (mahal hakimləri), tiyuldarların (tiyul sahibləri) adları çəkilir. Bu

məmurlar və vəzifə sahibləri şəhər əhalisinə, sənətkarlara, şəhərin və mahal əhalisinin

ən yoxsul təbəqələrinə zülm etməkdə iri feodallardan geri qalmışdılar. Şəhərdə

tacirlərin gətirdikləri mallardan vergi yığan gömrük məmuru da var idi. İngilis taciri

Eduards (1566-cı il) həmin məmuru "bu ölkədə ən qatı fırıldaqçı" adlandırmışdı. 12

Bakıdakı böyük vəqfı şeyxlərinin və adları daş kitabələrdə, qəbir daşlarında

çəkilən seyidlərin mənsub edildiyi iri şiə ruhaniləri də feodal sinfinə daxil idilər. Şah

Təhmasibin hakimiyyəti illərində (h.977 (1569/70)-ci il) Bakı yaxınlığındakı Şıx

kəndində məscid qapısının üstündə seyid Lətif Nişapurinin oğlu seyid Fəzlullahın adı

çəkilən daş kitabə var. 13 XVI əsrin sonunda, türk işğalı dövründə Bakı və Abşeronda şiə

seyidlərinin rolunu və onların təqib olunmasını əks etdirən sənədlərdən biri də köhnə

neft quyularından birində tapılmış daş kitabədir. Kitabədə quyunun h.l003-cü ilin

rəbiülaxir ayında (1594/5-ci ildə) Məhəmməd Nur tərəfindən açıldığı və seyidlərə

bağışlandığı göstərilir. 14

Mənbələrdə şəhərin xırda alverçiləri və əhalisinin ən yoxsul təbəqələri haqqında,

demək olar ki, heç bir məlumat verilmir. Abşeronun inzibati siyasi mərkəzi olan Bakı

Şirvan bəylərbəyliyinin tərkibinə daxil idi. 1607-ci ildə onu Şah Abbasın təyin etdiyi

adlı-sanlı feodal Zülfüqar xan Qaramanlı idarə edirdi. 15 Bakı bəylərbəyinə tabe olan

hakim tərəfindən idarə olunurdu. Şəhərin feodal zadəganlığına köçəri və yanmköçəri

tayfaların (qızılbaş və s.) hərbi əyanları, habelə təhkimli kəndliləri ilə birlikdə bütöv

kəndlərə, neft və əkin yerlərinə, Abşeron bağlarına sahib olan köhnə yerli oturaq

feodallar 16 daxil idi. Şəhər kübarları evlərə, karvansaralara, hamamlara, dükanlara,

sənətkar emalatxanalarına, gəmilərə və həm şəhərdə, həm də Abşeron kəndlərindəki

digər mülkiyyətə malik idilər. Mərkəzi və yerli hakimiyyət aparatın ın mülki

bürokratiyası da bu hakim təbəqəyə daxil idi.

İçərişəhərin Şah Abbas darvazasının bayır tərəfinin üstündəki yarısı qalmış

kitabədə h.1017 (1608/9)-ci ildə I Şah Abbas Bakını türklərdən geri alandan az sonra

186

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!