24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

zamanı böyük dərinlikdə kustar mis və mis məmulatı istehsal olunduğunu göstərən mis

şlakı qalaqlarının, daş üzərində ehtimal ki, metal yumaq üçün çala izləri aşkar

edilmişdir. 29 İçərişəhərdəki bir sıra qazıntı sahələrində dəmir şlakı topaları, dəmirçi

çəkici, gürz və digər dəmir əşyalar, bıçaq tiyələri və dəstəklərinin qırıqları, ayaqqabı və

heyvan nalları, mismarlar, halqalar, toqqalar və digər metal əşyalar tapılmışdır. Burada,

daha sonrakı XVII əsr mənbələrində deyildiyi kimi, silah, nal, qab-qacaq və təsərrüfat

alət-ləri istehsal edən dəmirçilər və misgərlər yaşayırdı. Qərb qala divarının

yaxınlığında qiymətli metalın əridilməsi üçün daş alətin və qala ərazisində bir sıra

zərgərlik məmulatlarının tapılması Bakıda zərgərlik işlərinin aparıldığını göstərir. Belə

ki, arxeoloji qazıntılar zamanı buxtadakı qala tikilisində (XIII əsr) gümüş nəlbəki

tapılmışdır. 30

Qədim müsəlman qəbiristanlığında torpaq işləri aparılarkən incəliklə işlənmiş

qızıl sancaq, gümüş bilərzik, üç gümüş üzük, gümüş asma, hər birində iki xırda mirvari

olan iki halqavarı qızıl sırğa, dörd içi boş qızıl muncuq, qızıl asmalı qızıl sırğa, asılma

muncuqlu iki cüt gümüş sırğa və digər əşyalar tapılmışdır. Həmin əşyalar, oradan

tapılmış sikkələr (Teymuri və Şirvanşah) kimi, XV əsrin əvvəlinə aid edilir. 31

Şirvanşahların zərb etdirdiyi gümüş sikkələr (birincisi h.833 (1429/30)-cü il,

sonuncusu h.844 (1140/41)-cü il) dəfinəsi ilə birlikdə keçmiş Aleksandr Nevski

kilsəsinin yaxınlığında tapılmış iri qızıl bilərzik də həmin dövrə aiddir. 32

Şirvanşahlar sarayında şirvanşahlara məxsus türbədə açılmış sərdabələrdən

birində altıbucaqlı şəklində qızıl sancaq tapılmışdır. Onun üz tərəfindəki 7 yuvadan

5-də qırmızı daş, ehtimal ki, yaqut, ortadakı yuvada firuzə var. Yuvaların biri isə

boşdur. Həmin sancaq XV əsrin ortalarına aid edilir. 33 Bu cür bəzək əşyalarına Bakıda

və Azərbaycanda indi də rast gəlinir ki, bu da maddi mədəniyyətin irsiliyindən və öz

sənətini nəsildən nəslə ötürən xalq sənətkarlarının möhkəm ənənələrindən xəbər verir.

Sənətkarlıq, o cümlədən onun dəmirçilik, dulusçuluq, toxuculuq, sikkə kəsmə və

s. sahələri daha da inkişaf etmişdi. Bu zəmində mühüm proses - mü xtəlif sənətkarlıq

sahələrində istehsalın ixtisaslaşması baş vermişdir.

Qərb qala divarları yanında tikinti işləri zamanı qırmızı gildən qayrılıb sarı və

qəhvəyi şirlə örtülmüş çoxlu çıraq tapılmışdır. Qala divarlarından bayırda çıraq

ustalarının emalatxanaları olmuşdur. Bakı ərazisində böyük miqdarda tapılmış şirsiz

sarı və boz gil qablara gəldikdə isə, onlar keramika istehsalı üçün yararlı gili olan Bakı

və Abşeronda hazırlanmışdır.

Bakı yüksəkliyinin zirvəsində şüşəvarı şlakın tapılması, Bakı ərazisində aşkar

olunmuş keramikanın analizi və tədqiqi X-XIII əsrlərdə və sonralar Bakı və Abşeronda

şəffaf yaşıl və əlvan şir çəkilmiş naxışlı qablar, sonralar - XIV-XV əsrlərdə isə açıq sarı

anqobla, yaxud qırmızı saxsı üzərində açıq sarı naxışla işlənmiş keramika məmulatı

istehsal olunduğunu təsdiq etməyə imkan verir. 34 Yuxarıda göstərdiyimiz kimi, Bakı

ərazisində bu cür keramika istehsal etmək üçün dulus kürələrinin qalıqları, habelə Bakı

yüksəkliyinin zirvəsində, köhnə qəbiristanlığın yerində, İçərişəhər qalasının

yaxınlığında və dördkünc Mərdəkan qalasının quyularında çoxlu belə qablar

tapılmışdır.

78

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!