24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

əngli şirli kaşılar tapılmışdır. 111 Quyulardan tapılmış əhəngdaşı lövhələrində oyulmuş

həndəsi ornamentli şəbəkə qırıqları 112 səyyahın saray binasının pəncərə yerlərinin

daşdan yonulmuş şəbəkələrlə tutulduğuna dair məlumatını təsdiqləyir. 113

Birinci mərtəbə otaqlarında aparılan qazıntılar göstərdi ki, saray qaya üzərində

tikilmiş və onun altında, saray salınanadək, qədimlərdə divarlarının bünövrəsi sarayın

bünövrəsi ilə üst-üstə düşən hansısa bir bina olmuşdur. Ehtimal ki, bu qədim binadan iki

səkkizguşəli salon qalmışdır. Onlardan bilavasitə sarayın baştağına bitişik və bütün

sarayın binalarından hündür olan biri, görünür, dəbdəbəli qəbul salonu olmuşdur. Üç

tərəfdən tağlı eyvanlarla əhatə olunan, dördüncü tərəfdən isə sarayın baş binasına

yapışıq həyətcikdə yerləşən kiçik, yaraşıqlı köşkdən ibarət Divanxana sarayın baş

binasına bitişir. Bu abidə gözəlliyi və zərifliyi ilə təkcə orta əsrlər Azərbaycan

memarlığının deyil, eləcə də, İran, Kiçik Asiya və bütün Yaxın Şərqin analo ji

abidələrinin şah əsərlərindən sayılır. 114

Divanxana köşkü həm daxildən, həm də bayırdan daş günbəzlə örtülmüş

səkkizguşəli salondan ibarətdir. Salon bayır tərəfdən beş guşə hüdudunda sütunlu

tağlarla əhatələnmişdir. Dördbucaqlı dəhliz ona bitişir. Dəhlizə giriş yaraşıqlı, zəngin

bəzəkli (dekorlu), stalaktit, daş yarımgünbəzlə tamamlanan baştağdandır. 115 Baştağın

yuxarı hissəsində daşdan mürəkkəb nəbati xalça naxışları oyulmuşdur. Divanxananın

daxilində dəhliz tağlı eyvan salon və onun döşəməsi altındakı planda səkkizguşəli

kamera ilə girişlə birləşdirilmişdir. Həmin kameranın altında dördkünc formalı ikinci

bir kamera da vardır. Oraya giriş şimal tərəfdəki yer səthi ilə bərabər olan deşikdəndir.

Kameraların divarları hamar yonulmuş daşlarla üzlənmişdir. İkinci kameranın əsasını

təşkil edən qayada beş metr dərinliyində quyu vardır. 116 Hər iki kameranın funksional

təyinatı, həmin abidə haqqında bir sıra tədqiqatlar aparılmasına baxmayaraq, hələ də

bütövlükdə aydınlaşdırılmamış qalır.

Divanxana binasının içərisində dəhlizdən salona girişin üstündə Quranın onuncu

surəsinin aşağıdakı ayələri həkk olunmuş kitabə vardır: "Allah (bəndələrini)

əmin-amanlıq yurduna (Cənnətə) çağırır və istədiyini doğru yola salır! Yaxşı işlər

görənləri Cənnət və daha artıq mükafatlar gözləyir. Onların üzünə nə bir toz ləkə, nə də

bir zillət qonar". 117 Giriş baştağının yuxarı hissəsində kitabə üçün haşiyə vardır. Lakin

kitabədən əsər-əlamət qalmamışdır. Kitabənin olmaması bu maraqlı abidənin təyinatını

dəqiq müəyyənləşdirməyə imkan vermir. Bu bina, ehtimal ki, XV əsrin axırlarında

sarayın əsas binasından, məscid və türbədən sonra tikilmişdir.

Kapitellərin və sütun özüllərinin naxışlarının və binanın digər detallarının

tamamlanmaması Divanxananın tikintisinin başa çatmadığını göstərir. Ehtimal ki,

binanın tikintisi 1500-1501-ci illərdə baş verən hərbi hadisələrlə əlaqədar

dayandırılmışdır.

Divanxana köşkünün qapı açırımlarından birində yaxşı mühafizə olunmamış və

indiyədək oxunula bilməmiş birsətirlik ərəbcə kitabə vardır. Lakin V.M.Sısoyev həmin

kitabədə I Xəlilüllahın adını və h.832 (1428/9)-ci il tarixini oxuduğunu iddia edirdi ki,

bunu indi yoxlamaq mümkün deyil. 118

Divanxananın təyinatı barədə müxtəlif fikirlər mövcuddur. Onun məhkəmə, 119

116

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!